Akademik İsa Həbibbəyli: Azərbaycan-Türkiyə
ədəbiyyat və
maarif münasibətləri
müasir ədəbi
əlaqələrin inkişafına
zəmin yaradıb
Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunda “XX əsrin
əvvəllərindən bu
günə Azərbaycan-Türkiyə
ədəbiyyat və
maarif münasibətləri”
mövzusunda panelin açılışı olub.
Tədbir AMEA-nın Ədəbiyyat İnstitutu,
Bakı Yunus Əmrə İnstitutu və Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər
Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
AMEA-nın vitse-prezidenti,
Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə qardaşlığının,
dostluğunun dünya
üçün nümunə
olduğunu bildirib. İ.Həbibbəyli Azərbaycan
və Türkiyə ədəbiyyatlarının ortaq
köklərindən, müasir
ədəbi əlaqələrin
inkişafından danışıb.
Qeyd olunub ki, tarixən
Azərbaycan-Türkiyə ədəbiyyat
və maarif münasibətləri müasir
ədəbi əlaqələrin
inkişafına zəmin
yaradıb.Ümummilli lider
Heydər Əliyevin “Bir millət – iki dövlət” ifadəsini xatırladan alim hər iki
ölkənin ortaq köklərə, dil, din birliyinə, oxşar mədəniyyət, adət
və ənənələrə
malik olduğunu deyib. O, panelin
ədəbi və maarifçilik sahəsində
ortaq dəyərlərin
üzə çıxarılmasına
və zənginləşdirilməsinə
töhfə verəcəyini
söyləyib.Bakı Yunus
Əmrə İnstitutunun
müdiri Cihan Özdəmir bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümünün tamam olduğunu
və tədbirin bu çərçivədə
keçirildiyini bildirib.
O, XX əsrdə hər iki ölkənin
ədiblərinin və
maarifçi xadimlərinin
müxtəlif cərəyanların
təsirinə məruz
qaldığını, lakin
geniş dünyagörüşləri
və yüksək təhsilləri sayəsində
milli dövlət ətrafında birləşdiklərini
qeyd edib. Bildirilib ki, tədbir Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Türkiyədə təhsil
almış, türk fikir və mədəniyyətini
mənimsəmiş ədəbiyyatçı
və maarifçi şəxslərin apardıqları
mübarizələri yenidən
gündəmə gətirmək,
hər iki ölkənin alimləri arasında ünsiyyət
körpüsü qurmaq
məqsədi daşıyır.Mədəniyyət
Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki
Mərkəzinin direktoru
Asif Usubəliyev panelin mövzusunun müasir dövr üçün aktual olduğunu deyib. Bu istiqamətdə zəruri
tədqiqatların aparılmasına
ehtiyac olduğunu söyləyən A.Usubəliyev
tədbirin iki ölkə arasında ədəbi, elmi, mədəni əlaqələrin
inkişafına töhfə
verəcəyinə əminliyini
bildirib.Paneldə professor
Yavuz Akpınar “Türkiyə-Azərbaycan əlaqələri
baxımından “Cəlal
Ünsi”, professor Ədalət Tahirzadə “Bakıdan İstanbula və İstanbuldan Bakıya gedən müəllimlər”, professor
Ramiz Əsgər “Türkiyəyə gedən
azərbaycanlı ədiblər”,
filologiya elmləri doktoru Nikpur Cabbarlı “Son əsrdə Azərbaycan-Türkiyə
maarif münasibətləri”,
dosent İrfan Murad Yıldırım “Molla Nəsrəddin və Türkiyə”, dosent Yılmaz Özkaya “Türkiyə-Azərbaycan ədəbi
əlaqələrində “Yeni
Kafkasya” və Azeri-Türk” dərgiləri”
və Ömer Özcan “Azərbaycan siyasi mühacirətinin bilinməyən ismi: Əfəndizadə Mehmet Şərif bəy” mövzularında məruzələrlə
çıxış ediblər.
İki
sahil.- 2018.- 26 aprel.- S.16.