Nuridə Kəngərli:
Çalışırıq ki, oxuculara
yüksək elmi
informasiya xidməti göstərək
Müsahibimiz Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Mərkəzi
Elmi Kitabxanasının direktoru Nuridə Kəngərlidir
- Nuridə xanım, ilk olaraq
oxucularımıza AMEA Naxçıvan Bölməsinin Mərkəzi
Elmi Kitabxanası haqqında məlumat verməyinizi istərdik
- AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasının əsası 1972-ci ildə Azərbaycan SSR EA-nın MEK-nın şəbəkə kitabxanası kimi Naxçıvan Regional Elm Mərkəzinin nəzdində yaradılıb. Ümummilli lider Heydər Əliyevin AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında 7 avqust 2002-ci il tarixli Sərəncamına əsasən, həmin ildən Naxçıvan Bölməsinin nəzdində müstəqil elmi kitabxana kimi fəaliyyətini davam etdirməkdədir. Kitabxanamız üniversal tipli elmi kitabxana olaraq, fondları əsasən müxtəlif elm sahələrini əhatə edən ədəbiyyatlarla zənginləşdirilir və müxtəlif elmi müəssisələrdə çalışan alimlərə, elmi işçilərə, universitet müəllim və tələbələrinə, xalq təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislərə xidmət edir. Kitabxanada iki kitab, jurnal, dövri mətbuat, avtoreferat və dissertasiya fondları fəaliyyət göstərir. Azərbaycan və rus dillərində kitablarla yanaşı, həm də Qərbi Avropa və Şərq dillərində olan ədəbiyyatlar da kitabxanada komplektləşdirilir. Kitab fondumuz 36241, jurnal fondumuz 18916, avtoreferat fondu 6306, dissertasiya fondu isə 86 nüsxə təşkil edir.
- Kitabxana-oxucu
münasibətləri, Mərkəzi Elmi
kitabxananın iş prinsipləri necə
təşkil edilir?
-Kitabxanamız elmi kitabxana olduğu üçün artıq müəyyən bir intellektə malik olan oxuculara xidmət göstərir. Müasir oxucu auditoriyasını genişləndirmək üçün modern xidmət formalarından istifadə olunması işçilərimizin ümdə vəzifəsidir.
- Oxucularla
əlaqələrdə xüsusi metodikadan istifadə olunurmu?
-Oxucularla əlaqələrdə birinci növbədə informasiya xidməti xüsusi əhəmiyyət daşıyır. Oxucuları maraqlandıran məsələlərə, mövzulara aid kitabxanada mövcud olan çap əsərləri və başqa sənədlər haqqında operativ şəkildə informasiya vermək, fondlarımıza daxil olan müxtəlif çap məhsulları və digər sənədlər haqqında vaxtaşırı məlumatlandırmaq, kitabxanada müxtəlif kütləvi tədbirlər, kitab müzakirələri, kitab təqdimatları keçirmək, onlara müxtəlif şifahi biblioqrafik arayışlar vermək, bütün bunların hamısı oxucularla birbaşa əlaqə deməkdir.
- Oxucular daha çox hansı kitablara müraciət edirlər?
-Qeyd etdiyimiz kimi, kitabxanamız universal
xarakterli elmi kitabxana olduğundan həm fondların tərkibi, həm də oxucuların tərkibi əsasən elmə xidmət edir. Qeyri-akademik müəssisələrdən olan mütəxəssislərə
də nümunəvi xidmət göstərən
kitabxanamızın bu
gün 400-ə yaxın
oxucusu var. Bu oxucular arasında müxtəlif elmi dərəcəsi olan alimlər, elmi işçilər, doktorant və dissertantlar, universitet müəllim və tələbələri daha
çox üstünlük
təşkil edir.
Bu səbəbdən də onları daha çox elmi ədəbiyyatlar maraqlandırır.
- Kitabxananızda
biblioqrafiya-informasiya xidməti
haqqında nə deyə bilərsiz?
-Kitabxanada əsasən biblioqrafiya-informasiya xidməti
kataloq-kartoteka sistemi vasitəsilə həyata keçirilir. Kitabxanamızın fondlarını əks
etdirən kataloq-kartoteka
sistemində 61549-dan çox
çap məhsulları
və digər kitabxana sənədlərinin
biblioqrafik təsvirləri
oxucularda müəyyən
təsəvvür yaradır.
Hal-hazırda kitabxanada fəaliyyət göstərən kataloq-kartoteka
sisteminin ümumi sayı 36-dır. Oxuculara
xidmət işində
biblioqrafiya şöbəsi
tərəfindən yaradılan
müxtəlif kartotekalar:
ümumi kartotekalar, aktual mövzuları əks etdirən mövzu kartotekaları, diyarşünaslıq kartotekası
mühüm əhəmiyyətə
malikdir.
Kitabxanamızda eyni zamanda Azərbaycan
dövlətçiliyinin, milli
ideologiyamızın, azərbaycançılığın
təbliğat mərkəzi
kimi ümummilli lider Heydər Əliyev irsinin toplanıb saxlanması mühüm əhəmiyyət
daşıyır. Bu məqsədlə
kitabxanada həm dahi öndərin həyat və siyasi fəaliyyətini əks etdirən şöbə, həm də “Heydər Əliyev: həyatı və siyasi fəaliyyəti” adlı kartoteka yaradılıb. Bu kartotekada da
artıq 20-yə yaxın
rubrika açılıb.
Kitabxanada fəaliyyət göstərən
Xarici ədəbiyyat şöbəsində həm
Qərbi Avropa, həm də Şərq dillərində
olan müxtəlif kitab və jurnallar
komplektləşdirilərək oxucuların istifadəsindədir. Bundan əlavə,
kitabxanada dövri mətbuat fondu, referativ jurnal fondu oxucuları müntəzəm şəkildə
müxtəlif informasiyalarla
təmin edir. Hal-hazırda 18 adda
respublika qəzeti və müxtəlif elmi jurnallar oxucuların xidmətindədir.
Yeri gəlmişkən
qeyd edək ki, biz mütəmadi olaraq kitabxanamızda əlamətdar və tarixi günlərə, ayrı-ayrı alim və yazıçıların,
dövlət xadimlərinin,
görkəmli şəxsiyyətlərin
yubileyinə həsr olunan sərgilər təşkil edirik.
- AMEA Naxçıvan
Bölməsinin Mərki
Elmi Kitabxanası artıq elektron kitabxana statusu alıb...
-Ölkə kitabxanalarının
elektronlaşması, onların
inkişaf etmiş dünya kitabxanaları sırasına qatılması
və Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaranması
üçün Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin 20
aprel 2007-ci il tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında” Sərəncamı
bu sahənin daha da inkişaf
etməsini sürətləndirdi.
Həmin
Sərəncam Naxçıvan
Muxtar Respublikasında
da müasir tələblərə uyğun
kitabxanaların fəaliyyəti
üçün geniş
zəmin yaratdı.
Belə ki, Naxçıvan şəhərindəki elektron
kitabxanaların sırasına
daha bir kitabxana-AMEA Naxçıvan
Bölməsinin Mərki
Elmi Kitabxanası da qoşuldu.
AMEA Naxçıvan Bölməsinin
elektron kitabxanası 4
sentyabr 2013-cü ildə
yaradılıb. Bu məqsədlə
12 terabayt yaddışı
olan əsas və ehtiyat server quraşdırılıb, 6 oxucu
yeri olan elektron oxu zalı
yaradılıb. Kitabxana sürət
köçürmə aparatı,
printer, elektron daşıyıcılarda
olan məlumatların
vizual və səsli izlənməsi üçün bir ədət televizor, mobil elektron lövhə ilə təmin olunub. Kitabxanamızda lokal şəbəkə
və internet səhifəsi
hazırlanıb. Skaner otağında
kitabların elektron versiyası hazırlanaraq lokal şəbəkə və ya internet vasitəsilə oxuculara təqdim olunur.
- Sizcə, müasir kitabxanaçı
necə olmalıdır?
- Bu gün cəmiyyətimiz kitabxanaçı peşəsinin
intensiv inkişafını
tələb etməklə
bərabər onların
qarşısında öz
peşəkarlıqlarını artırmaq vəzifəsini
də qoyur. Müasir kitabxanaçı elmi biliklərini artırmaqla bərabər, həm də geniş ictimai-siyasi dünyagörüşünə
malik olmalıdır.
Onlar kitabxanaşünaslıq və
biblioqrafiyaya aid ən
son məlumatları daim
izləməli, öz
praktiki işlərində
tətbiq etməli, eyni zamanda informasiya
texnologiyalarına dərindən
və hərtərəfli
yiyələnməlidirlər.
- Mərkəzi
Elmi Kitabxanasının
veb saytında hansı informasiyalar yer alıb?
- Kitabxanamızın 2013-cü ildən
e-kitab.ameanb.nmr.az internet saytı hazırlanaraq geniş ictimaiyyətin ixtiyarına
verilib. Saytda kitabxananın yaranma
tarixi, əsas fəaliyyət istiqaməti,
ünvanımız yer
alıb. Burada kitablar
elektron kataloqlaşdırılaraq
“Elektron kataloq bölməsində” oxuculara
təqdim olunur. Daxili şəbəkə vasitəsilə
müxtəlif elektron
kataloq və kartotekalar yaradılıb.
Həmçinin oxucu qeydiyyatı,
kitabların qaytarılması,
oxucu davamiyyəti və digər xidməti işlərin elektronlaşması prosesləri
aparılır.
Hazırda kitabxanada inventar
sayı 20347 ədəd
təşkil edən
10500 kitab elektron kataloqlaşdırılıb, elektron
kartotekalarda müxtləif
mövzulara aid 10361 məqaləyə,
elektron avtoreferatlar kataloqunda 6306 avtoreferata, dissertasiya kataloqunda isə 86 dissertasiyaya aid biblioqrafik məlumatlar yerləşdirilib.
809 kitabın elektron versiyası hazırlanıb internetdə və
ya lokal şəbəkədə yerləşdirilib. Bu sistem
vasitəsilə kitabxanamızın fondlarını əks
etdirən ədəbiyyatların, həmçinin də yeni
alınan ədəbiyyatların elektron kataloqu və müxtəlif
elektron kartotekalar hazırlanır.
- Oxucular ilə əlaqələrinizin
inkişafı istiqamətində hansısa yeni
planlarınız varmı?
-Çalışırıq
ki, oxucularla əlaqələrimizi daha da genişləndirərək
fəaliyyətimizi müasir dövrün tələblərinə
uyğun quraq, kitabxanamızın fondlarına daxil olan
kitabları geniş təbliğ edək ki, oxucular AMEA
Naxçıvan Bölməsinin Mərəkzi Elmi
Kitabxanasının yüksək informasiya xidmətindən hərtərfli
istifadə etmək imkanı qazansın.
Türkanə Bəylərli,
AMEA Naxçıvan
Bölməsinin İnformasiya
şöbəsinin əməkdaşı
İki sahil.- 2017.- 14 yanvar.- S.13.