Böyük sənəti böyük
şəxsiyyətlər yaradır
Müsahibimiz Əməkdar incəsənət
xadimi Şeyx
Əbdül Mahmudbəylidir
- Əbdül
müəllim, doğum soyadınız
Əbdül Mahmudov, sonra
Əbdül Mahmudbəyov və Şeyx
Əbdül Mahmudbəyov olub. Bilirik ki, sizin
doğum iliniz elə bir vaxta, tariximzin
elə bir dönəminə düşmüşdü ki,
məhz Mahmudov soyadını
daşımalı idiniz. Maraqlıdır,
soyadınızın hansı forması ilə daha
çox fəxr edirsiniz?
- Əvvəlcə Əbdül adı ilə başlayaq. Adımın mənası nökər, qul, kölə anlamını daşıyır. Heç kəs öz övladına kölə adı qoymaz. Mənim adım Əbdül Əhəd idi. Yəni Allahın qulu. Sovet dövründə biz çox ciddi repressiyalara məruz qaldıq. Müstəmləkə altında olarkən istər-istəməz adımız, soyadımız dəyişdi. Təəssüflər olsun ki, çox böyük faciələr yaşadıq. Daha sonra adımı Şeyx Əbdül etdim. Yəni nökər yox, müqəddəs İslam elminin nökəri, xidmətçisi. Şeyxlik nədir? Şeyxliyin birinci statusu, açması ilahiyyatı, İslamı tədris edən alimlərə deyilir. Təsəvvür edin ki, ibtidai dövrdə yüksək təhsil ilə İslamı tədris edən şəxs yaşadığı ərazidə o mahalın ağsaqqalı, söz sahibi kimi qəbul olunurdu. Yəni şeyx sözü də el ağsaqqalı anlamını daşıyır. Mən də nökərçiliyi qəbul etmədiyim üçün adımı belə dəyişmişəm. Mən ya Allaha nökərçilik edə bilərəm, ya da soyuma, kökümə.
- “Ayazlı,
şaxtalı bir qış axşamı,
7 yoldaş olub yola düzəldik” - Əbdül müəllim
o altı yoldaşı necə
xatırlayır?
- Əvvəlcə qeyd edim ki, bu misra dahi Səməd Vurğunun “Komsomol” poemasındandır. Görkəmli ziyalımız Yusif Səmədoğlu tərəfindən ssenariləşdirildi. Heç yatanda da yuxuma girməzdi ki, nə vaxtsa aktyor kimi rol ifa edəcəyəm. Məqsədim məhz möhtəşəm tariximizi, mənəvi dəyərlərimizi, fəlsəfi kəlamlarımızı ekrana gətirmək və dünyaya tanıtmaq idi. Elmi proqresin ən gözəl bariz nümunəsi kino mədəniyyəti idi, görmək, göstərmək mədəniyyəti idi. Lümyer qardaşları Fransada kinonu kəşf edəndən üç ay sonra Bakıda kino çəkilişləri başladı. Çünki o vaxt Bakıda neft bumu başlamışdı. Dünyanın bütün imkanlı adamları, milyonçuları Bakıya axın edirdi.
- Kinoya
maraq necə yarandı? Ümumiyyətlə,
bu aləmə necə düşdünüz?
- Kinoya maraq uşaq yaşlarımdan yaranıb. Qobustanda doğulub böyümüşəm. Bizim kənddə dahi sənətkar Nazim Hikmətin əsəri əsasında film çəkilirdi. Bu filmin də rejissoru Əjdər İbrahimbəyov, bəstəkarı isə Arif Məlikov idi. Film əsasən feodal dövründən bəhs edirdi. Orada varlılar qatarla kef çəkə-çəkə gedərkən yerdəki dilənçi uşaqları görür və onlar başlayırlar uşaqlarla oynamağa. Qatar gedə-gedə uşaqlara meyvə, konfet atırlar. Uşaqların da görmədikləri şeylər olur. Qatar dayanmır. Biz də həmin o vaxtlar vağzal uşaqları idik. O vaxt bir neçə uşaq seçmişdilər ki, qatar gedə-gedə qatarın arxasınca qaçsınlar. Mən o biri uşaqlardan bir az cəld olduğum üçün daha çox konfet yığa bilirdim. Böyük yazıçımız Fərman Kərimzadə mənim haqqımda yazdığı məqaləyə belə bir ad qoymuşdu “Konfetin dalınca qaçıb, kinoya gələn oğlan”.” O ad mənim üçün çox əzizdir. Sonra yenə qəribə bir təsadüf oldu. Qobustanda “Leyli və Məcnun” əsərini çəkirdilər. Burada da qoçaq uşaqlar kənarda qalmadı. Ssenaridə belə bir yer var idi ki, qulları zəncirləyib aparırlar. Burada da zəncirlənən qulları biz oynayırdıq. Artıq Qobustanda bizi tanıyırdılar. Burada maraqlı məqam o oldu ki, birinci filmdəki dahi rejissor Əjdər İbrahimbəyov sonralar mənim dostum, kino yoldaşım oldu. Deyəndə gözü doldu, qucaqladı məni. Arif Məlikov kimi böyük bəstəkarımız iki filmimə mahnılar yazdı. Adil İsgəndərov mənim müəllimim, ustadım oldu. Təsadüfi heç nə yoxdur. Hər zaman sonunda bir zərurət dayanır. Kinoya gəlişim belə oldu. Daha sonra “Yeddi oğul istərəm”, “Nəsimi”, “Axırıncı aşırım”, “Şərikli çörək”, “Ümid boxçası” və başqa filmlərdə çəkildim. Amma əsas məqsədim rejissor olmaq idi. Dörd filmdə ikinci rejissor kimi işlədikdən sonra sərbəst fəaliyyətə başladım. Sonra tale elə gətirdi ki, ulu öndər Heydər Əliyevin sayəsində Moskvada milli kadrların formalaşması üçün kurs açıldı və oraya qəbul olundum. Orada böyük sənətkarlardan dərs aldım. Bu minvanlla taleyimi kinoya bağladım. Əvvəl aktyor kimi, daha sonra isə rejissor, indi isə qoca bir təqaüdçü kimi.
- Təxminən
50-dən çox filmin
titrində adınız və soyadınız aktyor,
rejissor və ssenari
müəllifi kimi göstərilir.
Hansı sahə sizin üçün
daha əzizdir? Filmlərdə rejissor, ssenari müəllifi
olmaq, yaxud hər
hansı bir obrazı canlandırmaq?
- 1962-ci ildən müstəqillik dövrünə kimi, bütün kinolarda hər hansısa formada demək olar ki, adım var. Film çəkiləndə rolun böyüklüyü və kiçikliyinin heç fərqində olmurduq. Yetər ki, biz kinoda, çəkilişdə, yaradıcılıq prosesinin içərisində olaq. Ona görə də bu filmlərin heç sayını da bilmirdim, dediniz xoş oldu. Həqiqət bundan ibarətdir ki, mən kinoçuyam, mənim ruhum, əqidəm, ilahi qismətim kino ilə bağlıdır. Ata-anamdan sonra kinostudiya mənim üçün ən müqəddəsdir.
- Ümumiyyətlə,
belə bir ifadə var
ki, filmlərdə baş
rol, epizodik rol, kiçik rol məhfumu yoxdur. Bu gün sizə hər
hansı bir filmdə epizodik
rol təklif olunsaydı qəbul edərdinizmi?
- Dünyanın ən dahi şəxsiyyətləri bildirirlər ki, rolun böyüyü, kiçiyi yoxdur. Azərbaycanda üç nəfər aktyor adı çəkə bilərəm ki, kinoda kiçik rol oynayıblar, ancaq ən sevilən, ən yadda qalan aktyorlardandırlar: Fazil Salayev, Ağahüseyn Cavadov, Süleyman Ələsgərov. Bu aktyorlar hər zaman tamaşaçıya lazım olan enerjini, sətiraltı ideologiyanı bir epizodda verə biliblər. Aktyor var ki, əvvəldən axıra baş rolda çəkilib, amma heç kimin simpatiyasını qazana bilməyib. Nəyə görə dünyanın hər yerində əsərin baş qəhrəmanlarına milyonlar xərcləyirlər? Ona görə aktyorlara milyonlar xərcləyirlər ki, o aktyor, aktrisaların şəxsiyyəti tamaşaçı üçün maraqlıdır. Bu mənada sözsüz ki, rolun deyil, aktyorun böyüyü-kiçiyi var.
- Bir az da “Nəsimi” filmindən danışaq. Orada siz dərviş
rolunu ifa etmisininz. Bu filmi
izləyəndə adama
elə gəlir ki, sizin içinizdə
bir dərvişlik
var. Əgər belə
olmasaydı, o rol bəlkə də bu qədər möhtəşəm alınmazdı.
Dərvişlik xarakterinizə bu
qədərmi yaxındır?
- Mənim nəslimin bir kökü dərvişliyə gedib çıxır. Bu, mənim soyumdan, kökümdən gələn
bir şeydir. Ruhu şad olsun ulu öndər Heydər Əliyevin köməkliyi sayəsində
bu film çəkilirdi.
Moskvadan bütün lazım olan avadanlıqlar ölkəyə gətirilmişdi.
Bilirsiniz, böyük sənəti böyük şəxsiyyətlər
yaradır. Bu gün
də ulu öndər Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Hazırda dövlət sifarişi
ilə “Dəmir ağacından asılan beşik”, yəni Şah İsmayıl Xətai haqqında hazırlanacaq filmin iki seriyasının ssenarisi hazırdır.
Şah İsmayıl Xətainin dövründə anadilli dövlətimizin iki milyon səkkiz yüz min kvadratmetr ərazisi var idi. Eyni zamanda, 230 il
ömrü olan çox möhtəşəm
bir dövlət qurmuşdu. İndi dünyada elə
dövlət yoxdur ki, bu qədər
ömrü olsun.
- Əbdül
müəllim, bizim üçün də maraqlı olan bir neçə məlumat və faktlarla gəlmisiniz. İstərdik bunlara
bir aydınlıq gətirəsiniz....
- Yeri, yurdu, əsli-kökü
bəlli olmayan, özünü erməni adlandıranlar haqqında əlimdə kifayət qədər faktlar var. Hər zaman xristian faktorundan istifadə edən bu satqın tayfa, özünü bu gün erməni
adlandırır. Hal-hazırda özlərinə
bu ad sərf edir deyə, bundan istifadə edirlər. Güya ki, bunlar bu gün ermənidirlər.
Onların nə yeri var, nə yurdu,
nə torpağı, nə də yaranış tarixi bəllidir. Öz tarixçiləri yazır ki, bizim soyumuz haradandır
hələ axtarıb
tapa bilmirik. Ermənilərin kökləri qara
qullara dayanır.
Sarayların, qalaların ətrafında
qazmalar, mağaralar olardı, nökərlər
o yerlərdə qalardılar.
Böyük imperiyalarda qədim
Finikiya dilində qara-qura və nökərçiliklə məşğul
olanlara ermənilər
deyilirdi. Bunlar bu
adı niyə götürüb? Çünki onlar özlərinin yalançı erməni tarixini düzəldən Movses Xorenatsidən imtina ediblər. Artıq Movses Xorenatsinin o zaman saxta rəqəmlərlə
düzəltdiyi erməni
tarixi onlara sərf etmirdi. Çünki yeni yalanlar qurduqları üçün
bu “alimin” yazdıqlarını təkzib
edirlər. Ermənilər haqqında L.Tolstoy bildirir ki, ermənilərin
Qafqaza gətirilməsi
Qafqaz xalqlarının
kürəyinə sancılan
xəyanət xəncəridir.
Şəmsiyyə Əliqızı,
Röya Şahbazi
İki sahil.- 2017.- 12 yanvar.- S.12.