Milli Kitabxanada Mir Cəlal PaşayevinƏdəbi tənqidPublisistikakitablarının təqdimatı olub

 

Dekabrın 21-də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanasında görkəmli yazıçı böyük ədəbiyyatşünas alim Mir Cəlal PaşayevinƏdəbi tənqid (1931-1974)” Publisistika (1926-1977)” kitablarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, hər iki kitab Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunub.

Tədbiri mədəniyyət naziri Əbülfəs Qarayev açaraq bu il ərzində ölkəmizdə, bölgələrdə Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə silsilə tədbirlərin keçirildiyini bildirib: “Görkəmli ədib alimlərimizin yubileylərini qeyd etməklə bir daha şahidi oluruq ki, Azərbaycan ədəbiyyatı, mədəniyyəti qədər zəngin qüdrətlidir. Bu xəzinənin gələcək nəsillərə ötürülməsinin böyük əhəmiyyəti var. Biz həmişə öz ənənələrimizə sadiq qalaraq görkəmli şəxsiyyətlərimizin fəaliyyətini dönə-dönə ictimaiyyətə təqdim etməliyik”.

Yazıçının 100 illiyi ilə bağlı UNESCO-nun baş qərargahında keçirilən möhtəşəm tədbiri xatırladan nazir deyib ki, həmin tədbir nəinki Mir Cəlal Paşayevin yaradıcılığının, eyni zamanda, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə təbliğinə töhfə olub: “Onun əsərlərini oxuyarkən gəldiyim qənaət budur ki, yazıçı mürəkkəb siyasi-ideoloji bir dövrdə yaşasa da, heç vaxt azərbaycançılıqdan, xalqımızın mənəvi aləmindən uzaq düşməyib. Yazıçının əsərlərində düzgünlük, sadəlik, xalqı sevmək, etibar, inam digər yüksək insani keyfiyyətlər ön plandadır. Buna görə müəllifin zəngin bədii yaradıcılığı elmi tədqiqatları hər zaman aktuallığını qoruyub saxlayacaq, yeni nəsillərin mənəvi zənginliyində mühüm rol oynayacaq”.Nazir qeyd edib ki, təqdimatı keçirilən kitablar çox zəngin məlumatları özündə əks etdirir: “Publisistikaməqalələr toplusunda ədibin 1926-1977-ci illərdə qələmə aldığı məqalələri, “Ədəbi tənqidkitabında isə alimin 1931–1974-cü illəri əhatə edən araşdırmaları yer alıb. Yazıçının anadan olmasının 110 illiyi münasibətiləAzərbaycanın görkəmli şəxsiyyətləriseriyasından daha mükəmməl fundamental biblioqrafiya hazırlanıb. Həmçinin nazirlik tərəfindən başlanılanAzərbaycan Kitabının Dünyada Tanıdılmasılayihəsi çərçivəsində Mir Cəlal PaşayevinBir gəncin manifestiromanı Füzuli sənətkarlığıəsəri Türkiyədə çap olunub. Eyni zamanda, yeni bərpa olunmuşBir ailəfilmi nümayiş edilib. Bu tədbirlər xalqımızın Mir Cəlal Paşayevə dərin hörmətinin ifadəsidir. Böyük ədibin çoxtərəfli fəaliyyəti nəinki Azərbaycan xalqı tərəfindən hörmətlə qəbul edilir, onun dərin məzmunlu yaradıcılığı bir sıra xarici ölkələrdə rəğbətlə qarşılanır”.Təqdimat mərasimində Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi pedaqoji fəaliyyətindən nəcib insani keyfiyyətlərindən söhbət açıb. Bildirib ki, böyük ədib alim, görkəmli pedaqoq Mir Cəlal Paşayev müdrik insan, nəcib şəxsiyyət idi. Yazıçının müxtəlif janrlarda qələmə aldığı əsərləri həm mövzu zənginliyi, həm dil üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir, böyük maraq doğurur. “Mir Cəlal müəllim xoşbəxt yazıçı idi, ona görə ki, sovet sisteminə deyil, ədəbiyyata xidmət edirdi. Bugünkü oxucuların - müstəqil Azərbaycan vətəndaşlarının psixologiyası tələbləri fərqli olsa da, Mir Cəlalın əsərləri indi sevilə-sevilə oxunur. O, həm xoşbəxt ədəbiyyatşünas alim idi. Ədəbiyyatşünaslığın sovet ideologiyasının tərkib hissəsi olmasına baxmayaraq, Mir Cəlal yenə quruluşa deyil, Azərbaycan ədəbiyyatı tarixinə xidmət edirdi. O, həm xoşbəxt pedaqoq idi. Çünki pedaqoji fəaliyyətini komsomol partiya ideologiyasına deyil, Azərbaycan xalqı üçün gərəkli oğullar yetişdirməyə həsr etmişdi. Bu gün tələbələrinin yaddaşında yaşayır bu tələbələr ondan öyrəndiklərini yeni nəsillərə ötürərək müəllimlərinin əziz xatirəsini yaşadırlar”, - deyə Xalq yazıçısı qeyd edib.

 

Çap olunan kitabların elmi məsləhətçisi, akademik Nizami Cəfərov bildirib ki, Mir Cəlal müəllim sovet rejimi dövründə yaşayıb yaratmış elə müdrik müəlliflər sırasına daxildir ki, bu gün onun ədəbi-tənqidi, publisistik yazılarının altından yazıldığı tarixi götürsək, həmin materialların elə bu gün yazıldığını zənn etmək olar. Bu səbəbdən kitablarda ədibin bir sözünə toxunulmayıb bütün yazılar orijinalda olduğu kimi verilib.Xalq şairi Nəriman Həsənzadə Mir Cəlal Paşayevlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, o, hər zaman oxucularının yanında idi. Bütöv şəxsiyyəti ilə Mir Cəlal müəllim özü bir əsər idi.

Ədəbi tənqidkitabınınÖn sözmüəllifi professor Asif Rüstəmli diqqətə çatdırıb ki, milli ədəbiyyatımızın saflığı, duruluğu Mir Cəlal müəllimi həmişə düşündürüb: Onun bədii yaradıcılığa yeni gələn, gələcəyinə ümidlər bəslənilən gənclərin əsərlərinə tənqidi münasibəti sabit birmənalı olaraq xeyirxahlıq səciyyəsi daşıyırdı. Mir Cəlal müəllimin çoxşaxəli yaradıcılığında, həyat yolunda mənəvi bütövlük var. Bu mənəviyyat məcrasında görkəmli müəllim, alim, yazıçı taleyi görünməkdədir”.

Mir CəlalınPublisistikakitabınınÖn sözmüəllifi Elnur İmanbəyli çıxışında nəşrin gənc tədqiqatçılar üçün dəyəli mənbə olacağını vurğulayıb, məqalələrdəki fəlsəfi düşüncələrin əhəmiyyətini qeyd edib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitablarda nəşr olunan materialların Milli Kitabxananın arxiv fondundan, dövri mətbu nəşrlərdən, Salman Mümtaz adına Dövlət Mədəniyyət İncəsənət Arxivinin fondlarından toplandığını qeyd edib.

Tədbirdə professorlar Şirindil Alışanlı, Buludxan Xəlilov başqaları çıxış edərək kitabın elmi məziyyətlərindən, görkəmli yazıçının alim müəllim kimi şəxsi keyfiyyətlərindən, yaradıcılığının özünəməxsusluğundan danışıblar.

Bildirilib ki, Mir Cəlalın ədəbi-tənqidi publisistik məqalələrinin ayrıca kitab halında indiyədək nəşr olunmadığını nəzərə alsaq, bu nəşrlər görkəmli alimin bu mövzuda oxucular mütəxəssislərlə ilk görüşü hesab oluna bilər.

Mir Cəlalın ailəsi adından çıxış edən oğlu, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. O, növbəti tədbirlərdən birinin məhzMir Cəlal müasirlərimövzusuna həsr olunmasını təklif edib. Diqqətə çatdırıb ki, ədəbiyyatımızda layiqli yeri olan insanlar çoxdur onlar haqqında bu cür tədbirlər təşkil edilməlidir.

Atası ilə bağlı xatirələri bölüşən Hafiz Paşayev ixtisasca ədəbiyyatçı olmasa da, Mir Cəlalın bədii irsi sayəsində ədəbiyyata böyük maraq göstərdiyini deyib. Kitabların gənclərə tariximizin öyrənilməsində yardımçı olacağına ümid etdiyini diqqətə çatdırıb: “Mir Cəlalı çox zaman işıqlı adam adlandırırlar. Çox istərdim ki, onun yaradıcılığından, yaratdığı əsərlərdən gənc nəsil bəhrələnsin ölkəmizin işıqlı gələcəyinə öz töhfələrini versinlər”.

Qeyd edək ki, yeni nəşrlərin layihə rəhbəri mədəniyyət naziri Əbülfəs Qarayev, elmi məsləhətçisi, akademik Nizami Cəfərov, tərtibçi elmi redaktoru, professor Kərim Tahirov, redaktoru, Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova filologiya üzrə fəlsəfə doktoru Validə Həsənovadır.

 

İki sahil.- 2018.- 22 dekabr.- S.14.