Görkəmli kimyaçı
alim
Əbülfəz Babayev -
70
Bir neçə gün bundan əvvəl elmi ictimaiyyət, yaxınları, dostları,
tələbələri və
yetirmələri texnika
elmləri doktoru,
professor, Nyu-York Elmlər
Akademiyasının həqiqi
üzvü, Beynəlxalq
Mühəndislər Akademiyasının
həqiqi üzvü,
Azərbaycan Dövlət
Neft və Sənaye Universitetinin Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası kafedrasının professoru
Babayev Əbülfəz
İsmayıl
oğlunun anadan olmasının 70 illik yubileyini qeyd etdilər.
Görkəmli alim Əbülfəz Babayevin tədqiqatçı
alim olması haqqında mənim hələ 1986-cı ildə
AMEA-nın Kimya Problemləri İnstitutunun
aspiranturasında oxuyan
zaman məlumatım var idi və
bir sıra bir-birindən dəyərli
elmi məqalələrini
oxumuşdum. Apardığı tədqiqat işləri,
elmi araşdırmaları
sırf Sumqayıt kimya sənayesindəki istehsalatlarda qarşıya
çıxan problemlərlə
bağlı olduğu
üçün bu dəyərli alimin elmi yaradıcılığı
bir oxucu və gələcəyin kimyaçı alimi kimi həmişə diqqətimi çəkmişdir.
Bununla belə, Əbülfəz
müəllimlə ilk tanışlığım
1995-ci ilə təsadüf
edir. O zaman Etilen-polietilen zavodu yeni yaranmışdı. Yəni
“EP-300” kompleksi “Sintez Kauçuk” İstehsalat Birliyinin tərkibindən çıxarılıb yeni
yaradılmış Etilen-Polietilen
zavodunun tərkibinə
verilmişdi. Əbülfəz müəllim onda Sintez kauçuk zavodunun baş mühəndisi vəzifəsində
çalışırdı. Həmin vaxtlarda avadanlıqların
bölgüsündə bir
çox mübahisəli
məqamlar üzə
çıxırdı. O cümlədən bir sıra laboratoriya avadanlıqlarının bölgüsündə
də belə bir məsələ ortaya çıxmışdı.
Araşdırma komissiyasında Əbülfəz
müəllim də iştirak edirdi. Mənim ilk tanışlığım elə
oradan başlandı.
Bizə lazım olan avadanlıqların verilməsi ilə bağlı müraciət
edəndə heç
bir tərəddüd
etmədən razılıq
verdi.
Sintez kauçuk zavodunun işçiləri kəskin
şəkildə etiraz
etdikdə, Əbülfəz
müəllim onlara təvazökarlıqla bildirdi:
“Görürsünüz ki,
Zakir müəllimgil həvəslə işləmək
istəyirlər. Məhz elə
buna görə biz onlara kömək etməli, dəstək olmalıyıq.”
Həqiqətən də həmin andan bu müdrik
insanla tanışlığıma
bir daha sevindim. Bu tanışlığın
bəhrəsi olaraq
biz Əbülfəz müəllimin
rəhbərliyi ilə
kimya sənayesinin problemlərini bir proqram şəklində hazırladıq. Onunla ilk tədqiqat
işimiz “Divinil istehsalatında” alınan butan-izobutilen fraksiyasının
mövcud qurğularda
səmərəli istifadə
olunmasına həsr olunmuşdu. Butan-izobutilen fraksiyasının hidrogenin
iştirakı ilə
laboratoriyada piroliz qurğusunda prosesin mexanizmi, optimal rejimin seçilməsi və kinetikası öyrənildi.
Müstəqilliyimizin ilk vaxtlarında Sovetlər Birliyindəki əlaqələr tam kəsildiyi üçün
zavodları reagentlərlə
və köməkçi
məhsullarla təmin
etmək çox çətinləşmişdi. Belə bir çətin
vəziyyət Polietilen
istehsalatında da yaranmışdı. Polimerləşmə
prosesində istifadə
olunan ağ yağları vaxtında gətirmək olmurdu. Xarici öllkələrdən asılılığı
aradan qaldırmaq üçün Heydər
Əliyev adına Neft Emalı Zavodunun katalitik krekinq qurğusundan alınan propan-propilen fraksiyasının əsasında
alüminium xlorid kompleksinin iştirakı ilə ağ yağların alınma texnologiyası işlənib
hazırlanmışdı. Bundan başqa, piroliz prosesindən alınan C5 və pirokondensat fraksiyaların emalı ən aktual məsələlərdən
biri idi. Respublikada həm daxili tələbatı lak-boya kimi məhsullarla
qismən ödəməklə
yanaşı, həm də sənaye üçün əsas xammal hesab olunan
benzol istehsalının
texnologiyası işlənib
hazırlanmışdı. Görkəmli alimin onlarla elmi işləri
xarici və dövri jurnallarda dərc olunmuş, beynəlxalq konfranslarda və simpoziumlarda maraqla dinlənilmişdir.
Bundan başqa, onun rəhbərliyi ilə elmi-tədqiqat işləri və ali məktəb üzrə dərslik kitabları nəşr olunmuşdu.
Görkəmli alim Əbülfəz Babayev bu gün
də böyük həvəslə, səylə,
usanmadan, yorulmadan elmi-tədqiqat və yaradıcılıq işlərini
davam etdirir.
Əbülfəz müəllim kimya üzrə fəlsəfə
doktoru elmi dərəcəsi alınması
üçün yazdığım
dissertasiya işində
mənim elmi rəhbərim olub. Bu gün də
elmi fəaliyyətimi
onunla iş birliyi şəraitində
davam etdirirəm. Onun dərin biliyi, istehsalat təcrübəsi mənim
üçün çox
böyük məktəbdir.
Məhz bu səbəbdən hər zaman əlaqə saxlayıb, ustaddan dəyərli məsləhətlər
alıram.
Əbülfəz müəllimin şəkili
bu gün də Etilen-Polietilen zavodunun laboratoriyasının
girişində bu laboratoriyanın keçmiş
rəhbərləri ilə
bir sırada vurulmuşdur. Əbülfəz müəllim
məhz bu laboratoriyada elmi-tədqiqat
işlərinə başlamışdır.
Laboratoriya binasına daxil olan hər
kəs Əbülfəz
müəllimin keçdiyi
yoldan danışır
və ona olan xoş arzularını
bir daha dilə gətirir.
Yuxarıda da
qeyd etdiyim kimi, bu günlərdə
tanınmış kimyaçı
alim, kimya elmləri doktoru, professor Əbülfəz Babayevin 70 illik yubileyi tamam oldu. Onun doğum
günü ulu öndər Heydər Əliyevin şah əsərlərindən olan
“Əsrin müqaviləsi”nin
imzalanması gününə
təsadüf edir və Neftçilərin peşə bayramı günü ilə üst-üstə düşür.
Həmin gün mənim üçün ikiqat bayram oldu.
Mən də Əbülfəz müəllim
Babayevi 70 illik yubileyi münasibətilə
ürəkdən təbrik
edir, ona uzun ömür, möhkəm cansağlığı,
yeni-yeni yaradıcılıq
uğurları arzulayıram.
Zakir Məmmədov
Iki sahil.- 2017.- 23 sentyabr.- S.12.