Azərbaycan Xalça Muzeyində "Bakı xalçaları. Yeni çeşnilər" layihəsinin "Xətayi" xalçasının təqdimatı olub

     Aprelin 4-də Azərbaycan Xalça Muzeyində yeni hazırlanmış xalça və çeşnilərdən ibarət sərgi açılıb.Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Azərbaycan Xalça Muzeyi və Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkın təşkilatçılığı ilə reallaşıb. Həmçinin sərgi çərçivəsindəBakı xalçaları. Yeni çeşnilərkitabının Heydər Əliyev Fondu tərəfindən muzeyə verilən Qarabağın XVII əsrə aidXətayixalçasının təqdimatı olub.

Tədbirdə çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, bu layihə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilib. Ölkəmizdə xalçaçılığın tarixindən danışan muzeyin direktoru hazırda bu sənətin daha da inkişaf etdirilməsindən söz açıb. Mütəmadi olaraq dövlət tərəfindən xalçaçılığa böyük diqqətin olduğunu bildirən Ş.Məlikova söyləyib ki, bu gün Azərbaycan xalçaları dünyanın hər yerində tanınır. O, Xalça Muzeyinin ekspozisiyasına yeni tarixi xalçaların təqdim edilməsində göstərilən dəstəyə görə birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.Mədəniyyət turizm naziri Əbülfəs Qarayev ölkəmizin mədəni həyatında əldə olunan uğurlardan danışıb. Belə layihələrin təqdimatının qeyd edilən uğurların sırasında olduğuna diqqət çəkən nazir deyib: “Bu gün çox əlamətdar hadisənin şahidiyik. Azərbaycan xalçaçılıq sənətinin tarixi qədim olduğu kimi çeşidləri fərqlidir. Zirə Mədəniyyət MərkəziEko-Parkın həyata keçirdiyiBakı xalçaları. Yeni çeşnilərlayihəsi çərçivəsində Bakı qrupuna aid yeni 29 xalça çeşnisi tərtib olunub. Bunların əsasında xalçalar toxunub, “Bakı Xalçaları. Yeni çeşniləradlı kitab hazırlanıb. Bildiyiniz kimi, Zirə Mədəniyyət MərkəziEko-Park 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Mərkəzin fəaliyyət istiqamətlərinə Zirə Xalça Muzeyi, Xalça Tədrisi Mərkəzi Xalçaçılıq Müəssisəsi daxildir. Azərbaycan xalçaları bizim tariximizdə böyük rol oynayır. 2016-cı ildən fəaliyyət göstərən Zirə Xalçaçılıq Müəssisəsində Azərbaycanın Bakı qrupu xalçaçılıq ənənələrinə uyğun klassik müasir çeşnili xalçaların toxunması uğurla həyata keçirilir. Xalça bizim yaşayış tərzimizin bir parçasıdır. Bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə mədəniyyətimizin bütün sahələrində çox uğurlu layihələrin şahidiyik. Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağın XVII əsrə aidXətayixalçasının ölkəmizə qaytarılması muzeyə verilməsi buna bariz nümunədir. Fond öz imkanları hesabına dünyanın bir sıra muzeylərindən bizə məxsus olan xalçaları ölkəmizə qaytarmaq üçün işlər görür buna nail olur. Mədəniyyətimiz bu gün ölkə hüdudlarını aşaraq müxtəlif ölkələrdə təqdim edilir. Ölkəmizə çoxsaylı turistlər gəlir. Turistlərin tanış olduğu məkanlardan biri Xalça Muzeyidir. Fürsətdən istifadə edib bu layihənin təqdim olunmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə xaricdən ölkəmizə gətirilən XVII əsrə aid Qarabağın tanınmışXətayixalçası Azərbaycan Xalça Muzeyinə təqdim olunub. “Xətayixalçası Azərbaycan xalçaları arasında özünəməxsus yer tutur. Çünki bu xalçalar vaxtilə Qarabağda toxunar İpək Yolu vasitəsilə xarici ölkələrə daşınardı. Təəssüf ki, hazırda ölkəmizdə belə xalçalardan qalmayıb. Bu baxımdanXətayixalçasının Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana qaytarılması mədəniyyətimiz üçün böyük töhfədir.

 

İki sahil.- 2018.- 5 aprel.- S.26.