Məşhur türk sənətçisi Bakı
Slavyan Universitetində
olub
Azadinform xəbər verir ki, tədbirdə universitetin rəhbər heyəti, müəllim və tələbələri,
media nümayəndələri iştirak edib. BSU-nun
rektoru, professor Nurlana Əliyeva universitetin yaranma tarixindən, burada türk dili və mədəniyyətinə,
ədəbiyyat və
musiqisinə olan böyük diqqətdən
danışıb: “Bu
gün burda Türkiyənin tanınmış
elm və siyasət adamları, diplomatları iştirak edir. BSU yarandığı
gündən dünyanın
bir çox ali təhsil ocaqları ilə beynəlxalq əməkdaşlıq
edir. Universitet Türkiyənin Qafqaz Universiteti, Qazi Universiteti, Ankara Universiteti, İstanbul Kültür Universiteti və başqaları ilə əməkdaşlıq
haqqında müqavilələr
bağlayıb. Bu günlərdə BSU ilə
Türkiyə Cümhuriyyətinin
Reytinq Akademiyasının
birgə təşkilatçılığı
ilə “Kultuiraloji paradiqmalar və yeniləşən Azərbaycan” adlı tədbir keçirilib. Həmin tədbirdə Türkiyənin tanınmış
elm və siyasət adamları, diplomatları iştirak edirdi”.
Daha sonra çıxış
edən ATV-nin nəzdində Teleradio Akademiyasının rəhbəri,
BSU-nun Jurnalistika kafedrasının müəllimi,
professor Etibar Babayev çıxışında türk
sənət ustası
barədə müsbət
öz fikirlərini səsləndirib, Müşərrəf
Akayın Azərbaycan-Türkiyə
arasında mədəni
əlaqələrin möhkəmlənməsində
mühüm xidmətləri
olduğunu, onun Azərbaycan incəsənətinə,
milli ruhuna bağlılığını xüsusi qeyd edib. Sonra tanınmış
sənətçinin Azərbaycanla
bağlı xatirələrini
əks etdirən video-çarxı nümayiş
olunub.
Nümayişin ardından “Azərbaycanım”
beynəlxalq jurnalının
təsisçisi Emil Nəsirli Müşərrəf
Akaya jurnalın “Fəxri üzvü” olması münasibətilə
diplom və qızıl medal təqdim edib. Çıxış edən
Azərbaycanın əməkdar
incəsənət xadimi,
modelyer Fəxriyyə
Xələfova yüksək
səviyyəli tədbirin
təşkilinə görə
BSU rəhbərliyinə minnətdarlığını
bildirib.
Azərbaycan haqqında təəssüratlarının
olduqca xoş olduğunu deyən Müşərrəf Akay
bu günlərdə Gəncədə olduğunu,
orada çox səmimi qarşılandığını
vurğulayıb. Öncəki
illərdə Bakıya
gəlişini yada salan müğənni Azərbaycanın, Bakının
inanılmaz şəkildə dəyişdiyini, inkişaf etdiyini, BSU-da artıq ikinci
dəfə qonaq olduğunu söyləyib.
Universitet kollektivinin diqqəti, marağı da sənətçini təsirləndirib: “Azərbaycan
xalqının mənə
olan münasibəti, diqqəti məni çox təsirləndirdi,
gözlərim yaşardı.
Eyni hörmət və qayğını Bakı Slavyan Universitetində də görmək mənim üçün olduqca sevindirici haldır”.
Tədbirdən razı qalan qonaq tələbələrin
suallarını cavablandırıb,
BSU əməkdaşları ilə xatirə şəkilləri çəkdirib.
Dadaşova
Şəfiqə
Əliqızı
Şəmsiyyə
İki
sahil.- 2018.- 4 dekabr.- S.7.