Azərbaycanın qədəm qoyduğu postneft dövrü

 

2016-cı il ölkə iqtisadiyyatı üçün ağır illərdən biri oldu. Ölkə Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır bu səbəbdən də ölkəmiz dünyanın iqtisadi böhranından ziyansız yayına bilmədi. Buna baxmayaraq Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bildi, iqtisadi sabitlik təmin edildi.

Bütün çətinliklərə baxmayaraq, ölkəmizin qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı isə 2 faizdən çox artdı. Dünyanın məşhur iqtisadi analitiklərinin verdikləri açıqlamalara görə, 2017-ci ilqlobal iqtisadi böhranın davam edəcəyi dövr olacaq. Ekspertlər bunu dünya neft bazarında baş verə biləcək ucuzlaşma ilə əlaqələndirirlər. Lakin Azərbaycan hökuməti dünyanı gözləyən iqtisadi böhrandan zərərsiz çıxmanın yollarını müəyyənləşdirib. 2017-ci ilin dövlət büdcəsinə diqqət yetirdikdə görürük ki, hökumət neftdən asılılığın azaldılması istiqamətində tədbirlərini artırır. Artıq Azərbaycan postneft dövrünə qədəm qoyur. Ölkə büdcəsinə gələcək gəlirlərin böyük hissəsi qeyri-neft sektorundan gözlənilir. Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd etdi ki, bu il qəbul olunan qərarlar, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində olacaq. Eyni zamanda, rəsmi Bakı ixracın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atıb. Çünki neft gəlirlərinin aşağı düşməsi nəticəsində ölkənin valyuta gəlirləri azaldı. Bu səbəbdən qeyri-neft ixracının inkişafı ilə boşluğun bərpası nəzərdə tutulub.

 

Strateji Yol Xəritəsi”nin vəd etdiyi investisiya gəlirləri

 

Ölkə başçısı qeyri-neft sektorunun inkişafı məqsədi ilə “strateji yol xəritəsi”nin hazırlanması ilə bağlı Fərman verdi. Yeni dövlət proqramında turizm sektorunun inkişafına xüsusi diqqət ayrılıb. “Srateji yol xəritəsi”ndə ucuz avia biletlərin tətbiqi və turizm təbliğat bürolarının yaradılması da qeyd olunub. Onu da əlavə edək ki, bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Yeni qərarların tətbiqi isə ölkəyə yönələcək turizm axınını artıra bilər. Bundan başqa tətbiqinə 2016-cı ildən başlanan iriorta turizm obyetkləri turistlərin istifadəsinə veriləcək. Qeyri-neft sektorunun digər ən böyük sahəsi hesab olunan kənd təsərrüfatının inkişafı da hökumətin prioritetidir. Ötən il ölkə başçısı aqrar sahənin inkişafı məqsədi ilə pambıqçılığın, tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə Fərman imzaladı. Hətta hökumət bu sahədə müəyyən güzəştlər tətbiq etdi. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 190 milyon manat vəsait ayrıldı ki, bunun da böyük bir hissəsi fermer təsərrüfatlarının payına düşdü. Aqrar sektorun inkişafı üçün hazırlanan Dövlət Proqramına uyğun olaraq ölkədə yaşıl marketlərin və logistika mərkəzlərinin yaradılması işinə start verildi. Bu cür infrastrukturun yaradılması fermerlərin birbaşa məhsullarını bazara çıxarmasına imkan yaradır. Bu kimi layihələrin reallaşdırılması daxili bazarın imkanlarını artırmaqla yanaşı, ölkəmizi xarici bazarın asılılığından da azad etmiş oldu. Bundan başqa, 2016-cı ildə azad iqtisadi zonanın yaradılması işinə start verildi. Layihənin ilkin mərhələsi kimi Ələt Beynəlxalq Ticarət Limanı istifadəyə verildi. Prezident İlham Əliyevin də dediyi kimi, ölkəmiz neft gəlirlərinin bir hissəsini bölgədə iri tranzit zonasının yaradılmasına yönəldir.

 

Regionun təhlükəsiz nəqliyyat dəhlizi

 

Görülən tədbirlər deməyə əsas verir ki, ölkəmizin də iştirakı ilə tarixi İpək Yolu yenidən bərpa olunur. Bu il istifadəsi gözlənən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi beynəlxalq İpək Yolu layihəsinin tərkib hissəsidir. Təsadüfi deyil ki, ölkə başçısı çıxışında qeyd etdi ki, Azərbaycan nəqliyyat təhlükəsizliyi istiqamətində tarixi addımlar atdı: “Uzun illər davam edən Şərq-Qərb nəqliyyat dəhlizinin icrası artıq başa çatır və Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi istiqamətində Azərbaycan çox önəmli addımlar atmışdır. Demək olar ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan tərəfinə düşən payı üzrə görüləcək işlər artıq görülübdür. Biz qısa müddət ərzində bütün işləri başa çatdırdıq və beləliklə, gələcəkdə əlavə səylər qoyaraq çalışacağıq ki, bu iki önəmli magistral tezliklə işə düşsün.”

 

Dağliq Qarabağ münaqişəsinin həllinə rəvac verən Aprel əməliyyatı

 

Prezident İlham Əliyev reallaşanrellaşacaq iqtisadisosial layihələrlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən tədbirləri də diqqətə çatdırdı. 2016-cı ilin aprelində işğal olunmuş ərazilərdə aparılan hərbi əməliyyatlar zamanı əldə olunan uğur Azərbaycanın siyasi arenada da güclü olduğunu bir daha göstərdi. Artıq ölkəmiz danışıqlar masasında diktə edən tərəf kimi tanındı. Dövlət başçısının da dediyi kimi, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcək. Aprel döyüşləri bir millətin tarixi qələbəsidir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır. Gücsüz və haqsız Ermənistanın yanında artıq heç bir dövlət yer almır. Son proseslər bədnam qonşumuzun münaqişənin həllində qeyri-ciddi olduğunu sübut etdi.

 

Vüqar Əliyev

 

İki sahil.- 2017.- 7 yanvar.- S.7.