Azərbaycan dünyanın tanınmış
multikulturalizm mərkəzlərindən
biridir
Azərbaycan
dünyanın tanınmış
multikulturalizm mərkəzlərindən
biridir. Multikulturalizm Azərbaycanda dövlət
siyasətidir. Bütün
etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda
sülh və harmoniya şəraitində
yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm ili”, 2017-ci il isə “İslam həmrəyliyi
ili” elan olunmuşdur.
Bu sözləri
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 20-də
Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının
açılışında çıxışı zamanı
söyləyib.
Prezident bildirib ki, Azərbaycan
dinlərarası dialoqun
gücləndirilməsinə yönəlmiş çox
sayda beynəlxalq tədbirlərə ev sahibliyi edib. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının
7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Dünya
Mədəniyyətlərarası Dialoq forumlarını, beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumunu və digər mühüm tədbirləri qeyd etmək olar: “İslam Əməkdaşlıq Təşkilatının
və Avropa Şurasının üzvü
olan Azərbaycan
2008-ci ildə BMT-nin dəstəklədiyi “Bakı
Prosesi”nə start verdi.
“Bakı Prosesi”nin əsas məqsədi müsəlman
aləmi ilə Avropa arasında dialoqu, tərəfdaşlığı
və əməkdaşlığı
gücləndirməkdir.
2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi
etdi. 2017-ci ildə Azərbaycan 54 ölkənin
iştirakı ilə
IV İslam Həmrəyliyi Oyunlarına ev
sahibliyi etdi. İki il
ərzində paytaxtımız
Bakıda Avropa və İslam Oyunları keçirildi. Bu, həmçinin multikulturalizmin
təşviq edilməsinə
böyük töhfə
oldu”.
Dövlət başçısı vurğulayıb
ki, ərazisində demək olar ki, milli azlıqlar
olmadığı, monoetnik
ölkə kimi tanınan və ksenofobiya dövlət siyasəti olan Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətli ölkədir,
cəmiyyətimizin mədəni,
etnik və dini müxtəlifliyi böyük sərvətimizdir:
“İslamofobiyanı pik
həddinə çatdırmış
Ermənistan işğal
olunmuş ərazilərdə
bütün məscidlərimizin
dağıdılması kimi
bir çox vandalizm aktlarını törətmişdir”.
Prezident 1993-cü ildə BMT Təhlükəsizlik
Şurasında Ermənistan
silahlı qüvvələrinin
işğal olunmuş
Azərbaycan ərazisindən
dərhal və qeyd-şərtsiz çıxarılmasını
tələb edən 4
qətnamə qəbul
edildiyini, lakin bu sənədlərin indiyədək kağız
üzərində qaldığını
diqqətə çatdırıb: “Ermənistan
bu qərar və qətnamələri
icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrinə
məhəl qoymur və əfsuslar ki, o, buna görə
cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri
bir neçə gün ərzində icra olunur. Bizə
gəldikdə isə
24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili
standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
beynəlxalq hüquq,
BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələri
əsasında həll
olunmalıdır. Azərbaycanın
ərazi bütövlüyü
tam şəkildə bərpa olunmalıdır”.
Dövlət
başçısı qeyd
edib ki, Ermənistan işğalının
yaratdığı böyük
çətinliklərə baxmayaraq, Azərbaycan uğurla inkişaf edir. Davos Dünya İqtisadi
Forumunun “2016-2017-ci illər
üzrə qlobal rəqabətə davamlılıq
hesabatı”nda Azərbaycan
138 ölkə sırasında
37-ci yeri tutub. 2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında
əldə etdiyi böyük nailiyyətinə
görə həmin ilin “Cənub-Cənub” mükafatını alıb və 2010-cu ildən isə yüksək insan inkişafı kateqoriyalı
ölkələr sırasına
daxil edilib.
İki
sahil.- 2017.- 26 sentyabr.- S.15.