“Əlillik
qüsur deyil” kitab-albomunun təqdimatı
olub
Dekabrın 3-də Beynəlxalq Əlillər Günü münasibətilə Azərbaycan
Dövlət Musiqili Teatrının foyesində
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəşr
edilən “Əlillik qüsur deyil” kitab-albomunun və əlilliyi olan şəxslərin əl işlərindən ibarət
hədiyyələrin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
dövlət və hökumət rəsmiləri,
tanınmış elm,
mədəniyyət və
incəsənət xadimləri
iştirak ediblər.
“Əlillik qüsur deyil” kitab-albomunda ümummilli lider Heydər Əliyevin fiziki məhdudiyyətli insanlara,
onların sosial müdafiəsi və reabilitasiyasına diqqət
və qayğısından,
əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası
və cəmiyyətə
inteqrasiyası sahəsində
Prezident İlham Əliyevin tapşırığına
əsasən atılan
addımlardan, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
bu istiqamətdə həyata keçirilən
nəcib və xoşməramlı layihələrdən
bəhs olunur. Nəşrdə Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın sosial xidmət müəssisələrinin sakinlərinə
qayğısı, onlarla
keçirdiyi görüşlər
də əksini tapıb.Kitab-albomda incəsənətin
müxtəlif növləri
ilə məşğul
olan fiziki məhdudiyyətli 60-a yaxın
şəxs barədə
məlumatlar və onların yaradıcılıq nümunələri
də yer alıb. Nəşrə, həmçinin Azərbaycanda yeni yaradılmış Boccia İdman Federasiyası və bu idman
növünə maraq
göstərən fiziki
məhdudiyyətli insanlar,
onların uğurları,
ilk inklüziv ƏSA teatrı, onun yaradıcı heyəti, hazırladıqları tamaşalar
barədə məlumatlar
daxil edilib. 278 səhifəlik kitab-albomdakı
mətnlər həm Azərbaycan, həm də ingilis dilində təqdim olunur.
“Əlillik qüsur
deyil” kitab-albomu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki sosial müəssisələrin sakinlərinin
yaradıcı fəaliyyətini,
onların yaradıcılıq
nümunələrini əks
etdirən ilk belə nəşrdir. Gələcəkdə bu kitab-albom əsasında əlilliyi olan yaradıcı şəxslərin
elektron reyestrinin, eləcə də həmin onlar üçün əl işlərinin satışı
portalının yaradılması
nəzərdə tutulur.
Tədbir ƏSA Teatrının aktyorlarının ifasında
təqdim edilən Moris Metterlinkin “Göy quş” tamaşa-premyerasına baxışla
davam edib. 18 aktyorun rol aldığı
tamaşada XX əsrin
əvvəllərində Belçikada
kasıb bir ailənin iki uşağının xoşbəxtlik
rəmzi olan Göy quşun axtarışına çıxmasından
bəhs edilir. Sonda uşaqlar, onların valideynləri əsl xoşbəxtliyi kənarda deyil, öz evində, öz yurdunda axtarmağın lazım olduğunu anlayırlar. Ümumilikdə, tamaşa
nikbinliyi, özünəinam
hissini təşviq edir.
Qeyd edək
ki, 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən
yaradılan ƏSA Teatrının
aktyor heyəti əsasən əlilliyi olan şəxslərdən
ibarətdir. Teatr yarandığı gündən
Azərbaycan və dünya ədəbiyyatının
şedevr əsərlərini
uğurla səhnələşdirir.
İki
sahil.- 2018.- 4 dekabr.- S.4.