BSU-da “Azərbaycan plovu günü” .
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ukrayna, Çexiya, Belarus və Rusiyanın ölkəmizdəki səfirliklərinin
nümayəndələri, Azərbaycan Respublikasının
insan hüquqları üzrə müvəkkili
(ombudsman) Elmira Süleymanova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova,
Hesablama Palatasının
auditoru Mehriban Alışanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları
Gülarə Məmmədova
və Qəmər Kərimova, “Trend” İnformasiya
Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər rəsmi şəxslər iştirak
ediblər.Tədbirdə çıxış
edən BSU-nun rektoru,
professor Nurlana Əliyeva
aprelin 11-də keçirilmiş
prezident seçkilərinin
Azərbaycan xalqının
milli dövlətçilik
ideyasına sədaqətini,
onun siyasi aktivliyini və dövlət rəhbərinə
dərin məhəbbətini
bir daha nümayiş etdirdiyini bildirib. N.Əliyeva deyib ki, seçkilər Azərbaycanda
demokratiyanın, söz
azadlığının, insan
haqlarının tam bərqərar
olunduğunu, xalqın
müstəqil seçim
hüququna hörmətlə
yanaşıldığını göstərdi. O, Ümummilli
Liderin müəyyən
etdiyi azərbaycançılıq
siyasətinə söykənən
milli dövlətçilik
ideyasının ölkəmizin
bütün tədris
müəssisələrində gənclərə aşılanmasını
qarşıda duran ən vacib məsələ
olduğunu bildirib. Rektor qeyd edib ki,
milli ideologiyanın tərkib hissələrindən
biri də xalqın mətbəx mədəniyyətidir. Mətbəx ölkədəki ictimai-siyasi
durumu, sosial-iqtisadi vəziyyəti, ölkənin
rifah halını, xalqın həyat şəraitini və həyat fəlsəfəsini
göstərən başlıca
faktorlardandır. Dövlət başçısının xüsusi
qayğı və göstərişi ilə
ilboyu təşkil olunan yarmarka və kənd təsərrüfatı məhsulları
sərgisi insanlarımızın
keyfiyyətli və sağlam ərzaq məhsulları ilə təminatına yönəlmiş
real addımlardandır.
Rektor Azərbaycan mətbəxini
xalqımızın mənəvi
dəyərlərinin, qonaqpərvərliyinin,
insanpərvərliyinin əsas
xüsusiyyətlərindən biri kimi dəyərləndirərək
deyib: “Azərbaycan xalqının tarixən çox zəngin mətbəx mədəniyyəti,
incə və ləziz süfrə açmaq qabiliyyəti olub. Əsirlərin dərinliklərindən gələn bu zənginlik həm də bizim qonaqpərvərliyimizin,
dostsevərliyimizin və
açıqürəkliyimizin göstəricisidir. Bu
gün dövlətimizin
yürütdüyü səmərəli
iqtisadi siyasət bu zənginliyi nəinki qoruyub saxlamağa, həm də onu artırmağa,
onun növ və çeşidlərinin
üzərinə yenilərini
əlavə etməyə
imkan verib. Xalqın yüksələn
rifahı həmişə
onun mətbəx mədəniyyətinin keyfiyyət
və kəmiyyət göstəricilərinin yüksəlişi
ilə müşayiət
olunub və bu gün də
olunmaqdadır”.N.Əliyeva
Azərbaycan xalqının
yaradıcı təxəyyülünün
bu sahədə heç bir sərhəd tanımadığını
qeyd edib: “Adicə bir plovun görün neçə növü var - “Səbzi plov”, “Şah plov”, “Döşəmə
plov”, “Fisincan plov”, “Lobya plov”
və başqaları.
Bu sıranı mən istənilən qədər artıra bilərəm. Dünyada Azərbaycan plovu qədər dadlı bir nemət tanımıram. Əgər
bu sahədə hər hansı bir beynəlxalq müsabiqə keçirilsə,
inanıram ki, Azərbaycan plovu birinci yeri tutar”.
O, BSU-da “Azərbaycan plovu günü”nün qeyd edilməsinin gənclərimizdə
milli mətbəximiz haqqında fikir yaratmaq, onlara milli mətbəximizi sevdirməklə yanaşı,
həm də Azərbaycan mətbəxini
slavyan ölkələrinin
xalqlarına və ümumiyyətlə, bu zəngin mədəniyyəti
dünyaya tanıtmaq məqsədi daşıdığını bildirib.
Ukraynanın ölkəmizdəki səfiri
Aleksandr Mişşenko
və ombudsman Elmira Süleymanova çıxışlarında bu
tədbiri Azərbaycan
mədəniyyətinin təbliği
istiqamətində atılan
mühüm addım kimi dəyərləndiriblər.
İki
sahil.- 2018.- 18 aprel.- S.8.