Polad BülbüloğluRus ifaçılıq sənətiFondunun medalına layiq görülüb

 

Azərbaycanın Rusiyadakı səfiri Polad BülbüloğluRus ifaçılıq sənəti” (“Ðóññêîå èñïîëíèòåëüíîå èñêóññòâî”) İctimai Fondunun 25 illiyi medalına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, medal P.İ.Çaykovski adına Moskva Dövlət Filarmoniyasında keçirilmişRusiya musiqi dövlətidirkonsert proqramı çərçivəsində təqdim olunub.

Rus ifaçılıq sənətiFondunun prezidenti, Rusiyanın Əməkdar İncəsənət Xadimi Valeri Voronov mərasimdə çıxışında qeyd edib ki, Polad Bülbüloğlu Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə, dünya musiqi sənətinin inkişafına dəyərli töhfələr verib.

Polad Bülbüloğlu mükafata görə təşəkkürünü bildirərək Fondun Rusiya dünya mədəniyyətinin inkişafında rolunu vurğulayıb. Səfir deyib ki, Fondun fəaliyyətində yaxından iştirak edən dahi musiqiçilər arasında həmyerlimiz Mstislav Rostropoviç var idi. Onun Bakıya hər gəlişi Azərbaycan musiqisevərləri üçün bayrama çevrilirdi.

P.Bülbüloğlu qeyd edib ki, Fondun başlıca qayəsi olan incəsənətin, o cümlədən gənc musiqiçilərin dəstəklənməsi olduqca nəcib işdir.

Həmin axşam Fondun mükafatına layiq görülənlər sırasında SSRİ Xalq Artisti İosif Kobzon başqaları da var idi.

Qeyd edək ki, “Rus ifaçılıq sənətiFondu 25 il əvvəl musiqi xadimlərini birləşdirmək məqsədilə yaradılıb. Ötən dövr ərzində Fond xeyli yerli beynəlxalq layihələr həyata keçirib, gənc musiqiçilər üçün təqaüd proqramları təsis edib. Fondun tədbirlərində dəfələrlə Rusiya Prezidenti Vladimir Putin Baş nazir Dmitri Medvedev iştirak ediblər.

 

Fəridə Abdullayeva

İki sahil.- 2017.- 24 oktyabr.- S.13.