Lerikdə 25 hektarda
tütün yetişdirilib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin aqrar sektora göstərdiyi
qayğı dağlar
diyarı Lerik rayonunda da öz uğurlu nəticələrini
verir. İndi burada ərzaq bolluğu yaratmaq üçün kənd
təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Torpaqların
hər qarışından
səmərəli istifadə
olunur, gəlir gətirən məhsulların
əkininə geniş
yer ayrılır, rayonun ənənəvi təsərrüfat sahələri
bərpa edilir.
Tütünçülük rayonda vaxtilə ən gəlirli sahə olmuşdur. 1985-1987-ci illərdə
burada 210 hektar tütün əkilmiş,
422 ton məhsul istehsal
olunaraq dövlətə
təhvil verilmişdi.
Lakin sonralar bir müddət bu gəlirli sahədə tənəzzül
yaranmışdı. “Azərbaycan
Respublikasında tütünçülüyün
inkişafına dair
2017-2021-ci illər üçün Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında ölkə rəhbərin
10 avqust 2017-ci il tarixli Sərəncamı tütünçülüyün
dirçəlməsinə yeni stimul oldu.
Ölkə başçısının
dediyi “Uzun illər diqqətdən kənarda qalan tütünçülük çox
gəlirli sahədir və hökumət bu sahənin inkişaf etdirilməsi üçün
ciddi tədbirlər görür. Biz tütünçülüyü
bərpa edəcəyik.
Ənənəvi bölgələrdə tütünçülüklə məşğul olanlar da buna hazır olsunlar, dövlət öz dəstəyini verir, verəcək. Eyni zamanda , tütünün alınması üçün
dövlət öz dəstəyini göstərməlidir,
göstərəcəkdir” fikri Lerikdə çörəyi torpaqdan
çıxan kənd
adamlarına qol-qanad verdi.
Artıq dağlar diyarında
bu sahə inkişaf yolundadır. Rayonda torpaq-iqlim şəraiti tütün
əkib-becərilməsi üçün
olduqca əlverişlidir.
Məhsul istehlakçılar
tərəfindən bu
il 25 hektarda
tütün yetişdirilib.
Bunun 12 hektarı “ Verciniya”, 13 hektarı isə “ İmmuna” növüdür.
100 nəfərə yaxın vətəndaş
daimi və mövsümü işlə
təmin olunub. 18 ton yaş tütün yarpağı
yığılaraq Yardımlı
rayonunda yerləşən
qurutma sexinə göndərilib. “ İmmuna” növü
əkən torpaq mülkiyyətçiləri tərəfindən isə 6 ton yarpaq qurudublar. Sahələrdə məhsul
boldur, yığım
davam edir.
Lerik Rayon Kənd
Təsərrüfatı İdarəsindən
bildirdilər ki, rayon üçün ənənəvi
sahə olan tütünçülüyə maraq böyükdür. Gələcəkdə tütün əkini sahələrini daha da artırmaq nəzərə
alınıb. Rayonda
tütün tədarükü məntəqəsinin
bərpası, mədəniləşdirilmiş qurutmaxanaların tikintisi, məhsul istehsalçıların
toxumla təmin olunması, eləcə də digər işlərin görülməsi istiqamətində
tədbirlər görülür.
Bütün bu işləri görməkdə
əsas məqsəd Lerik əhalisinin həyat
səviyyəsini
qaldırmaqdan irəli
gəlir.
Təcrübəli tütünçülərlə görüşüb söhbət
etdim. Gəray Qəmbərov dedi ki, tütünçülük
gəlir gətirməklə
bərabər, həm
də əməktutumlu
sahədir. Bizim torpaqlarda bol
məhsul yetişir, keyfiyyəti də yüksək olur. Rayonda tütünçülüyün inkişafı əhali üçün yeni iş yerlərinin açılması
deməkdir. Məhz
dövlət başçımız
da bunu istəyir.
Zəfər Orucoğlu
İki
sahil.- 2017.- 31 oktyabr.- S.15.