Xırdalanda içməli su
infrastrukturu yenidən
qurulur
“Azərsu”
Açıq Səhmdar Cəmiyyəti Abşeron
yarımadasında əhalinin içməli su təchizatı
və kanalizasiya xidmətlərindən istifadəsinin
yaxşılaşdırılması məqsədilə layihələrin
icrasını davam etdirir.Azərbaycan hökuməti və Səudiyyə
İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə
çərçivəsində Xırdalan şəhərində
içməli su təchizatı və kanalizasiya
infrastrukturunun yenidən qurulması işləri uğurla
davam etdirilir."Azərsu" ASC-dən Trend-ə verilən
məlumata görə, layihə 2035-ci ilədək perspektiv
inkişaf nəzərə alınmaqla Xırdalan şəhərində
200 min nəfərin içməli su təchizatı və
kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına
hesablanıb.Layihənin birinci mərhələsi üzrə
işlərə 2017-ci ilin iyul ayında başlanıb. Layihəyə əsasən,
Xırdalan şəhərinin
dayanıqlı və
keyfiyyətli içməli
su ilə təminatı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici
Qurğular Kompleksi hesabına aparılacaq. Buradan götürülən suyun
Xırdalan şəhərinə
verilməsi məqsədilə
Ceyranbatan-Zirə magistral
su xətti üzərində hər birinin tutumu 10 min kubmetr olan
+118 “Abşeron” və
+82 “Masazır” su anbarlarının, həmçinin
anbarlardan şəhərə
qədər 1000 mm diametrli borularla 4,5 km magistral su
xəttinin tikintisi nəzərdə tutulur. Hazırda tutumu 10 min kubmetr olan +118 “Abşeron” su anbarının inşası
davam etdirilir, +82 “Masazır” su anbarlarının tikintisinə
isə hazırlıq
görülür.Xırdalan şəhərində 168 km
olan paylayıcı su şəbəkəsinin
tikintisi və 21 170 ev birləşməsinin verilməsi, abonentlərin
sayğaclarla təmin olunması nəzərdə tutulub. Artıq paylayıcı su şəbəkəsinin
48 km-lik hissəsində
işlər yekunlaşıb
və ev birləşmələrinin verilməsinə
başlanılıb. Yanğın
təhlükəsizliyi məqsədilə
şəbəkə üzərində
570 yanğın hidrantının
quraşdırılması da nəzərdə tutulub.
Eyni
zamanda, Xırdalan şəhərinin kanalizasiya infrastrukturu
yenidən qurulur. İnşası nəzərdə tutulan
109 km uzunluğunda kanalizasiya
şəbəkəsinin indiyədək
21 km-lik hissəsi tikilib.
Layihə üzrə tikinti-quraşdırma
işlərinin 2019-cu ildə
başa çatdırılması
planlaşdırılır.
Qeyd edək
ki, 2006-cı ildə şəhər statusu almış Xırdalanın
mövcud su təchizatı və kanalizasiya sistemləri
1960-cı illərdən başlayaraq
mərhələlərlə yaradılıb. Son dövrlər
Xırdalan şəhərinin
xeyli genişlənməsi,
sənaye müəssisələrinin
və əhalinin artımı səbəbindən
mövcud infrastruktur tələbatı qarşılamaq
iqtidarında deyil.
Hazırda Xırdalan şəhərində
yaranan tullantı suları bir neçə mərhələdə
Hövsan Aerasiya Stansiyasına yönəldilir.
Gələcəkdə tullantı suları
yeni tikilən tunel tipli kollektorlarla
Lökbatanda inşa olunacaq tullantı sutəmizləyici qurğuya
yönəldiləcək.
Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf
Fondu tərəfindən
maliyyələşdirilən digər layihə çərçivəsində Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin də
içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Artıq
bu layihə üzrə tikinti-quraş
Vahidoğlu Orxan
İki sahil.- 2018.- 2 fevral.- S.14.