Belarus televiziyası Azərbaycan
mətbəxi haqqında
veriliş hazırlayıb
Belarus Azərbaycan İcmaları
Konqresinin təşəbbüsü
ilə Belarusun Milli Dövlət Teleradio Kompaniyasının
(Belteleradiokompaniya) yüksəkreytinqli
verilişlərindən biri
olan “Kulinariya diplomatiyası”nın növbəti
buraxılışı Azərbaycan
mətbəxinə həsr
olunub.Diasporla İş
üzrə Dövlət
Komitəsindən verilən
məlumata görə,
proqramda Belarus Azərbaycan İcmaları
Konqresinin İdarə
Heyətinin üzvü
Gülnarə İmanova
və təşkilatın
fəal üzvlərindən
biri Olesya Kosokina Azərbaycanın zəngin milli mətbəxi haqqında Belarus tamaşaçılarına
məlumat veriblər.
Bildirilib ki, 2000-ə yaxın xörək növü olan Azərbaycan milli mətbəxi dünyanın
ən qədim, zəngin və dadlı mətbəxlərindən
biridir. Azərbaycan ərazisində olan doqquz iqlim qurşağının,
flora və faunasının zənginliyinin,
eyni zamanda mətbəxin də rəngarəngliyinə təsir
etdiyi diqqətə çatdırılıb. Azərbaycan kulinariyasının
öz tarixinə və özünəməxsusluğuna
görə digər qonşu xalqların mətbəxindən xeyli fərqləndiyi vurğulanıb,
dolma, plov, piti və digər
Azərbaycan xörəkləri
haqqında geniş danışılıb.Verilişdə, eyni zamanda Belarus
Azərbaycan İcmaları
Konqresinin Azərbaycan mədəniyyətinin
tərkib hissəsi kimi milli mətbəxin
təbliğinə xüsusi
önəm verdiyi vurğulanıb. Bu məqsədlə təşkilat vaxtaşırı
beynəlxalq kulinariya festivallarında Azərbaycanın
təmsilçiliyini dəstəkləyir,
Azərbaycan milli mətbəxinə həsr
olunmuş verilişlərin
yayımını təşkil
edir və digər fəaliyyətlər
həyata keçirir.
İki
sahil.- 2018.- 10 aprel.- S.14.