Akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni
istiqamətlərin banisidir
Dekabrın
13-də Azərbaycan Milli
Elmlər Akademiyasının
(AMEA) əsas binasında
görkəmli alim, Dövlət mükafatı
laureatı, Əməkdar
elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin
90 illik yubileyinə həsr olunan “Neftqazçıxarmada innovativ
texnologiyaların və
tətbiqi riyaziyyatın
müasir problemləri"
mövzusunda beynəlxalq elmi konfrans işinə
başlayıb.
AZƏRTAC xəbər verir ki, AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin (ADNSU) birgə
təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycan,
ABŞ, İsveç, Türkiyə,
Rusiya, İran, Səudiyyə Ərəbistanı,
Çin və digər ölkələrin
tanınmış alimləri
iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları
Fəxri xiyabanda akademik Azad Mirzəcanzadənin
məzarını ziyarət
edib, önünə əklil və gül dəstələri
qoyublar.
Beynəlxalq
konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə
açaraq, Prezident İlham Əliyevin “Akademik Azad Mirzəcanzadənin
90 illik yubileyi haqqında” 2018-ci il 6 iyul tarixli Sərəncamının
əhəmiyyətindən danışıb, bu sənədi elmimizdə xüsusi xidməti olan alimin əməyinə
verilən yüksək qiymət və qayğının təzahürü
kimi dəyərləndirib.
“Akademik Azad Mirzəcanzadə
tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni
istiqamətlərin banisidir”
– deyən alim neftin çıxarılmasında
texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlərin
onun tərəfindən
əhatəli şəkildə
araşdırıldığını qeyd edib. AMEA-nın prezidenti görkəmli alimin neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair qiymətli tədqiqatları
ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırdığını,
onun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft və qaz-kondensat yataqlarının işlənilməsinin
fundamental-nəzəri əhəmiyyətli
metodlarının hazırlanıb
tətbiq edildiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, A.Mirzəcanzadənin rəhbərliyi
ilə 250-dən çox
fəlsəfə doktoru,
100-dən artıq elmlər
doktoru hazırlanıb.
A.Mirzəcanzadənin həm də elmin təşkili və idarə olunması prosesində fəal iştirak etdiyini deyən A.Əlizadə bildirib ki, o, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün
bilik və bacarığını əsirgəməyib.
A.Mirzəcanzadə uğurlu
elmi fəaliyyətinə
görə müxtəlif
illərdə bir çox fəxri mükafatlara, medallara, həmçinin Azərbaycan
Respublikasının “İstiqlal”
və “Şöhrət”
ordenlərinə layiq
görülüb.
Görkəmli
alimin elmi kadrların və yüksəkixtisaslı neftçi
mütəxəssislərin hazırlanmasında əvəzsiz
rolundan bəhs edən A.Əlizadə onun elmi məktəbinin
davamçılarının nəinki Azərbaycanda, hətta xaricdə elmi mərkəzlərə
və istehsalat müəssisələrinə rəhbərlik etdiyini söyləyib.
AMEA-nın rəhbəri Azərbaycan
elmində müstəsna
xidmətləri olan A.Mirzəcanzadənin xatirəsinin
daim yaddaşlarda yaşayacağını vurğulayıb.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva
dünya şöhrətli
alim A.Mirzəcanzadənin
həyat yolu, neft elminin inkişafına
verdiyi töhfələrdən
söhbət açıb.
Bildirilib ki, A.Mirzəcanzadə 1928-ci il
sentyabrın 29-da Bakıda
anadan olub, 15 yaşında orta məktəbi bitirib. O, 23 yaşında namizədlik,
29 yaşında doktorluq
dissertasiyalarını müdafiə
edib, 34 yaşında Azərbaycan Elmlər Akademiyasının (indiki
AMEA) müxbir üzvü,
40 yaşında isə
həqiqi üzvü seçilib.
Nazir
müavini son dərəcə geniş maraq dairəsi olan A.Mirzəcanzadənin pedaqoji fəaliyyətlə
məşğul olduğunu,
onun yüksəkixtisaslı
kadrların hazırlanmasında
mühüm xidmətlər
göstərdiyini və
ölkə iqtisadiyyatının
inkişafı üçün
güclü elmi potensialın yaradılmasında
yaxından iştirak
etdiyini vurğulayıb.
Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə cari ilin sentyabr ayında
SOCAR-da A.Mirzəcanzadənin
90 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb.
A.Mirzəcanzadə
ilə tanışlığının
1950-ci illərin əvvəllərinə
təsadüf etdiyini deyən X.Yusifzadə görkəmli alimin neft-mədən mexanikasında
yeni istiqamətlərin,
neftqazçıxarma və
işlənmə proseslərində
innovativ fikirlərin yaradıcısı olduğunu,
onun fundamental elmi görüşlərinin
ölkənin hüdudlarından kənarda
da böyük şöhrət qazandığını
söyləyib. Bildirilib
ki, elmlə istehsalatın vəhdətini
yaratmağa nail olmuş A.Mirzəcanzadənin
araşdırmalarının nəticələrindən mötəbər
elmi mərkəzlər
bu gün də geniş istifadə edir. Alimin Azərbaycanda və dünyada neft elminin inkişaf
etdirilməsində misilsiz
xidmətləri olub, onun elmi irsi
zəngin kəşflər
və ixtiralar xəzinəsidir.
Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı fəaliyyətinin
böyük hissəsini
ADNSU ilə bağlamış
akademik Azad Mirzəcanzadənin hər
zaman gənc və perspektivli mütəxəssislərin axtarışında
olduğunu xatırladıb. Alimin adının ölkə hüdudlarından
kənarda da yaxşı tanındığını
deyən rektor qeyd edib ki,
onun ideya və kitabları tədris prosesində geniş istifadə olunur. Vurğulanıb ki, A.Mirzəcanzadə Başqırdıstan, Tatarıstan,
Qərbi Sibirdə neft və qaz
yataqlarının işlənilmə
nəzəriyyəsi və
praktikası, qeyri-xətti
mexanika və tətbiqi riyaziyyatda yeni istiqamətlərin inkişafına təkan verib.
M.Babanlı bu günlərdə ADNSU-da tələbələrin
67-ci elmi-texniki konfransının
keçirildiyini və
bu tədbirin A.Mirzəcanzadəyə həsr
edildiyini bildirib. Universitetdə hər il görkəmli alimin adına təqaüdlərin
təsis edilərək
təhsildə və tələbə elmi cəmiyyətinin işində
böyük uğurlar
qazanan iki bakalavr və bir magistranta təqdim olunduğunu diqqətə çatdıran
rektor, eyni zamanda, A.Mirzəcanzadənin
iş otağının muzey kimi
fəaliyyət göstərdiyini
söyləyib.
Konfransda
Rusiya Təbiət Elmlər Akademiyasının
vitse-prezidenti, professor
Əzizağa Şahverdiyevin
“Neft yataqlarının
işlənmə prosesinin
optimallaşdırılması və neftçıxarmanın
artırılmasının innovativ texnologiyaları”,
ADNSU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü Tulparxan Salavatovun “Azad Mirzəcanzadə – vətəndaş, pedaqoq,
alim, mütəfəkkir” mövzularında məruzələri
dinlənilib.
Çıxış edən digər alimlər də A.Mirzəcanzadənin elmi yaradıcılığının əhəmiyyətindən bəhs
edib, onunla bağlı xatirələrini
bölüşüblər.
Tədbirdə AMEA-nın İdarəetmə
Sistemləri İnstitutunun
direktoru, akademik Telman Əliyevə, AMEA-nın müxbir üzvü Bağır Süleymanova və ADNSU-nun qaz-neft-mədən fakültəsinin dekanı,
professor Qafar İsmayılova “Akademik Azad Mirzəcanzadə adına medal” təqdim olunub.
Beynəlxalq konfrans işini dekabrın 14-də yekunlaşdıracaq.
İki sahil.- 2018.- 14 dekabr.- S. 7.