Nizami rayonunda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb

 

Nizami rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə akademik Zərifə xanım Əliyevanın həyat fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu deyib, ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş Zərifə xanımın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.

Çıxış edən Milli Məclisin ailə, qadın uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən danışıb. Qeyd edib ki, Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Bildirib ki, oftalmologiya sahəsində ilk azərbaycanlı akademik Zərifə xanım Əliyeva Sovet Sülhü Müdafiə Komitəsinin, AzərbaycanBilikCəmiyyətinin Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.

Milli Məclisin deputatı Dilarə Cəbrayılova vurğulayıb ki, görkəmli alim hər zaman öz qayğıkeşliyi səmimiyyəti ilə insanların rəğbətini, ehtiramını qazanıb. Deputat Zərifə Əliyevanın incə zərif ruhlu xanım, mehriban ana, qayğıkeş həkim kimi nəcib xeyirxah keyfiyyətlərindən söhbət açıb.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov deyib ki, görkəmli alim bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. Gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparan görkəmli oftalmoloq -alim 12 monoqrafiya, dərslik dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira 12 səmərələşdirici təklifin müəllifidir. Yüksəkixtisaslı səhiyyə kadrları hazırlanmasında böyük xidmətləri olmuş Zərifə xanımın elmi fəaliyyəti bütünlükdə ölkənin tibb sahəsi üçün mühüm töhfələr verib.

 

Digər çıxış edənlər akademikin zəngin həyat yolundan, elmi, pedaqoji həkimlik fəaliyyətindən danışıblar. Bildirilib ki, insanlara nur bəxş etmək missiyası, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin Vətəninin adını daim ucaldıb. Çıxışlarda akademik Zərifə xanım Əliyevanın xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi vurğulanıb.

Sonda Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin tələbəsi Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş şeir səsləndirib.

İki sahil.- 2018.- 27 aprel.- S.15.