Büdcənin formalaşmasında qeyri-neft sektorunun rolu

 

Bir neçə il əvvəl dünya bazarlarında neftin qiymətinin birdən-birə kəskin ucuzlaşması neft ölkəsi kimi Azərbaycana da təsirsiz ötüşmədi. 2015-ci ildə baş verən devalvasiyalar ölkənın maliyyə sisteminə iqtisadiyyatına müəyyən təsirlər göstərdi. Lakin Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən praqmatik siyasət nəticəsində ölkəmiz dünyanı bürüyən bu böhrandan minimum itki ilə çıxmağı bacardı.

 

2017-ci ilin iqtisadi göstəriciləri sübut etdi ki, Azərbaycan artıq böhranın təsirlərini minimuma endirə bilib iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub. Mütəxəssislər hesab edirlər ki, ötən illərdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan siyasət öz nəticəsini göstərir 2018-ci il bu baxımdan əhəmiyyətli dövr olacaqdır. Bu, özünü Azərbaycanın cari ildəki dövlət büdcəsinin formalaşmasında da göstərir. Xatırladaq ki, 2018-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 21 milyard 47 milyon manat proqnozlaşdırılıb. Büdcə kəsiri isə 920 milyon manat proqnozlaşdırılır ki, bu, əvvəlki illərlə müqayisədə 21,3 faiz azdır. Bu da ümumi daxili məhsulun (ÜDM) cəmi 1,3 faizinə bərabərdir ki, belə göstərici ən yüksək uğur hesab edilə bilər.

 

Bütün məsələlərin müqayisədə daha aydın göründüyünü  nəzərə alaraq Azərbaycanla eyni regionu paylaşan digər Cənubi Qafqaz ölkələrinin büdcələrinə nəzər salmaqla ölkəmizin iqtisadi tərəqqisinin miqyasını qiymətləndirmək mümkündür. Belə ki, qonşu Gürcüstanın cari ildə dövlət büdcəsi 4,965 milyard ABŞ dolları təşkil edəcək. Bu, Azərbaycanın dövlət büdcəsindən təqribən 2,4 dəfə azdır. Regionda hər zamankı kimi, ən az büdcə işğalçı Ermənistana məxsusdur: 1 trilyon 465 milyard dram, yəni təqribən 3 milyard ABŞ dolları həcmindədir ki, bu da Azərbaycan büdcəsindən 4 dəfə azdır. Yeri gəlmişkən, Ermənistanın xarici borcu 7 milyard dollardır ki, bu da ÜDM-in 60 faizindən çoxdur. Bu isə o deməkdir ki, ölkə yaxın gələcəkdə daha ağır iqtisadi vəziyyətə düşəcək.

 

Azərbaycanın uğurlu iqtisadi inkişafı bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. NüfuzluStandard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycan dövlət büdcəsinin profisitlə icra olunacağına dair məlumat yayıb. Agentliyin hesabatında qeyd edilir ki, təşkilat 2014-cü ildən bəri ilk dəfə Azərbaycanın dövlət büdcəsi barədə müsbət saldo proqnozlaşdırır. Qurum büdcənin 2018-ci ildə ÜDM-in 1,5 faizi həcmində, 2019-cu il - 0,6 faiz, 2020-ci il - 1,1 faiz, 2021-ci ildə isə ÜDM-in 1,7 faizi həcmində profisitini ehtimal edir. Agentlik Azərbaycanın dövlət büdcəsinin orta illik profisitinin növbəti 4 ildə ÜDM-in 1,1 faizi həcmində olacağını proqnozlaşdırır. Büdcənin proqnozlaşdırılmasında ölkəmizin iqtisadi inkişafındakı göstəricilər əsas mənbə kimi qəbul edilib.

 

Ekspertlər hesab edirlər ki, Azərbaycanın dövlət büdcəsinin artımında son dövrlərdə dünya bazarlarında neftin bahalaşmasının da müəyyən təsiri var. Hazırda neftin bir bareli 70 dollar civarında dəyişsə dövlət büdcəsində bir barel neftin qiyməti 45 dollar nəzərdə tutulub. Lakin büdcənin formalaşmasında qeyri-neft sektorunun payı nəzərəçarpacaq dərəcədə artmışdır.

 

Qeyd edək ki, dövlət büdcəsi gəlirlərində neft sektorunun xüsusi çəkisi 55,1 faiz təşkil edir ki, bu da 2009-2015-ci illərdəki göstəricilərdən azdır.

 

Ekspertlərin fikrincə, beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatı barədə yüksək proqnozlarının xarici investisiyanın ölkəyə cəlb olunmasında mühüm təsiri olacaqdır. Nəzərə alsaq ki, Dünya İqtisadi Forumu da son hesabatında Azərbaycanı iqtisadi rəqabətlilik qabiliyyətinə inklüziv inkişaf indeksinə görə yüksək reytinqlə qiymətləndirib, bu, ölkəmizin investisiyaların cəlb edilməsində üstünlüyünü xeyli artırır.

 

Taleh Turqut

İki sahil.- 2018.- 1 fevral.- S.-11