Narkotiklərə deyil, kitablara
aludə olaq
Dünyada gedən elmi və texniki inkişaf tərəqqini nə qədər sürətləndirirsə, bəzi
cinayətkar qruplar da bu inkişafdan
istifadə edərək
öz qanunsuz gəlirlərini artırmağa
çalışır. Bir vaxtlar
təbii yollarla hazırlanan və baha qiymətə satılan narkotiklərin yerini indi kimyəvi
yollarla hazırlanmış
və qiyməti təbbii maddələrdən
hazırlanmış narkotiklərə
nisbətən dəfələrlə
ucuz olan narkotik maddələr tutur. Kimyəvi üsullarla hazırlanmış
narkotik maddələr
narkotik aludəçilərini
qısa zamanda ölümün ağuşuna
gətirir. Bu maddələrdən istifadəyə
başlamış insanların
müalicəsi və
narkotiksiz həyata qaytarılması isə çox təəssüf
ki, mümkünsüz
olur. Kimyəvi üsullarla hazırlanmış
narkotiklərin qiymətinin
aşağı olması
onları daha böyük qruplara əlçatan etdiyindən
narkomaniyanın yaşının
azalmasına və geniş insan kütləsini əhatə
etməsinə münbit
şərait yaradır.
Artıq
sübut olunub ki, narkomaniya ilə mübarizə təkcə narkoman və onun ailəsinin
mübarzəsi deyil, bütün bir cəmiyyətin mübarizəsidir.
Yanlız birlikdə, əlaqəli
və planlaşdırılmış
mübarizə nəticəsində
bu böyük bəlanın qarşısını
almaq olar.
Bu səbəbdən də
hazırki şəraitdə
narkomaniyaya qarşı
mübarizə daha səmərəli və məqsədyönlü aparılmalıdır. Şabran rayonuna
da narkomaniyaya qarşı mübarizə
tədbirləri hərtərəfli
və arasıkəsilmədən
aparılır.
Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 iyun tarixli, 2966 nömrəli sərəncamı ilə
təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz
dövriyyəsinə və
narkomanlığa qarşı
mübarizəyə dair
2013-2018-ci illər Dövlət
Proqramı”nın bəndlərinin
icrası ilə bağlı Şabran rayon
İcra Hakimiyyəti başçısı yanında
fəaliyyət göstərən
Narkomanlığa və
Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə
qarşı Mübarizə
üzrə Komissiyası
2018-ci il ərzində
proqramın icrası ilə əlaqədar aidiyyati təşkilatlarla
birlikdə mütəmadi
olaraq tədbirlər keçirməkdə davam
etmişdir.
Belə
ki, aşkar edilmiş faktlarla bağlı qanunsuz dövriyyədən cəmi
1.785 qram heroin, 0,555 qram
tiryək, 57.667 qram qurudulmuş marexuana, 75.111
qram(13 ədəd) çətənə kolları
aşkar edilərək
götürülmüşdür. Ümumilikdə 135.118 qram narkotik
vasitə dövriyyədən
çıxarılmışdır.
2018-ci il ərzində
Şabran şəhər
ərazisində yerləşən
ümumtəhsil məktəblərində
rayon Polis Şöbəsinin əməkdaşları “Narkomaniya
könüllü ölümdür
və gənclər narkomaniyaya yox deyir” mövzularında şagirdlərlə
diskussiya şəklində
hüquqi tərbiyəvi
işlər aparmışdırlar.
Şabran
rayon Təhsil şöbəsi
də 2018-ci il
ərzində rayonun təhsil müəssisələrində
maarifləndirmə işlərini
genişləndirmiş, narkomaniyanın
insan orqanizminə zərəri, törətdiyi
fəsadlarla bağlı
söhbətlərin aparılmasına
diqqəti artırmışdır.
Ənənəyə uyğun olaraq bu il
də rayon Təhsil şöbəsi tərəfindən
iş planına müvafiq olaraq rayon İcra Hakimiyyəti, rayon
Polis şöbəsi, Mərkəzi
Xəstəxananın həkimləri
və rayon Gənclər
və İdman idarəsi ilə birlikdə ümumtəhsil
məktəblərinin müəllim
və şagirdləri
üçün milli
mənəvi dəyərlərin
qorunması, “Narkomaniyaya
yox deyək” və “Narkotik vasitələrin fəsadları”
mövzularında söhbətlər
aparılmış, şəhərin
1,2,3,4,5 saylı, Əmirxanlı,
Dəvəçi, Uzunboyad,
Çölquşçu, Şahnəzərli
kənd tam orta məktəblərində, şəhər
2, 3 saylı ümumi orta təhsil müəssisələrində praktik konfrans və dəyirmi masalar keçirilmişdir.
Həmçinin şagirdlər narkomaniyaya
qarşı mübarizə
tədbirləri çərçivəsində
respublika rəsm və foto müsabiqələrində
iştirak etmişdirlər.
Rayon ümumtəhsil məktəblərində
yuxarı sinif şagirdlərinə sözügedən
mövzuda videofilmlər
nümayiş etdirilmişdir.
Dövlət proqramının rayonumuzda
icrası məqsədi
ilə Şabran rayon İdman və Gənclər idarəsi də rayon Polis şöbəsi,
Təhsil şöbəsi
və rayon Mərkəzi
Xəstəxanası ilə
əməkdaşlıq edərək
müxtəlif tədbirlər
həyata keçirmişdir.
Belə
ki, 24-25 fevral 2018-ci il tarixlərdə
UGİM-in idman zalında
“Sağlam həyat Naminə” devizi altında sambo idman növü üzrə
2003-2004, 2005 və 2006-cı il təvəllüdlü
yeniyetmələr arasında
açıq rayon birinciliyi
keçirilmişdir.
12 aprel 2018-ci il tarixdə
Şabran şəhər Heydər Əliyev Mərkəzində
“Narkomaniya və müasir gənclik” devizi altında dəyirmi masa keçirilmişdir.
07 iyun 2018-ci il tarixində Şabran şəhər Heydər Əliyev Mərkəzində
Azərbaycan Respublikası
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının və
Şabran rayon Gənclər
və İdman İdarəsinin təşkilati
dəstəyi ilə “Sağlam Gəncliyə Doğru” İctimai Birliyi tərəfindən “Narkomaniya ilə bağlı regionlarda seminarların keçirilməsi”
layihəsi çərçivəsində
yeniyetmə və gənclərlə maarifləndirici
görüş keçirilmişdir.
11 iyun 2018-ci il tarixdə Dəvəçi
kənd tam orta məktəbdə rayon Gənclər
və İdman idarəsinin və rayon
Polis şöbəsinin birgə
təşkilatçılığı ilə “Narkomaniya və digər zərərli vərdişlər
əleyhinə birgə
mübarizə” devizi altında maarifləndirici
görüş keçirilmişdir.
Şabran Mərkəzi Rayon Xəstəxanasının
narkoman kimi qeydiyyatında olanların
sayı cəmi 174 nəfərdir, onlardan
130-u dispanser, 43 nəfəri
proflaktik qeydiyyatdadır. 174 nəfərdən 18-24 yaş
arası 12 nəfər,
25-29 yaş arası
44 nəfərdir. Rayonda yeniyetmələr
arasında narkotik aludəçisi qeydə alınmamışdır.
Hər il olduğu kimi bu il
də rayon İcra Hakimiyyəti başçısı
yanında fəaliyyət
göstərən Narkomanlığa
və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı
Mübarizə üzrə
Komissiyasının təşkilatçılığı
ilə 26 iyun “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı Ümumdünya
mübarizə günü”
dəyirmi masalar, konfranslar, sərgilər və s. tədbirlər keçirilmiş və onların yekun tədbiri kimi 25 iyun 2018-ci il tarixində təşkil edilmiş ümumrayon konfransının video və
foto görüntüləri
Azərbaycan Respublikası
Narkomanlığa və
Narkotik vasitələrin
Qanunsuz Dövrüyyəsinə
qarşı Mübarizə
üzrə Dövlət
Komissiyasının işçi
qrupuna göndərilmişdir.
Konfransda
qərara alınmışdır
ki, bundan sonra keçiriləcək
məktəb tədbirlərinə
daa çox valideyin cəlb edilsin. Şagirdlərlə yanaşı valideyinlərin
də maarifləndirilməsinin
vacibliyi xüsusi qeyd edilib. Qarşıdakı aylarda “Narkotikə
deyil, kitablara aludə ol” mövzusu ilə rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin də narkomaniya ilə mübarizə tədbirlərinə qoşulması
tövsiyyə edilmişdir.
2018-ci ilin qarşıdakı aylarında da rayon İcra Hakimiyyəti başçısı yanında
fəaliyyət göstərən
Narkomanlığa və
Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə
qarşı Mübarizə
üzrə Komissiyasının
iş planına uyğun olaraq tədbirlər həyata keçirilməkdə davam
edəcəkdir.
Mehdi Balabəyov,
Şabran rayon İcra Hakimiyyəti
başçısının birinci müavini
İki sahil.- 2018.- 25 avqust.- S.14.