Azərbaycan Dövlət Pedaqoji
Universitetində akademik
Ramiz Mehdiyevin kitabının təqdimatı
olub
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tarix və coğrafiya fakültəsinin təşkilatçılığı
ilə universitetdə
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyevin yeni işıq üzü görmüş
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə
qarşı casusluq aləti kimi. XVII əsr – XVIII əsrin ilk dörddəbiri” adlı kitabının təqdimatı keçirilib.ADPU-dan
AZƏRTAC-a bildirilib ki,
təqdimatda universitetin
rəhbərliyi, professor-müəllim
heyəti, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları iştirak
ediblər.Tədbiri açan
ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, təqdimatı keçirilən kitab bu gün tarix
elmimiz üçün
çox aktual olan bir mövzuya
həsr edilib. Akademik Ramiz Mehdiyev Səfəvilər
dövləti ilə bağlı bir neçə kitabın müəllifidir. Böyük
alimin geniş və hərtərəfli
elmi tədqiqatları
nəticəsində ərsəyə
gətirdiyi həmin kitablar elmi ictimaiyyət
tərəfindən yüksək
qiymətləndirilib. Yeni
əsərin əsas özəlliyi Ramiz Mehdiyevin həm tədqiqatçı-alim, həm
də dövlət xadimi olaraq Səfəvilər
dövlətinə yeni
prizmadan yanaşmasıdır.
Bu əsər Azərbaycan tarixşünaslığında
və siyasi elmində Qriqorian kilsəsinin Səfəvilər
dövlətinə qarşı
kəşfiyyat və
siyasi-ideoloji fəaliyyətinin
geniş işıqlandırılmasına
göstərilən ilk
cəhddir. Çoxsaylı
mötəbər elmi
mənbələr əsasında
yazılmış bu fundamental əsərdə
problemlərin qoyuluşu
və həlli tamamilə yenidir. Əsərdə Vatikan tərəfindən göndərilmiş
katolik missiyasının
qeyd etdiyimiz dövrdə Səfəvilərə
qarşı həyata
keçirdiyi ideoloji və casusluq fəaliyyətinin strategiya
və taktikası, həmçinin Qriqorian kilsəsinin katolik missiyası ilə əlaqələri ardıcıl
və dəqiq aydınlaşdırılır. Əsərdə erməni
siyasi elitasının
satqınlığı, Qriqorian
kilsəsinin fitnəkar,
pozucu, casusluq fəaliyyəti ifşa edilir. Konkret elmi-tarixi faktlara söykənən bu əsər sistemli fəaliyyətin uğurlu
davamıdır. Əsərin
rus dilində yazılması onun istifadə imkanlarının
və oxucu auditoriyasının genişlənməsinə
imkan verir. Bu əsər bütövlükdə tarix
elmimizə böyük
töhfədir.Tədbirdə çıxış edən
AMEA Tarix İnstitutunun
professoru Şahin Fazil, ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri,
dosent Naibə Əhmədova, tarix üzrə fəlsəfə
doktoru, dosent Dilavər Əzimli, universitetin Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyev akademik Ramiz Mehdiyevin mötəbər
elmi-tarixi mənbələr
əsasında yazdığı
yeni əsərin çox maraqlı və aktual mövzuya həsr olunduğunu bildiriblər.
Çıxışlarda qeyd
edilib ki, bu əsərdə Qriqorian kilsəsinin Səfəvilər dövlətinə
qarşı apardığı
pozucu kəşfiyyat və siyasi-ideoloji fəaliyyət geniş işıqlandırılır. Əsər, həmçinin
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
obyektiv araşdırılması
üçün böyük
əhəmiyyət kəsb
edir.Sonra kitabla bağlı müzakirələr
aparılıb. AMEA-nın
müxbir üzvü,
professor Vəli Əliyev, professor Himalay Qasımov, dosent Sevinc Seyidova,
dosent Elmira Süleymanova çıxış
edərək bu dəyərli əsərin
bütün türk xalqları üçün
mühüm əhəmiyyət
kəsb etdiyini vurğulayıblar.
İki
sahil.- 2018.- 20 dekabr.- S.3.