A+ Yenilə A-
BSU əməkdaşları
Quba Soyqırımı
Memorial Kompleksinə yürüşdə iştirak
ediblər
Bakı Slavyan
Universitetinin rektoru, professor N.M.Əliyevanın təşəbbüsü
ilə BSU-nun bir qrup əməkdaşı
martın 31-də 1918-ci il
Azərbaycanlıların soyqırımının
100 illiyi ilə əlaqədar olaraq Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Qeyd edək ki, tədbir dövlət başçısının
“1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli
Sərəncamına əsasən
təşkil olunub.
BSU Beynəlxalq münasibətlər
və regionşünaslıq
fakültəsi Elmi Şurasının Azərbaycanlıların
soyqırımının 100-cü ildönümünə həsr
olunmuş növbəti
iclası da Quba Soyqırım Memorial Kompleksində keçirilib. Konfransda çıxış edən Beynəlxalq münasibətlər və
regionşünaslıq fakültəsinin
dekanı, dosent Şirinbəy Əliyev qeyd edib ki,
“1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında” Prezident Sərəncamında
məsələyə kompleks
münasibət ifadə
olunub. Sənəddə XX əsrdə baş
vermiş hadisələrin
soyqırımı, deportasiya
və etnik təmizləmə xarakteri
daşıdığı çox
obyektiv şəkildə
öz əksini tapıb. Ş.Əliyev azərbaycanlıların
kütləvi qırğınını,
repressiyalara məruz qalmasını, doğma yurdlarından sürgün
edilməsini və didərgin salınmasını XX əsr tarixinin ən faciəli və dəhşətli faciələrindən
adlandırıb. O, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik
birləşmələrinin Azərbaycanın müxtəlif
bölgələrində törətdikləri
amansız qətliamlarının
əsas məqsədinin
azərbaycanlıları bir
milli etnos kimi yer üzündən
silmək, onların tarixi torpaqlarına yiyələnmək olduğunu bildirib.
Beynəlxalq münasibətlər kafedrasının
müdiri, professor Habil Məmmədov çıxışında ermənilərin
azərbaycanlılara qarşı
soyqırımı siyasətinin
zaman-zaman mərhələlərlə
davam etdiyini vurğulayıb. O, 1937-ci il repressiyalarında da ermənilərin fəal iştirak etdiyini, Azərbaycan ziyalılarına qarşı
düşünülmüş plan əsasında hərəkət etdiklərini
bildirib. 1946-1948-ci illərdəki
deportasiya hadisələrini
soyqırımların başqa
forması adlandıran
H.Məmmədov həmin
hadisələrdə də xeyli insanın
həlak olduğunu qeyd edib. O, bu faciələrin baş verməsindən indiyədək
100 minlərlə azərbaycanlının
qətlə yetirildiyini,
məscidlərin, qəbiristanlıqların
dağıdıldığını, kəndlər, qəsəbələrin viran edildiyini bildirib.
BSU-nun əməkdaşları
yığıncaqdan sonra
Qubada Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının qarşısından
Memorial Kompleksə qədər davam edən yürüşə
qatılmışlar. Onlar
Quba Soyqırımı
Memorial Kompleksinin qurbanlarının xatirə
abidəsinin önünə
əklil və gül dəstələri
qoymuşlar.
Daha sonra Quba Soyqırımı Memorial
Kompleksinin rəhbərliyi
BSU əməkdaşlarını komplekslə, kompleksdə quraşdırılmış müasir
texnologiyadan istifadə
olunmaqla müxtəlif
bölgələr üzrə
soyqırım faktlarını
özündə əks
etdirən güşələrlə
tanış etmişlər.
Bununla yanaşı, ziyarətçilər kompleksdə
sərgilənən “1918-ci ilin mart soyqırımı
Belarus fotoqrafı Lev Daşkeviçin gözü ilə” adlı fotosərgiyə və AMEA Tarix institutunun azərbaycanlıların
soyqırımına həsr
edilmiş kitab sərgisinə baxmışlar.
BSU əməkdaşları Quba Soyqırımı Memorial Kompleksinin zalında 1918-ci il azərbaycanlıların soyqırımının
100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransına qatılmışlar.
Zamin Məmmədov
İki
sahil.- 2018.- 3 aprel.- S.27.