Turizm dövlət siyasətinin prioritet istiqaməti kimi

Son illər ölkəmizdə struktur islahatları həyata keçirilir. Bir-birini təkrarlayan, yaxud da  vacib olmayan dövlət qurumları ya birləşdirilir, ya da ləğv edilir. Məsələn, Nəqliyyat Nazirliyi  Rabitə Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilərək yeni bir nazirlik yaradılıb. Dövlət Bayrağı Meydanı Kompleksi Dənizkənarı Bulvar idarələrinin əsasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi təşkil olunub. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə xitam verilməklə biznes mühitinin yaxşılaşdırılması məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. “ASAN xidmətmərkəzləri vasitəsilə bir sıra gömrük xidmətlərinin həyata keçirilməsinə başlanılıb sair.  Şübhəsiz ki, dövlət strukturlarının işinin təkmilləşdirilməsi, günün tələblərinə uyğunlaşdırılması müstəqil respublikamızın ümumi inkişafına xidmət etməklə yanaşı, daha çevik,  daha müasir idarəetmə mexanizminin təşkili, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev cari ildə bu məqsədlə bir neçə sənəd imzalayıb. Bu sənədlər əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Patent Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb. Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi isə ləğv edilib.

Azərbaycan Respublikası PrezidentininMədəniyyət turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamına  əsasən, Mədəniyyət Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi   Dövlət Turizm Agentliyi yaradılıb.

Qeyd edək ki, ölkəmizdə Dövlət Turizm Agentliyinin yaradılması heç təsadüfi deyil. Bu, hər şeydən əvvəl, dövlətimizin qeyri-neft sektorunun inkişafını prioritet kimi qarşıya qoyması bu vəzifənin yerinə yetirilməsində turizmin özünəməxsus yerə əhəmiyyətə malik olması ilə bağlıdır. Bu sahənin inkişafı məqsədilə islahatların aparılması, 2002-2005-ci illərdə “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dairiki Dövlət proqramının qəbul olunması, 2011-ci ilin ölkə Prezidenti tərəfindənTurizm ilielan edilməsi,  rayon şəhərlərimizdə çoxsaylı, müasir standartlara cavab verən turizm obyektlərinin, eləcə ŞahdağQış-Yay Turizm Kompleksi kimi məkanların inşa olunması sayəsində respublikamızda turizmin inkişafı yeni sürət alıb.

Bütün bunların nəticəsində son vaxtlar ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya təmin edilib. Xüsusilə təqdirəlayiq haldır ki, respublikamız turizmlə bağlı reytinq cədvəllərində artıq öndə gedən ölkələr sırasındadır. Bu yaxınlarda ABŞ-ın “USA today” İnformasiya Agentliyinin yaydığı məlumatda 2018-ci ildə səyahət edilməsi tövsiyə olunan ölkələr sırasında Bakı şəhəri qeyd edilib.

 

Bu gün dünya miqasında beynəlxalq səviyyəli tədbirlərdən söz düşəndə sabitlik adası imicini qazanmış Azərbaycana üstünlük verilir. Bunun nəticəsidir ki, respublikamıza gələn əcnəbilərin sayı ildən-ilə, aydan-aya artmaqdadır. Bu mənada indi ölkəmiz dünyada həm maraqlı turizm məkanı kimi tanınır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% çox əcnəbi vətəndaşlığı olmayan şəxs gəlib.

Təbii ki, turistləri  daha yüksək səviyyədə qarşılamaq, istirahətini daha mənalı təşkil etmək, eləcə Azərbaycanımızı onlara tanıtmaq daha yüksək peşəkarlıq tələb edir. Bu kimi səbəblərdən turizm sahəsinin inkişafını daha da artıracaq addımlara ehtiyac vardır. “Turizm ixracın bir növüdür, çünki turizm ölkəyə valyuta gətirirdeyən cənab İlham Əliyev bu kimi amilləri nəzərə alaraq həmin sahənin ayrıca bir qurum kimi fəaliyyət göstərməsini məqbul hesab edib.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: “Turizmin inkişafı ilə bağlı bu il əlavə tədbirlər görüləcək”. Bu mənada həmin sərəncamı cari ildə bu sahədə görüləcək işlərin ilki hesab etmək olar. Şübhəsiz ki, yeni təşkil olunmuş Dövlət Turizm Agentliyinin fəaliyyəti nəticəsində ölkəmizdə turizm sektorunun inkişafı keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyacaq.

 

Qvami Məhəbbətoğlu

İki sahil.- 2018.- 26 aprel.- S.20.