AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna qədim kitablar təqdim olunub

Naxçıvan Bölməsinin Əlyazmalar FonduNaxçıvan Muxtar Respublikasının Mədəniyyət Turizm Nazirliyi tərəfindən Məmmədhəsən Mollazadeyi Şəkəvi tərəfindən tərcümə edilən 1908-ci ildə Tiflis şəhərindəQeyrətnəşriyyatında çap olunanQurani Kərim:təfsir əl bəyan”, 1922-ci ildə Bakıda birinci hökümət mətbəəsində nəşr edilən Cami CəbrailbəylininElmi heyvanatdərsliyi 1907-ci ildə Bakı şəhərində çap olunanKərbəla faciəsi”, ümumilikdə 18 kitab əlyazma   AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna təqdim olunub.

Naxcivantv.az xəbər verir ki, təqdimat mərasimində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Əlyazmalar Fondu 2005-ci ildən fəaliyyətə başlayıb. Müxtəlif şəxslər təşkilatlar tərəfindən fonda verilən qədim çap kitablarının əlyazmaların sayı təxminən 400-ə çatıb.

Tədbirdə mədəniyyət turizm naziri Natəvan Qədimova deyib ki, muxtar respublikamızda muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları muxtar respublika sakinləri yaxından iştirak edirlər. Ötən il muzeylərə 1500-dən çox, bu ilin 9 ayı ərzində isə 993 eksponat daxil olub.

Əlyazmalar Fondunun əməkdaşları hazırda Naxçıvan əlyazmalarının toplanılması, sistemləşdirilməsi, katoloqlaşdırılması tədqiqi ilə məşğuldurlar,-- deyən  Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov bildirib ki, onlar qədim kitab əlyazmalar üzərində tədqiqatlar aparır, nəticələr müxtəlif elmi jurnallarda kitablarda nəşr edilir.

Sonda tədbir iştirakçıları  fonddakı qədim kitab əlyazmalarla tanış olublar.

 

  Əbülfəz Dünyamalıyev

İki sahil.- 2018.- 4 aprel.- S.17