BSU-da Gənclər Günü

Bakı Slavyan Universitetində (BSU) Gənclər Gününə həsr olunmuş elmi konfrans keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

Tədbirdə “Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev, media nümayəndələri, universitetin tələbə müəllim heyəti iştirak edirdilər.

BSU-nun rektoru, professor Nurlana Əliyeva Gənclər Gününün təsis edilməsinin tarixindən, bu günün ölkə gənclərinin həyatında tutduğu mühüm rolundan  danışdı. Bildirdi ki, 1996-cı il fevralın 2-də baş tutan Gənclərin Birinci Forumunda ümummilli lider Heydər Əliyev dahiyanə uzaqgörənliklə gənclərin müstəqil Azərbaycanın gələcəyində xüsusi çəkisinin olacağını bildirdi: “Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi sahəsində müəyyən etdiyi prinsiplər onun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində həyati reallığa çevrilmişdir.  Hər bir gənc bu gün Azərbaycan dövlətinin vətəndaşı olması ilə qürur duyur. Müstəqillik hər birimiz üçün böyük nemətdir. Hər bir gənci bu müstəqilliyi qorumaq sahəsində üzərinə düşən vəzifəni yerinə yetirməyə çağırıram”.Daha sonra Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov “XXI əsrin çağırışları Azərbaycan gəncliyi”, Magistratura şöbəsinin II kurs tələbəsi Natiq Nəsirov  Azərbaycan dövlətinin gənclər siyasəti”, BSU Tələbə Gənclər Təşkilatının sədri Emin ŞeydayevGənclər bizim gələcəyimizdir”, BSU Tələbə Gənclər Təşkilatının sədr müavini Vaqif  Yəhyalı  “BSU-nun gənclər siyasətinə verdiyi töhfələrmövzularında çıxış etdilər. Onlar Azərbaycan gəncliyi üçün yaradılan şəraitdən geniş bəhs edərək, ulu öndər Heydər Əliyevin bu tezisini xüsusi olaraq diqqətə çatdırdılar: “Gənclər Azərbaycanın gələcəyidir”.Daha sonra Belarusda keçirilən “53-cü Beynəlxalq Ulduz yürüşü”ndə iştirak etmiş Bakı Slavyan Universitetinin  Beynəlxalq münasibətlər regionşünaslıq fakültəsinin tələbələrinin hesabatı dinlənildi.Tədbirin sonunda  BSU Tələbə Həmkarlar Şurasının sədri Könül Abbaszadə Bakı Slavyan Universiteti tələbələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətini səsləndirdi. Müraciətdə bir daha vurğulandı ki, Azərbaycan gəncliyi onların potensial imkanlarını ortaya qoymaq üçün yaradılan şəraitə öz əməli fəaliyyətləri ilə cavab verməyə səy göstərirlər.

 

Şəfiqə Dadaşova

İki sahil.- 2018.- 2 fevral.- S.7.