"Molla Nəsrəddin”
jurnalının112-ci ildönümünə
həsr olunan elmi konfrans keçirilib-
"Molla Nəsrəddin” jurnalının112-ci ildönümünə həsr
olunan elmi konfrans keçirilib-AMEA Naxçıvan Bölməsində
Azərbaycan mətbuat
tarixinin inkişafında
müstəsna rol oynayan “Molla Nəsrəddin” jurnalının
ilk nömrəsinin çapdan çıxmasının
ildönümü ilə
əlaqədar elmi konfrans keçirilib.
Bölmənin İnformasiya şöbəsindən
İnform.az-a verilən məlumata
görə, tədbiri
bölmənin sədri,
akademik İsmayıl Hacıyev açaraq jurnalının yaradıcısı,
görkəmli ədib
Cəlil Məmmədquluzadənin
həyat və fəaliyyindən, nəşrin
milli mətbuatımızın
inkişafında
yeri və rolundan ətraflı söz açıb.
Daha sonar bölmənin
İncəsənət, Dil
və Ədəbiyyat
İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Əbülfəz
Quliyev ““MollaNəsrəddin”
və dil məsələsi”, Ədəbiyyatşünaslıq
şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov
““Molla Nəsrəddin”
jurnalı: yaranışı
və ənənələri”,
həmin şöbənin
böyük elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Aygün Orucova ““Molla Nəsrəddin” şeir məktəbinin banisi Cəlil Məmmədquluzadə”
və filologiya üzrə fəlsəfə
doktoru Əli Həşimov ““Molla Nəsrəddin” jurnalı
və naxçıvanlı
müasirləri” mövzusunda
məruzə ilə çıxış
ediblər.
Qeyd olunub ki,
1906-cı il aprelin 7-dən
nəşrə başlayan
“Molla Nəsrəddin”
jurnalı “Əkinçi”dən
başlanılan milli mətbuatçılıq ənənələrini
davam etdirməklə bərabər Azərbaycan
mətbuatı və jurnalistikasına yeni ənənələr gətirib,
zənginləşdirib. Müəyyən fasilələrlə
25 il nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə,
1920-1921-ci illərdə 8 nömrə
ilə Təbrizdə,
1922-1931-ci illərdə isə
Bakıda nəşr olunub.
Diqqətə çatdırılıb ki, milli ideyalılığı,
xalqa bağlılığı,
xalq yaradıcılığı
ənənələrinə sədaqəti, ana dilinə məhəbbəti,
eləcə də müasirliyi və bəşəri dəyərləri
təbliğ edən jurnalın 748 nömrəsi
çapdan çıxıb.
Bundan əlavə, “Molla Nəsrəddin” satirik jurnalının Azərbaycan
ictimai fikri tarixində misilsiz xidmətləri olan Mirzə Ələkbər
Sabir, Əbdürrəhim
bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli,
Əliqulu Qəmküsar,
Məmməd Səid Ordubadi, Əli Nəzmi, Mirzə Əli Möcüz və başqa görkəmli simaları ətrafında birləşdirib.Bildirilib
ki, 1918-ci ildə elan olunan Azərbaycan
Xalq Cümhuriyyətinin
yaradılmasında “Molla
Nəsrəddin” jurnalının
da xidmətləri əvəzsizdir.Azərbaycan xalqının
inkişafı yolunda göstərdiyi xidmətlərə
görə ümummilli
lideri Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyev “Molla Nəsrəddin” jurnalını və onun redaktoru Cəlil Məmmədquluzadə
irsini yüksək qiymətləndirib.
Vurğulanıb ki, “Molla Nəsrəddin” jurnalı
“Şərq həyatının
ensiklopediyası” adlana
biləcək bir məcmuə kimi keçdiyi keşməkeşli
mübarizə və mücadilə yolunun millətimizin qarşısındakı
böyük xidmətlərinə
görə heç zaman öz aktuallığını
itirməyəcək, həmişə
də yaddaşlarda düşünən
və düşündürən
publisistika kimi qalacaq.
İki
Sahil.- 2018.- 7 aprel.- S.28.