Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür paylaşTweet
share on google share on whatsapp
Bu gün öz canını Vətənə
qurban verərək şəhidlik zirvəsinə
ucalmış Azərbaycanın
Milli Qəhrəmanı,
Mübariz İbrahimovun
doğum günüdür.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına
Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini
başa vurub.
Həmin
il həqiqi
hərbi xidmətə
çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı
hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib.
Həqiqi hərbi xidmətini
2007-ci ildə çavuş
rütbəsində başa
vurub.
Bir müddət
mülki işlərdə
işlədikdən sonra
2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət
sonra öz arzusu ilə cəbhə bölgəsindəki
hərbi hissələrdən
birində xidmət etməyə başlayıb.
Təsdiq
edilməmiş versiyalara
görə, 18 iyun
2010-cu il tarixində gecə saat 23:30 radələrində
gizir Mübariz İbrahimov təkbaşına
iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan silahlı qüvvələrinin
çox sayda əsgər və zabitini gözlənilməz
birinci həmlədə
məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı
istifadə edərək
5 saat onlarla təkbətək döyüşüb.
Düşməni ağır itkilərə
məruz qoyub, onların zəif cinahlarını üzə
çıxarıb. Azərbaycan döyüşçüsü
səhər saatlarında
qeyri-bərabər döyüşdə
qəhrəmancasına şəhid
olub.
Azərbaycan, Ermənistan və
Rusiya prezidentlərinin
Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsinə
dair 2010-cu il oktyabrın 27-də birgə
bəyanatına uyğun
olaraq, eyni zamanda, Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
beynəlxalq təşkilatlarla
apardığı müntəzəm
və səmərəli
danışıqların nəticəsində,
Azərbaycanın Tərtər
rayonu istiqamətində
Ermənistan hərbiçilərinin
hücumunu dəf edərkən 18 iyun 2010-cu
il tarixdə şəhid olmuş Mübariz İbrahimovun meyiti həmin il noyabrın 6-da qarşı tərəfdən
alınıb. Proses Əsir
və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası
və Müdafiə Nazirliyi əməkdaşlarının
iştirakı, Beynəlxalq
Qızıl Xaç Komitəsinin vasitəçiliyi
ilə həyata keçirilib. Bir gün sonra, noyabrın 7-də Müdafiə
Nazirliyinin Təlim-Tədris
Mərkəzində keçirilən
vida mərasiminə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
ali baş
komandanı İlham Əliyev də qatılıb. Sonra şəhid qəhrəman
İkinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın
Milli Qəhrəmanı”
adının (ölümündən
sonra) verilməsi barədə sərəncam
imzalayıb. Şəhid gizirə bu
ad Azərbaycan Respublikasının
müstəqilliyinin və
ərazi bütövlüyünün
qorunub saxlanılmasında
müstəsna xidmətinə
və göstərdiyi
rəşadətə görə
verilib.
Prezidentin
başqa bir sərəncamı ilə
Biləsuvar şəhərindəki
lisey-məktəb kompleksinə,
eləcə də Biləsuvar
rayonunda küçələrdən
birinə Azərbaycanın
Milli Qəhrəmanı
Mübariz Ağakərim
oğlu İbrahimovun adı verilib.
2008-ci ildə Azərbaycan
Müdafiə Sənayesi
Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri
ailəsindən 12.7 mm çaplı
ikinci tüfəng onun şərəfinə
"Mübariz" adlandırılıb.
“Palmali” Şirkətlər
Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə
Azərbaycanın Milli
Qəhrəmanı Mübariz
İbrahimovun adını
verib. Mübariz İbrahimovun adını
daşıyan gəmi
2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə
“Beşiktaş” gəmiqayırma
zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş
bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.
2014-cü
ildə Kanadanın Ottava şəhərində
yerləşən Minto
Parkında Azərbaycan
icmasının təşəbbüsü
ilə Mübariz İbrahimov adına
xatirə lövhəsi
vurulub.
2016-cı ildə Sumqayıtda
küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.
2016-cı ildə Azərbaycan
Dövlət Neft və Sənaye Universitetində heykəli
ucaldılıb.
Şəhid Mübariz İbrahimovun
ailəsinə yazdığı
son məktubu isə əsl Vətənpərvərlik
nümunəsidir:
“Canım atam
və anam. Məndən sarı darıxmayın. İnşallah,
cənnətdə görüşəcəyik.
Mənim üçün
bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm.
Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə
gedəcəyəm. Şəhid
olsam - ağlamayın.
Əksinə, sevinin ki, o mərtəbəyə
yüksəldim. Allaha
ibadətlərinizi dəqiq
yerinə yetirin. Çoxlu sədəqə
verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı
halal edin”.
Bu məktub Mübarizin
öz Vətənini necə sevdiyini və lazım gələrsə onun azadlığı, ərazi
bütövlüyü uğrunda
canından belə keçməyə hazır
olduğunu sübut edir desək az olar. Çünki
O, bunu əməldə
etdi və şəhidlik zirvəsinə
ucalmaqla Azərbaycan xalqının qəlbində özünə
əbədi taxt qurdu. Bu gün
əsl qəhrəmanlıq
salnaməsi yaradan Mübariz cismən aramızda olmasa da xalqımızın qəlbində əbədi
yaşayacaq!
İsmayılqızı, Xuraman.
İki
sahil.- 2018.- 7 fevral.- S.7