Xarici turistlər üçün cazibədar
məkan
Azərbaycan turizmin sürətlə inkişaf
etdiyi ölkələrdən
biridir. Son
illərdə bu sahədə görülən
işlər, turizmin genişləndirilməsi istiqamətində
həyata keçirilən
siyasət ölkəmizi
xarici qonaqlar üçün daha da cəlbedici edib, Azərbaycana turist axınını ildən-ilə yüksəldib.
Respublikamıza gələn xarici qonaqlarla bağlı statistik göstəricilərin
təhlili göstərir
ki, turizm sektoru gündən-günə
daha da inkişaf
edir. İldən-ilə ölkəmizə gələn turistlərin sayında kifayət qədər artım müşahidə edilir.
Əlbəttə, mövsümlə bağlı olaraq bir sıra ölkələrdən
gələn turistlərin
sayında qismən azalma müşahidə edilə bilər, lakin ümumilikdə Azərbaycana gələn turistlərin sayında hər ötən ildə ciddi artım olduğu görünməkdədir. Məsələn, Azərbaycanı ən çox turistlərin ziyarət etdiyi Rusiya və
İran kimi ölkələrdən gələnlərin
sayında cüzi azalma olsa da
bu, ümumi turist sayının artmasına əngəl törədə bilməyib.
Beləliklə, Dövlət Turizm
Agentliyinin yaydığı
məlumata görə,
cari ilin iyul ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə
5,2% artım olub və ötən ay Azərbaycana 330 min xarici qonaq gəlib. Lakin bütövlükdə
2018-ci ilin ilk 7 ayında
ölkəyə gələn
turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə
9,3% artmışdır.
Sayında cüzi azalma olsa da, Azərbaycana
iyul ayında ən çox turist yenə də Rusiyadan gəlib - 119 min nəfər. Bu, təqribən ümumi turistlərin 31 faizi deməkdir. Digər 20% və 15% əcnəbilər
isə Yaxın Şərq və Gürcüstanın payına
düşür.
Hər zaman Azərbaycana gələn turistlərin çox hissəsinin ərəb ölkələrinin payına
düşməsi barədə
təsəvvürlər bu
statistik göstəricilərdə
özünü doğrultmur. Lakin bu bölgədən gələn
turistlərin sayında
da ciddi artım olmuşdur. Belə ki, Yaxın Şərq bölgəsindən
gələn əcnəbilərin
sayında ötən
ay ilə müqayisədə
30% artım mövcuddur.
Bu artımın böyük hissəsini Səudiyyə Ərəbistanından
gələn qonaqlar təşkil edir. Daha bir böyük
artım- 63% Cənubi
və Şərqi Asiya bölgələrindən
səyahət edənlər
arasında müşahidə
olunsa da onların sayı 24 min nəfər olmaqla respublikamıza səfər
edənlərin ümumi
sayının 7%-ni təşkil edir.
Ümumiyyətlə, yuxarıda da qeyd edildiyi
kimi, 2018-ci ilin ilk yeddi ayında Azərbaycana səfər edən qonaqların sayı 1,65 milyondan
çox olaraq ötən ilin analoji dövrü ilə müqayisədə
9,3% artmışdır.
Statistikadan da göründüyü kimi, xarici ölkələrdən
səfər edənlərin,
xüsusilə Gürcüstandan
(9%) və Yaxın Şərq bölgəsindən
(54%) gələnlərin sayında
artım mövcuddur. Bəzi Yaxın
Şərq ölkələrindən
gələn turistlərin
sayında müşahidə
edilən artım bəzən hətta 100%-ə
çatır. Məsələn, Səudiyyə Ərəbistanından
Azərbaycana 42 minə
yaxın qonaq gəlib ki, bu da 2017-ci ilin
göstəricisi ilə
müqayisədə iki
dəfədən artıqdır.
İraq
(25%), Küveyt (227%), Oman (17%) və İsraildən
(240%) gələn ziyarətçilərin
sayında da əhəmiyyətli dərəcədə
inkişaf müşahidə
olunmaqdadır.
Qeyd edək
ki, son illərdə Azərbaycanda gedən inkişaf, müasir infrastruktur xarici turistlərin cəlb edilməsində və ölkəmizə marağının
artmasında ciddi rol oynayıb. Təbii ki,
burada son bir neçə ildə bir sıra nüfuzlu
beynəlxalq tədbirlərin
və idman yarışlarının Azərbaycanda
keçirilməsi də
təsiredici amillər
kimi qəbul edilməlidir.
Bütövlükdə Azərbaycan mədəniyyəti,
təbiəti və mətbəxi xarici turiztlər üçün
hər zaman maraqlı və cazibədar olmuşdur.
Taleh Turqut
İki sahil.-2018.- 29 avqust.- S.12.