Naxçıvanda keçirilən növbəti
“Kətə” festivalı
maraqla qarşılanıb
“Naxçıvanqala”
Tarix-Memarlıq Muzey Kompleksində aprelin 7-də
start verilən və iki gün
davam edən növbəti “Kətə”
festivalı başa çatıb.AZƏRTAC-ın Naxçıvan
bürosu xəbər
verir ki, festivalın sonuncu günü “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqənin qalibləri
elan olunub. Münsiflər heyətinin qərarı
ilə Şərur rayonundan Mirqasım Eminov birinci, Şahbuz rayonundan Aygün Mahmudova və Naxçıvan şəhərindən Nazilə
Allahverdiyeva ikinci, Babək rayonundan Rahilə Cəlilova və Kəngərli rayonundan Pakizə İsmayılova üçüncü
yerlərə layiq görülüblər. Qaliblər
diplomlarla mükafatlandırılıblar.Budəfəki
festival da sakinlər tərəfindən
maraqla qarşılanıb.
Sədərək rayonundan
olan Ruhiyyə Zamanova AZƏRTAC-ın Naxçıvan bürosunun
müxbiri ilə söhbətində bildirib
ki, festivala rayon ərazisindən yığılmış müxtəlif
çeşiddə pencərlər
gətirib. Bölgəyə
aid stenddə həm pencərlərin satışı təşkil
olunur, həm də onlardan kətələr hazırlanır.
Bunun üçün
ərazidə təndir
qurulub, kətələrin
içliyinin hazırlanması
üçün lazımi
mətbəx ləvazimatları
gətirilib. Müsahibimizin sözlərinə görə, festivala gələnlərin mətbəximizin
ləziz yemək növlərindən sayılan
kətəyə marağı
böyükdür.Ordubad rayonunun
Ələhi kəndindən
gələn Yaşar Həbibov isə “Kətə” festivalında
artıq ikinci dəfədir təsərrüfat sahibi kimi iştirak edir: “Ötən il də ailə
üzvlərimizlə birlikdə
festivalda iştirak etmişdik. Bu dəfə də əliboş gəlməmişik,
yaz mövsümündə
torpaqlarımızın bərəkəti
olan müxtəlif pencər çeşidlərindən
yığıb gətirmişik.
Həyat yoldaşım
isə burada qurulan təndirdə kətə bişirir. Bişirdiyimiz kətələrə
də, topladığımız
dağ pencərlərinə
də maraq böyükdür. Ümid
edirik ki, gətirdiyimiz və bişirdiyimiz məhsulların
hamısını sata
biləcəyik. Yaradılan
şəraitə və
belə bir tədbirin təşkilinə
görə zəhməti
olan hər kəsə minnətdarlığımı
bildirirəm”.Festivalda
Şahbuzun təbii nemətləri ilə bizi tanış edən Biçənək
kənd sakini Mədinə Sarıyeva da tədbirin gedişindən razı idi. O deyib: “Şahbuzun əsrarəngiz
təbiəti haqqında
hamının məlumatı
var. Rayon ərazisindəki başıqarlı
dağların ətəklərində,
dəniz səviyyəsindən
minlərlə metr yüksəklikdə yerləşən
ərazilərdə çöl-çəmənin
hər bir otu, gül-çiçəyi
dərdlərin dərmanıdır.
Uzaq keçmişdən
üzübəri ulularımız
hər bir otun, bitkinin “dilini” bilib, ondan faydalanmağın yolunu öyrəniblər.
Buna görə də yaz gələndə
hər kəs xıncılovuz, çiriş,
kəvər, quzuqulağı
və adını sadalamadığım onlarla
belə bitkini yığıb bunlardan kətə hazırlayar, müxtəlif yeməklərdə
istifadə edərdilər.
İndi də belədir. Elə ki yaz gəldi,
burnumuza kətə iyi gələr”. Həmsöhbətimin sözlərinə
görə, keçənilki
festivalda olduğu kimi, bu dəfə
də xeyli pencər gətirib. Artıq məhsulların böyük
bir qismi alıcılar tərəfindən
alınıb.Culfa rayon
sakini Mənsur Süleymanov, Kəngərli
rayon sakini Samirə Məmmədova, Babək qəsəbə sakini Nəzakət Zeynalova burada mənalı istirahət etdiklərini, belə mədəni tədbirlərin
onlarda xoş ovqat yaratdığını
vurğulayıblar.Nəzakət Zeynalova təəssüratlarını
bölüşüb: “Belə
tədbirlərin keçirilməsi
milli mətbəx nümunələrimizin tanıdılması,
yaşadılması baxımından
faydalıdır. Digər
tərəfdən artıq
bu gün şəhər sakinləri
də muxtar respublikamızda yaz dövründə bitən
hər hansı pencəri buradan tapa bilərlər. Qiymətləri də münasibdir”.Samirə Məmmədova isə qeyd edib ki,
Naxçıvanda yaz dövründə ən çox müxtəlif göyərti növlərindən
olan yeməklər hazırlanır. Naxçıvan
təbiətinin bizə
verdiyi çeşidli
nemətlər bu gün də süfrələrimizin bəzəyidir.
Kimisi bu pencərləri qovurmaqla, kimisə kətə hazırlamaqla ondan istifadə edir. Festivalda satılan kətələrin dadı
həm də ondadır ki, bu kətələr təndirdə odunla bişirilir.
İki
sahil.- 2018.- 10 aprel.- S.14