Ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır
Ölkə
iqtisadiyyatında qeyri-neft
sektoru önəmli yer tutur. Qeyri-neft
sektorunun inkişafı
istiqamətində bir
sıra - qanunvericilik bazasının təkmilləşdirilməsi,
sahibkarlığın inkişafı,
ixrac potensialının
artırılması istiqamətində
stimullaşdırıcı tədbirlər həyata keçirilir. Regionlarda sənaye parklarının,
zonalarının yaradılması,
qeyri-neft məhsullarının
emal sənayesinin dirçəldilməsi, kiçik
və orta səhibkarlığın genişləndirilməsi
deyilənlərin bariz
nümunəsidir.
İqtisadiyyatımızın digər sahələri
ilə yanaşı, sənayenin inkişafına
da xüsusi önəm verilir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən sənayeləşmə
siyasətinə uyğun
olaraq, yüzlərlə
müasir sənaye müəssisəsi fəaliyyətə
başlayıb, ölkəmizdə yeni sənaye sahələri yaradılıb. Ən əsası isə yerli tələbatın ödənilməsində istehsal
olunan məhsulların
payı əhəmiyyətli
dərəcədə artıb,
ixracın həcmi yüksəlib.
Bu gün
sənayenin inkişafı
istiqamətində çox
ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki
dövrdə proqram kimi təqdim edilən layihələr artıq reallaşır. Bölgələrdə yaradılan
sənaye parklarında
rezidentlərin sayı,
investisiyaların həcmi
artır və buna maraq da
çox böyükdür.
Bu günlərdə
Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin
açılışında iştirak edib. Qeyd edək ki, dövlət başçısının müvafiq
Sərəncamla inşa
edilən Neftçala
Sənaye məhəlləsində
9 müəssisə və
1 kiçik sahibkarlıq
emalatxanası fəaliyyət
göstərir. Sənaye
məhəlləsinin iştirakçıları
tərəfindən istehsal
sahələrinin yaradılmasına
45,3 milyon manat investisiya yatırılıb.
Bununla belə, iş adamlarının sənaye məhəlləsinə
cəlb edilməsi istiqamətində tədbirlər
davam etdirilir və tələbata uyğun olaraq məhəllənin ərazisi
genişləndiriləcək. Sənaye Məhəlləsində
ümumilikdə 474 daimi
iş yeri yaradılıb.
Prezident İlham
Əliyev Neftçala
Sənaye Məhəlləsinin
açılışındakı nitqində bildirdi ki, bu gün
ölkəmizdə sənayeləşmə
siyasəti uğurla aparılır: “Neftçala
rayonunun inkişafında
bu sənaye məhəlləsinin çox
böyük rolu olacaq. Burada artıq bir neçə müəssisə
fəaliyyətə başlayıb,
bir neçə müəssisənin fəaliyyəti
yaxın aylarda təmin ediləcəkdir.
...Bu sənaye məhəlləsinin fəaliyyəti
həm rayonun iqtisadiyyatına, həm ölkə iqtisadiyyatına
çox böyük təkan verəcək. Bu sənaye məhəlləsinin yaradılması
əslində bu istiqamətdə görülmüş
işlərin yeni mərhələsinin başlanmasıdır.”
Dövlətimizin başçısı vurğuladı
ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərində
böyük sənaye
müəssisələri yaradılır.
Mingəçevir şəhərində
böyük sənaye
zonası yaradılır
və kiçik şəhərlərdə də
belə layihələrin
icrası çox əlamətdar hadisədir.
Sevindirici haldır ki, böyük şəhərlərdən sonra
ilk sənaye zonası Neftçala rayonunda yaradılıb, yaxın vaxtlarda əlavə iki sənaye zonası Masallı və Hacıqabul rayonlarında fəaliyyətə başlayacaq.
Respublikamızda sənaye parkları sırasında Balaxanı
Sənaye Parkı da mühüm yer tutur. Bu parkın
yaradılması ölkəmizdə
yüksək texnologiyalar
əsasında rəqabətqabiliyyətli
sənaye məhsullarının
istehsalının genişləndirilməsi,
qeyri-neft sektorunun, o cümlədən “yaşıl
iqtisadiyyat”ın inkişafı,
əhalinin istehsal sahəsində məşğulluğunun
artırılması, Bakı
şəhəri və
ətraf qəsəbələrdə ekoloji
vəziyyətin yaxşılaşdırılması
məqsədinə xidmət
edir. Balaxanı Sənaye Parkının rezidentlərinə, digər
sənaye parklarının
rezidentləri kimi dövlət tərəfindən
bir sıra güzəştlər edilib.
Belə ki, rezidentlər 7 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad olunur, sənaye
parkında istehsal sahəsinin qurulması və məhsul istehsalı məqsədilə
idxal edilən texnika, texnoloji avadanlıq və qurğular ƏDV-dən və idxal rüsumundan
azad edilir.
Qeyri-neft sektorunun,
sənaye sahələrinin
inkişafı istiqamətində
atılan addımlar, sənaye parklarının
açılması ilə
bərabər aqroparkların
yaradılması kompleks
şəkildə gələcək
üçün planlaşdırılmış
layihələrdir. Azad sahibkarlığın
formalaşması və
inkişafı uzunmüddətli
bir prosesdir və xeyli dərəcədə
dövlət-hakimiyyət orqanları
tərəfindən müəyyənləşdirilən
iqtisadi, hüquqi, siyasi şəraitin əlverişlilik, səmərəlilik
dərəcəsindən asılıdır.
Sadalananlardan da aydın görünür ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi
və yerli ehtiyatlardan səmərəli
istifadə etməklə
sənaye sahələrinin
inkişafı baxımından
sənaye zonalarının
yaradılması mühüm
önəm daşıyır.
Orxan Vahidoğlu.
İki
sahil.- 2017.- 28 sentyabr.- S.10.