Heydər Əliyev Mərkəzində
Çin rəssamı
Vanq Yuyanqın sərgisi açılıb
Aprelin 17-də Heydər Əliyev Mərkəzində müasir
Çin incəsənətinin
tanınmış nümayəndəsi,
rəssam Vanq Yuyanqın (Wang Yuyang) "Unikallıq"
adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin
açılış mərasimində
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Çinin Azərbaycandakı
səfiri Vey Cinhua, rəssam Vanq Yuyanq və
kolleksiyaçı Con
Dodeland çıxış
ediblər.
Son dövrlər Çin
müasir incəsənətinin
çox inkişaf etdiyini bildirən Anar Ələkbərov bu incəsənətin nümunələrinin Azərbaycanda
təqdim edilməsi üçün Heydər
Əliyev Mərkəzi
tərəfindən bir
sıra qalereyalar, mədəniyyət mərkəzləri
ilə əməkdaşlıq edildiyini
bildirib. “2017-ci ildə
Heydər Əliyev Mərkəzində təqdim
edilən “Ulduzlar toplusu” adlı Çin müasir incəsənət sərgisində
20 rəssamın 40-dək əsəri
nümayiş olunub. Bu gün həmin layihəni davam etdiririk”, - deyən Anar Ələkbərov sərginin təşkilində
əməyi olan hər kəsə təşəkkürünü bildirib.Eksperimental incəsənətin
heyrətamizliyini nümayiş
etdirən əsərlərÇin
və Azərbaycan arasında əlaqələrin
inkişafından söz
açan səfir Vey Cinhua Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ildə Çinə dövlət
səfərindən sonra
bu əlaqələrin
daha da genişləndiyini,
Heydər Əliyev Fondunun bu əlaqələrə
öz töhfəsini
verdiyini vurğulayıb.
Sərginin açılışında
iştirak etməkdən
məmnunluğunu qeyd
edən diplomat Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə layihənin
reallaşdırılmasına görə təşəkkürünü
bildirib. “Heydər
Əliyev Fondu ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmaları
və dostluğu möhkəmləndirmək üçün
elm, təhsil, mədəniyyət və
idman sahələri üzrə beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə
iş aparır”, - deyən səfir Heydər Əliyev Fondunun Azərbaycanda Çin mədəniyyətini
və incəsənətini
də fəal təbliğ etdiyini vurğulayıb.
Rəssamın Çinin məşhur Mərkəzi İncəsənət
Akademiyasının gənc
müəllimi olduğunu
diqqətə çatdıran
səfir deyib: “Onun əsərlərində
elm, texnologiya və incəsənət bir nöqtədə birləşir. Bu, eksperimental incəsənətin
heyrətamizliyini nümayiş
etdirir”.Kolleksiyaçı
Con Dodeland çıxışında vurğulayıb
ki, Vanq Yuyanqın əsərlərinin
unikallığı onun
incəsənət və
elmi bir araya gətirməsindədir.
“Vanq Yuyanqın əsərlərində elm
hər bir yerdədir. Lakin bu, həmin əsərlərin qavranılmasını
əsla çətinləşdirmir.
Onun əsərlərində
elm, incəsənət
və poeziya öz əksini tapıb”, - deyən kolleksiyaçı rəssamın
yaradıcılığında Ay planetinin nəinki
elmi, mifoloji, həm də estetik bir işarəyə
çevrildiyini bildirib.
Con Dodeland
deyib ki, Heydər Əliyev Mərkəzinin xüsusi memarlıq üslubu ilə Vanq Yuyanqın
əsərləri harmoniya
təşkil edir.
Sərginin təşkilində
əməyi olan hər kəsə təşəkkürünü bildirən rəssam Vanq Yuyanq Mərkəzin
foyesində nümayiş
olunan məşhur “Unikallıq” əsəri haqqında məlumat verib. Qeyd edib
ki, bu əsərdə
müəllifin həm
Ay, həm də dünya barədə fikirləri əksini tapıb. Əsərdə dinamikanın
çoxluğu, onu unikal edir.
Sərgidə təqdim edilən əsas eksponatın –
"Unikallıq" (Singularity)
əsərinin diametri
4 metrdir. Konstruksiya 300
addım mühərriki
və 3000 LED lampadan ibarətdir. Əsərin kürə forması müxtəlif radiuslu 11 halqa vasitəsilə yaradılıb. "Təkərli"
addım mühərrikləri
fərqli sürətlərdə
fərqli istiqamətlərə
dönərkən LED lampalar
müxtəlif vizual effektlər ortaya çıxarır.
Daha sonra
“Unikallıq” əsərinin
işıqları yandırılıb
və tamaşaçılar
tərəfindən maraqla
izlənilib.
Tədbir iştirakçıları
rəssamın digər
əsərləri ilə
də tanış olublar.
Sərgidə, həmçinin rəssamın
"Elektrik", "Adsız-1" silsiləsindən heykəltəraşlıq
nümunələri yer
alır. Ekspozisiyada Vanq Yuyanqın "Ay" silsiləsindən rəsm əsərləri
də nümayiş olunur.
Vanq Yuyanq
1979-cu ildə Çində
anadan olub. O, Çinin
Mərkəzi İncəsənət
Akademiyası və Mərkəzi Dram Akademiyasında
təhsil alıb. Hazırda Pekində Mərkəzi İncəsənət Akademiyasının
Eksperimental İncəsənət
Məktəbində dərs
deyir.
Çinli rəssam əsərlərini
yeni informasiya-kommunikasiya
vasitələri ilə
yaradır. Onun əsərləri Çin,
Böyük Britaniya, Cənubi Koreya, Tailand, Avstriya, Avstraliya, İtaliya və ABŞ-da fərdi və birgə sərgilərdə nümayiş
olunub.
"Unikallıq" sərgisi
Heydər Əliyev Mərkəzində avqustun
31-dək davam edəcək.
İki sahil.- 2018.- 18 aprel.- S.14.