Naxçıvanda Milli Musiqi Günü qeyd olunub
Sentyabrın 18-də Naxçıvan şəhərindəki Heydər
Əliyev Sarayında
Milli Musiqi Günü münasibətilə
tədbir keçirilib.Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov tədbirdə iştirak edib.Qeyd olunub ki, Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi Sədrinin
2017-ci il 18 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində
səmərəli fəaliyyətlərinə
görə Əsgərov
Amil Əkbər oğlu, Əsgərov Səməd Elşən oğlu, Fərzəliyev Arzu İsmayıl oğlu və Həsənova Qəribə
İbrahim qızı Naxçıvan
Muxtar Respublikasının
Əməkdar artisti
fəxri adı ilə təltif olunublar.Ali Məclisin Sədri təltif olunanlara Naxçıvan Muxtar Respublikasının
Əməkdar artisti
fəxri adının
döş nişanını
və vəsiqəsini
təqdim edibTəltif
olunanlar əməklərinə
verilən qiymətə
görə minnətdarlıq
edib, bundan sonra da muxtar respublikada mədəniyyətin,
eləcə də musiqi sənətinin inkişafında səylərini
əsirgəməyəcəklərini bildiriblərNaxçıvan Muxtar
Respublikasının mədəniyyət
və turizm naziri Natəvan Qədimova tədbirdə çıxış edərək
deyib ki, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 1995-ci
ildə imzaladığı
Fərmana əsasən
hər il ölkəmizdə Şərqdə
ilk musiqili teatr sənətinin banisi, Azərbaycan musiqisinin klassiki, görkəmli alim-musiqişünas, publisist,
dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyovun doğum günü - 18 sentyabr Milli Musiqi Günü
kimi qeyd olunur. Novator sənətkar olan
Üzeyir Hacıbəyov
Azərbaycan klassik musiqisinin bütün janrlarının bünövrəsini
qoyub. Bu gün ölkəmizdə
və onun Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət
qayğısı göstərilir.
Muxtar respublika mədəniyyəti
özünün yeni inkişaf dövrünü
yaşayır. Bu yüksəlişin fonunda
milli musiqi sənətinin də inkişafı təmin olunub. Son illər Naxçıvan şəhərində,
rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri
tikilib istifadəyə
verilib, Naxçıvan
Dövlət Filarmoniyasının,
Naxçıvan Dövlət
Uşaq Filarmoniyasının,
Naxçıvan Musiqi
Kollecinin maddi-texniki bazası gücləndirilib,
Naxçıvan Muxtar
Respublikası Bəstəkarlar
Təşkilatının və
Aşıqlar Birliyinin
fəaliyyəti təmin
edilib. Muxtar respublikada milli
musiqimizin təbliği
istiqamətində də
mühüm tədbirlər
görülür, yaradıcı
kollektivlərin xarici ölkələrə qastrol
səfərləri təşkil
edilir. Musiqimizin inkişafı istiqamətində
görülən tədbirlər
uşaq musiqi, incəsənət və bədii sənətkarlıq
məktəblərini də
əhatə edib.
Son illər 20-dən çox musiqi məktəbi üçün
bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilib. Hazırda muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq
məktəbi fəaliyyət
göstərir.Qeyd olunub
ki, uşaqların istedadının üzə
çıxarılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2010-cu il 19
aprel tarixli Sərəncamı ilə
yaradılan Naxçıvan
Dövlət Uşaq Filarmoniyasının da mühüm
rolu vardır. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin
nəzdində konservatoriyanın
açılması isə
ali təhsilli
musiqiçi kadrların
yetişdirilməsi baxımından
mühüm əhəmiyyət
daşıyır. Naxçıvan
Muxtar Respublikası
Ali Məclisi Sədrinin
Naxçıvan Muxtar
Respublikasında Xalq yaradıcılığı günlərinin
keçirilməsi haqqında
2009-cu il 7 fevral tarixli Sərəncamından sonra
Azərbaycan xalqının
tarixini özündə
yaşadan xalq musiqisi, yallılar, xalq rəqsləri, toy adətlərinin tədqiqinə
və təbliğinə
başlanıb. Natəvan
Qədimova muxtar respublikada musiqinin və mədəniyyətin
inkişafına göstərdiyi
diqqət və qayğıya görə bütün mədəniyyət
işçiləri adından
Ali Məclisin Sədrinə
minnətdarlıq edib.Sonra
Naxçıvan Dövlət
Filarmoniyasının Kamera
Orkestrinin və rəqs qrupunun ifasında konsert olub.Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Xalq Artisti Çingiz Axundov, baletmeyster Azərbaycan Respublikasının
Əməkdar Mədəniyyət
İşçisi Tamerlan
Bağırovdur. Konsertdə
görkəmli Azərbaycan
bəstəkarları Üzeyir
Hacıbəyovun, Qara
Qarayevin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Niyazinin, Vasif Adıgözəlovun,
Ramiz Mirişlinin, dünya musiqisinin korifeylərindən Volfhanq
Amadey Motsartın, İohan Bramsın, Antonio Vivaldinin, İohan Ştrausun, Karlos Qardelin əsərlərindən
parçalar, eləcə
də xalq mahnıları səslənib,
milli musiqi alətimiz balabanda Azərbaycan xalq mahnısı Sarı gəlin
ifa olunub. Azərbaycan Respublikasının
Əməkdar artistləri
Tural Nəcəfovun, Gülyanaq Fərzəliyevanın,
Mübariz Əsgərovun,
Vilayət İsmayılovun
və Naxçıvan
Muxtar Respublikasının
Əməkdar Artisti Zülfüqar Mahmudovun çıxışları alqışlarla
qarşılanıb, rəqs
qrupu milli və dünya rəqs nümunələrini
məharətlə ifa
edib.
Ali Məclisin
Sədri konsertdən sonra səhnə arxasına keçərək
ifaçılarla görüşüb,
onları Milli Musiqi Günü və uğurlu çıxışlarına görə
təbrik edərək
deyib: Bugünkü uğurlu konsert proqramı bir daha göstərdi ki, Naxçıvan Dövlət Filarmoniyasının
Kamera Orkestri bütün səhnələrdə
çıxış etməyə
qadirdir. Son illər Naxçıvan musiqi həyatında böyük uğurlar qazanılıb, orkestrlər
yaranıb, dəyərli
musiqiçilər yetişib.
Bütün bunlar yaradılan şəraitin
nəticəsində mümkün
olmuşdur. Muxtar respublikada musiqi təhsilinin bütün pillələri üzrə
kadr hazırlığı
təmin edilmişdir.
Kəndlərdə fəaliyyət göstərən
musiqi məktəbləri,
dərnəklər, Naxçıvan
Dövlət Musiqi Kolleci, Naxçıvan Dövlət Universitetinin Konservatoriyası muxtar respublikada ixtisaslı musiqiçi kadrların yetişməsinə, musiqi
mədəniyyətinin inkişafına
və milli musiqimizin yaşadılmasına
xidmət edir. Musiqinin sərhədi və milləti yoxdur. Bu gün
Üzeyir Hacıbəyovun
əsərləri hansı
ölkədə ifa olunsa, ölkəmizdəki
qədər seviləcəkdir.
Eyni zamanda Bethovenin, Motsartın əsərləri bütün
dünya ölkələrində
səhnələri fəth
edir. Bugünkü konsertdə də həm xalq yaradıcılığı
nümunələri, həm
də görkəmli Azərbaycan və dünya bəstəkarlarının
əsərləri ifa
olundu.Ali Məclisin Sədri deyib: Milli musiqi o yerdə inkişaf edir ki, onun
kökü olsun. Xalq isə o zaman milli musiqisi ilə fəxr edir ki, onun
musiqi sənəti qədim xalq yaradıcılığı nümunələrinə,
xalq musiqisinə əsaslansın. Çünki
hər bir xalqın varlığı
həm də onun xalq yaradıcılığında,
xalq musiqisində yaşayır. Bu gün Gəmiqaya abidələrində həkk
olunan qədim yallı nümunələri
milli musiqimizin minillik inkişaf tarixindən xəbər verir.
Ali Məclisin Sədri muxtar respublikada istedadlı musiqiçilərin yetişməsinin və uğurlu konsertlərin təşkilinin fəxr doğurduğunu bildirib, orkestrin bədii rəhbərinə və bütün kollektivə təşəkkür edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Iki sahil.- 19 sentyabr.- S.-.5.