“Leyli və Məcnun” ilk dəfə Rusiya səhnəsində .
2017-ci ilin oktyabrın
16-da Moskvada “Crocus City Hall”-ın
konsert zalında Məhəmməd füzulinin
eyniadlı əsəri
əsasında Üzeyir
Hacıbəylinin 1908-ci ildə
yaratdığı “Leyli
Məcnun” operasının
nümayişi olacaq.
Hafta.az-ın əməkdaşının verdiyi
xəbərə görə,
bunu Azərbaycan Milli Konservatoriyasının
rəhbəri Siyavuş
Kərimi jurnalistlərə
açıqlamasında deyib.
Siyavuş Kərimi bildirib ki, şərqin
ilk klassik operası birinci dəfə Moskvada, 6 minlik tamaşaçı tutumuna malik olan zalda nümayiş
etdiriləcək:
“Tamaşada əsas
partiyaları Azərbaycan
Dövlət Akademik Opera və Balet
Teatrının solistləri
ifa edəcəklər.
Xalq artisti Mənsum İbrahimov – Məcnun, beynəlxalq müsabiqələrin
laureatı Arzu Əliyeva isə Leyli obrazını canlandıracaq. Tamaşaçıların
digər solistləri və baleti də izləmək imkanı olacaq. Sinfonik orkestrinin dirişoru Xalq artisti Yalçın Adıgözəlovdur. Quruluşçu
rejissor isə Əməkdəar incəsənət
xadimi Hafiz Quliyevdir. Təşkilatçılar
isə Mədəniyyət
Nazirliyi, Moskvada fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət
və İncəsənət
Studiyası, eləcə
də Azərbaycan Milli Konservatoriyasıdır”.
Məcnun rolunun
ifaçısı Xalq
artisti Mənsum İbrahimov hafta.az-a açıqlamasında
bildirib ki, tamaşa Moskvanın sinfonik orkestrinin müşaiyyəti ilə
baş tutacaq:
“Leyli və
Məcnun” operasının
İstanbulda, Ankarada primyeraları olub. Amma ilk dəfə
olaraq Rusiyada Üzeyir bəyin bu əsəri səhnəyə qoyulacaq.
Özü də böyük formatda. Moskvanın sinfonik orkestrinin müşaiyyəti
ilə baş tutacaq. Bu tarixi
bir hadisədir. Hələ belə bir şey olmayıb.
Dahi Üzeyir Hacıbəylinin də ruhu şad olacaq
ki, 6 min nəfərlik zalda şərqin ilk operasının primyerası
olacaq. Moskvada buna çox böyük maraq var. Artıq biletlərin 50 faizi satılıb. Bu ilin yazından hazırlıqlara başlamışıq.
Moskvaya gedəcək tərkib də artıq müəyyənləşib.
Orkestrlə məşqlər
hələ başlamayıb.
Bu opera ilə mövüsümün
ilk açılışını
iki gün öncə Arzu xanım Əliyeva ilə Bakıda etdik. Anşlaqla keçdi. Sankt-Peterburqdan da dəvətlər gəlib. Titrlərlə səhnədə rus dilində məğzi yazılacaq. Çünki
səhnənin imkanları
çox yaxşıdır.
Moskvanın ən böyük və müasir salonudur”.
Leyli rolunun
ifaçısı Arzu
Əliyevanın da fikirlərini öyrəndik.
Muğam ifaçısı
deyir ki, ilk dəfə Moskvada baş tutacaq “Leyli Məcnun” tamaşasında
əsas rolun ifaçısı olmağın
qürurunu yaşayır:
“Leyli obrazına
köklənəndə, ab-havasına
düşdükdə həyəcan
yoxa çıxır.
Həyəcan tamaşaçıya
çatdırdığın obrazı, onun kolaritliyini əlli faizə qədər yarıya endirir. Orkestrlə məşqlərimiz
hələ başlamayıb.
Yaxın günlərdə
başlayacaq. Burada və orada heyətlə
birgə məşqlər
olacaq. İlk dəfə Rusiyada Leyli kimi səhnəyə
çıxacağam. Çox
həyəcanlıyam, məsuliyyət
hissi var.Ümid edirəm ki, öhdəsindən layiqincə
gələcəyik. Azərbaycanı,
muğamımızı layiq
olduğu şəkildə
təbliğ edəcəyik”
Dadaşova
Şəfiqə.
İki
sahil.- 2017.- 22 sentyabr.- S.10.