Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi Nyu Yorkda qeyd edilib
Amerika Birləşmiş
Ştatlarında yaşayan
soydaşlarımız Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illik yubileyini qeyd ediblər.
Diasporla İş
üzrə Dövlət
Komitəsindən verilən
məlumata görə,
bayram tədbiri Nyu Yorkda fəaliyyət
göstərən Azərbaycan
Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı
ilə baş tutub.
200 nəfərdən
çox soydaşımızın
iştirak etdiyi tədbirin fəxri qonaqları arasında Azərbaycanın BMT-dəki
daimi nümayəndəliyinin
rəhbəri, səfir
Yaşar Əliyev, Bruklin şəhər merinin müavini Lori Luis, Azərbaycandan
olan yəhudi icmasının rəhbəri
Yakov Abramov, icmanın fəalı Pinxas Avşalumov, “Mənim yolum” ("My way”) Uşaq İnkişaf Mərkəzinin
rəhbəri Alyona Bədəlova, “Bruklin-Bakı”
Dostluq Cəmiyyətinin
rəhbəri Marietta Rozental və başqaları olub.
Bayram tədbirini açan
Azərbaycan Amerika Qadın Cəmiyyətinin
və Nyu York Azərbaycan Evinin rəhbəri Münəvvər Vahabova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması,
mövcud olduğu iki il ərzində
qazandığı uğurlar
haqqında iştirakçılara
məlumat verib. O, Azərbaycanın dövlətçilik ənənələri
haqqında danışaraq
ölkəmizin hələ
100 il bundan əvvəl müsəlman
Şərqində ilk
dəfə demokratik dəyərləri nəinki
bəyan etdiyini, öz praktiki fəaliyyətində onları
təmin etdiyini və bugünkü müasir Azərbaycanın
həmin dövlətin varisi olduğunu vurğulayıb.
Tədbirdə çıxış
edən digər qonaqlar da AXC-ni Azərbaycan tarixində mühüm bir hadisə kimi dəyərləndirərək,
onun əhəmiyyətindən
danışıblar.
Rəsmi çıxışlardan
sonra tədbir bədii proqramla davam edib. "Mənim yolum" Uşaq İnkişaf Mərkəzinin rəqs ansamblı, Azərbaycandan
dəvət olunmuş
müğənni Könül
Kərimova, bəstəkar-ifaçı
Cabbar Musayev öz repertuarlarındakı
musiqilərlə çıxış
ediblər. Sonda Lori Luis və
Marietta Rozental Könül Kərimovaya, Cabbar Musayevə və Münəvvər Vahabovaya Bruklin şəhərinin meri Erik Adamsın imzası ilə olan mükafatları təqdim ediblər.
İki
sahil.- 2018.- 11 aprel.- S.- 6.