Azərbaycan gənclər
ölkəsidir
YAP Xətai rayon təşkilatının növbəti
görüşü ilk dəfə
səs verəcək gənclərlə oldu
Seçicilərin yüksək fəallığı
ilə müşayiət
olunan görüşü
giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov
qeyd etdi ki, Azərbaycan gənclər ölkəsidir.
Gənclərə diqqət
və qayğı müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər
Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə həyata keçirilən
siyasətin önündə
dayanıb. Ümummilli
Lider bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi gənclərimizə
nəyi və necə öyrətməyimizdən asılıdır.
H.Mirələmov son 15 ildə Heydər
Əliyev siyasətinin
Prezident İlham Əliyev tərəfindən
uğurla davam
etdirildiyini, gənclərə
diqqət və qayğının dövlət
siyasətinin əsasında
dayandığını diqqətə
çatdırdı. Vurğuladı
ki,
gənclərin cəmiyyətdə
yeri və rolunun artmasına, potensial imkanlarından səmərəli istifadəyə,
həmçinin onların
xarici ölkələrlə
təhsi almalarına dair biri-birindən əhəmiyyətli
Dövlət proqramları
qəbul olunub və uğurla icra edilir. Dövlətimizin başçısı İlham
Əliyevin Sərəncamı
ilə 2007-ci ilin ölkəmizdə «Gənclər
ili» elan edilməsi də bu diqqət və qayğıdan qaynaqlanır. Gənclər
Fondunun, gənclər
üçün Prezident
Mükafatının təsis
edilməsi də bu qayğının tərkib hissəsidir. Bu fakt da hər kəsə məlumdur ki, dövlətimizin başçısı
İlham Əliyev dövlət orqanlarında,
parlamentdə, bələdiyyələrdə,
biznes strukturlarında gənclərin
təmsil olunmasını
qarşıya mühüm
vəzifə kimi qoyub. Ölkə Prezidentinin bu tapşırığına uyğun
olaraq Yeni Azərbaycan Partiyası ötən parlament və bələdiyyə seçkilərində gənclərin
təmsilçilik faizinin
artırılması istiqamətində
mühüm addımlar
atmış və nəticə göz qabağındadır. Yeni Azərbaycan
Partiyası gənclərin
ictimai-siyasi fəallığının
artırılması, asudə
vaxtlarının səmərəli
təşkili, beynəlxalq
əlaqələrinin genişlənməsi,
ümumiyyətlə, ayrı-ayrı
sahələr üzrə
layihələrin həyata
keçirilməsinə xüsusi
diqqət yetirir.
Bu gün YAP-ın 700 mindən
artıq üzvünün
40 faizini gənclər
təşkil etməsini
şərtləndirən əsas
amillərdən biri məhz onlara öz potensial imkanlarını ortaya qoymaq üçün lazımi şəraitin yaradılmasıdır.
H.Mirələmov dövlətimizin başçısı
İlham Əliyevin bu fikirlərini xatırlatdı:
«Gənclərimizin əksəriyyəti
böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq
müstəqillik illərində
formalaşmış nəslə
mənsubdurlar. Azərbaycançılıq
məfkurəsi ruhunda
tərbiyə almış
bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm
rol oynayaraq ildən-ilə potensialının
gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.»
H.Mirələmov bildirdi ki, gənclər onlara göstərilən etimadı
əməli işləri
ilə doğrultmağa
çalışır, həyata
keçirilən siyasətə
dəstəklərini möhtərəm
Prezidentimiz İlham Əliyevin ətrafında
sıx birləşməklə təsdiqləyirlər.
Milli Məclisin Beynəlxalq
münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin sədri,
AŞPA-da Azərbaycan
nümayəndə heyətinin
rəhbəri, professor Səməd Seyidov bildirdi ki, bu gün görülən
işlər, gələcək
üçün müəyyənləşdirilən
prioritetlər gənclər
üçündür. Dövr,
zaman özünəməxsus
xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərdən biri budur ki, gənclik
hər zaman qalib olub. İnformasiya
cəmiyyətinin bərqərar
olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli
təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın
bütövlükdə
simasını dəyişdirə
bilər. Məhz bu keyfiyyətlərə
söykənərək belə
bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız
bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.
S.Seyidov gənclərimizin hərtərəfli inkişafına
geniş yol açan amilləri diqqətə çatdıraraq
bildirdi ki, Heydər Əliyev siyasətinin son 15 ildə uğurla davam etdirilməsi Azərbaycanı ən yüksək zirvələrə
qaldırıb. Ən
əsası ölkəmizdə
sabitlik qorunub, təhlükəsizlik təmin edilib. Bu sabitliyi, təhlükəsizliyi
qorumaq üçün
11 aprel prezident seçkilərində fəal
olmalı, Azərbaycanın
sözünü imzası
qədər qüvvətli
edən Heydər Əliyev siyasətinə səs verməliyik. «İlhamla irəli» deyək ki, növbəti 7 ildə daha möhtəşəm
uğurlara yol açan hədəflərin gerçəkləşməsinə
nail olaq.
Azərbaycan Respublikasının “Əməkdar Bədən
Tərbiyəsi və
İdman Xadimi”, Əməkdar məşqçi,
Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli
hakim, idman ustası Hicran Şərifov Azərbaycanın
uğurlarından geniş
bəhs edərək bildirdi ki, bu
gün harada yaşamasından asılı
olmayaraq hər bir azərbaycanlı belə güclü, qüdrətli dövlətin
vətəndaşı olması
ilə qürur duyur. Elə bir sahə yoxdur
ki, ölkəmiz önəmli uğurlara imza atmasın, təcrübəsi beynəlxalq
aləmdə təqdir
edilməsin.
YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının
sədr müavini Könül Əfəndiyeva, təşkilatın
Gənclər Birliyinin
sədri Sərxan Əliyev bildirdilər ki, biri-birindən önəmli
Dövlət proqramlarının
uğurlu icrasına nail olmaqla ölkə iqtisadiyyatının davamlı
inkişafını təmin edən, sosial problemlərinin həlli üçün möhkəm təməl yaradan, ölkə əhalisinin həyat şəraitinin daha da yaxşılaşdırılmasını
dövlət
siyasətinin əsas
prioriteti kimi daim diqqətdə saxlayan, gənclərin hərtərəfli inkişafı
üçün lazım
olan şəraiti formalaşdıran, Azərbaycanı beynəlxalq münasibətlər sisteminin
fəal üzvünə
çevirən Prezident
İlham Əliyevə
milyonların sevgisi şəksizdir. Azərbaycan
gəncliyi uğurlarımızla
qürur duyur, «İlhamla irəli» deyir.
11 aprel prezident seçkilərində
ilk dəfə səs verəcək gənclərdən Ülvi
Ələkbərov, Orxan
Zeynalov, Məşədi
Həsənov, Sadiq Mirzəzadə və başqaları daha qüdrətli Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının
namizədi cənab İlham Əliyevə səs verəcəklərini
bildirdilər.
Yeganə Əliyeva.
İki
sahil.- 2018.- 5 aprel.- S.19.