Dövlətimizin ailə,
qadın və uşaq siyasəti uğurlu nəticələr
verir
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynova
- Hicran xanım, hazırda Azərbaycan cəmiyyətində
son 14 ildə ölkəmizin qazandığı nailiyyətlər
geniş müzakirə olunur. Sizcə, bu dövrdə əldə
olunan nailiyyətlərin əsasında hansı amillər
dayanır?
- Müasir demokratik Azərbaycan
dövlətinin yaradıcısı
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərə sadiq qalaraq bu
gün hörmətli cənab
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng
quruculuq işləri aparılır.
Ümumiyyətlə, bir neçə ildir ki, biz
dünyada siyasi, iqtisadi və hərbi böhranlı vəziyyəti
müşahidə edirik. Dünyada baş verən kataklizmlər
fonunda, ölkəmiz stabillik adasıdır. Və əlbəttə
ki, inkişafın əsasında sabitlik, təhlükəsizlik
dayanır. Vahid dövlətçilik siyasəti
nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni,
sosial, hərbi, idman sahələrdə davamlı və dinamik
sürətlə inkişaf edir. İnfrastrukturun, o cümlədən,
sosial infrasturkturun yaradılması, yeni müəssisələrin,
texno və sənaye parklarının açılması
ümumi iqtisadi inkişafla yanaşı, regionların, ən
ucqar kəndlərin inkişafına təkan verir,
insanların rifahını yaxşılaşdırır. Xüsusi ilə “Azərbaycan
Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın uğurla həyata keçirilməsi öz
müsbət nəticələrini verməkdədir. 14 il əvvəl
(2004-cü ilin əvvəllərində) qəbul edilmiş
birinci proqram demək olar ki, Azərbaycan regionlarında dönüş
yaratdı. Keçən müddət ərzində ölkəmiz
bütün sahələrdə böyük uğurlara imza
atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu
artmış, aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən
yüksək qiymətləndirilir. Bütün beynəlxalq
mötəbər qurumların reytinqlərində Azərbaycan
qabaqcıl yerlərdədir.
Biz gələcəyə inamımız
çox böyükdür, çünki buna güclü əsasımız
var. Yaxın tarixə nəzər salsaq, nə
görürük?
Dağıdılmış, bütün əlaqələri
kəsilmiş bir ölkə.
Tarixi missiyanı öz üzərinə götürərək
Ümummilli Lider Heydər Əliyev Azərbaycanı bütün çətin
sınaqlardan şərəflə
çıxarmışdır. Təməli o
illərdə qoyulmuş siyasət
Cənab Prezidentmiz İlham Əliyev tərəfindən daha
da gücləndirilmişdir. Ölkəmiz dünya miqyasında
iqtisadi cəhətdən ən rəqabətqabiliyyətli
ölkələr sırasında 35-ci yerdədir. “Əsrin
kontraktı”nın daha da səmərəli şərtlərlə
2050-ci ilə qədər uzadılması, eləcə də,
enerji, neft-qaz sahəsində nəhəng,
iri miqyaslı layihələrin rellaşması ölkəmizin
strateji əhəmiyyətini daha da artırmışdır. Azərbaycan nəinki
öz xalqı, h Əgər 2004-cü ilə qədər
Azərbaycanda bütün dövrlər ərzində 9
elektrik stansiyası tikilmişdirsə, son 14 il ərzində
ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir.
2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi
51 faiz idi, hazırda isə ölkədə qazlaşdırma
93 faizə çatıb. Bütün şəhərlərimiz
qazla 100 faiz təmin edilib. 2004-cü ildə ölkə
üzrə fasiləsiz içməli su ilə təminat 26
faiz idi, hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində
81, bölgələrdə isə 43 faizdir. Demək olar ki, bir
çox şəhərlərimizdə içməli su və
kanalizasiya layihələri uğurla başa çatıb.
Oğuz-Qəbələ-Bakı
nəhəng su kəməri, Ceyranbatanda dünyanın ən
böyük sutəmizləyici qurğusu tikilibdir. Bu gün bu
qurğudan çıxan sular keyfiyyətinə görə
Dünya Səhiyyə Təşkilatının
standartlarına cavab verir. İqtisadiyyat 14 il ərzində 3,2
dəfə artmışdır. Qeyri-neft iqtisadiyyatımız
isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir
ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin,
qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi
inkişafımız çoxşaxəlidir. Ona görə
qeyri-neft sektorunun 2,8 dəfə artması aparılan
islahatların nəticəsidir. Sənaye sahəsində 2,6 dəfə,
kənd təsərrüfatında isə 1,7 dəfə
artım var. Qeyri-neft ixracımız 4,1 dəfə
artmışdır. Sosial infrastruktuun
inkişafı sahəsində böyük işlər
görülüb. 3100-dən
çox məktəb, 642 tibb müəssisəsi tikilmiş,
yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa
olunmuşdur. Bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq
isə 5,4 faiz səviyyəsindədir. Əsas iqtisadi göstəricilərimizin
artması, eyni zamanda, əmək haqqlarının, pensiya və sosial müavinətlərin
yüksəlməsinə səbəb olmuşdur. Maaşlar
beş dəfədən çox, pensiyalar səkkiz dəfədən
çox artıb və bir çox önəmli sosial layihələr
icra edilib. Məktəblərə qeydiyyat dərəcəsi
ibtidai, ümumi və tam orta təhsil səviyyələrində
99,8-100 faizə çatdırılmış, gender bərabərliyinin
təşviqi və qadınların səlahiyyətlərinin
artırılmasında tərəqqiyə nail olunmuş,
uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalmış, yoluxucu və digər xəstəliklərə
qarşı mübarizə gücləndirilmiş, ətraf
mühitin mühafizəsi və qorunması üçün
qlobal tərəfdaşlığın təmin edilməsində
mühüm irəliləyişlər əldə
olunmuşdur. Ölkə
başçısı cənab
İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız , xüsusən də qadın və
uşaqlar üçün uyğun şəraitin
yaradılması, məşğulluq, sağlamlıq, təhsil
və sosial siyasət sahəsində gender bərabərliyinin
inkişaf etdirilməsi üçün mühüm işlər
görülmüşdür. Həssas
sosial təbəqələrin, o cümlədən, kəndli
qadınların, qaçqın və məcburi
köçkün, həmçinin aztəminatlı və
çoxuşaqlı ailələrin vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilir.
Qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması üçün dövlətimiz
tərəfindən bütün qüvvələr səfərbər
etmişdir. Cənab Prezident İlham Əliyev və
respublikanın Birinci
vitse-prezidenti Mehriban xanım
Əliyevanın konkret tapşırıqları əsasında
onlar üçün yaşayış binalarının, eyni
zamanda, cəbhə bölgələrində ziyan dəymiş evlərin, sosial
obyektlərin tikinti, bərpa və
təmir işləri aparılır. Bu günə qədər
265 min köçkün yeni evlərlə, mənzillərlə
təmin edilib. Hərbi sənayenin
inkişafı, ordumuzun gündən-günə güclənməsi,
erməni işğalçılarından azad edilmiş Cocuq
Mərcanlının yenidən qurulması insanlarda torpaqlarımızın
azad edilməsi inamını daha da artırır. Xüsusi ilə, bu qəsəbənin sakinlərinin
ictimai-siyasi həyata inteqrasiya edilməsi istiqamətində
keçirilən tədbirlər, təşkil olunan
görüşlər əhalidə böyük ruh yüksəkliyi
yaradır.
Son illər ərzində ictimai xidmətlər
sahəsində inqilabi dönüş baş vermişdir.
“ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə
həyata keçirilən ən nümunəvi layihədir. Son beş il ərzində bu mərkəzlərdə
20 milyona yaxın müraciət qəbul edilmişdir və
“ASAN xidmət” mərkəzlərini bəyənmə əmsalı
100 faizə yaxındır. Rüşvətxorluğa,
korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə
aparılır. Həyata keçirilən dövlət siyasətinin
əsasında vətədaş dayanır, cənab Prezidentin
dediyi kimi, “heç bir vətəndaş diqqətdən,
qayğıdan kənarda qalmamalıdır, hər kəsin
hüquqları qorunmalıdır”. Bu sahədə aparılan
dövlət siyasətini insanlar da müsbət
qarşılayırlar. Məmur vətəndaş münasibətlərində
şəffaflığın təmin edilməsi, bu siyasətin
ən bariz nümunəsidir. Hər bir vətəndaş
öz problemi ilə istənilən quruma çox asanlıqla
müraciət edə bilər.
Əlbəttə, bütün problemləri həll etmək
mümkün olmur, amma bu insanları dinləmək,
onları düzgün istiqamətləndirmək,
hüquqi və sosial-psixoloji yardım göstərmək vəzifəmizdir. Eyni zamanda, dövlət
qurumlarının nəzdində
İctimai Şura yaradılmışdır. Qeyd edim ki,
İctimai Şura dövlət qurumlarının
transparent fəaliyyətinə müsbət təsir göstərir.
Bütün bunlar onu göstərir ki,
müasir inkişaf dövrünü yaşayan Azərbaycanın
imkanları artır və bu, dövlətimizin dünyada
nüfuzunun ildən-ilə yüksəlməsinə səbəb
olur. Bu gün artıq Azərbaycan özünü dünya
miqyasında müstəqil siyasət
aparan ölkə kimi təqdim edir. Bunun təməlində Cənab
Prezidentin və Respublikanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın
Ümummilli Lider Heydər Əliyevin ideyalarına, irsinə olan
sadiqlik, güclü siyasi iradə, gərgin əmək, yüksək şəxsi keyfiyyətlər,
xalqla sıx təmas dayanır.
- Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi 12 ildir ki, fəaliyyət
göstərir. Komitə ölkəmizdə ailə institununun
mökəmləndirilməsi, qadın və uşaq
hüquqların müdafiəsi istiqamətində nə kimi
addımlar atır?
- Keçən
müddət ərzində ailə institutunun möhkəmləndirilməsi,
qadın və uşaq hüquqların müdafiəsi istiqamətində
bir sıra mühüm qanunlar qəbul edilmiş və bu sahədə
davamlı islahatlar aparılmışdır. Həmin
qanunların qəbul edilməsi yeni düşüncə tərzinin
formalaşmasına və müəyyən stereotiplərin
aradan qaldırılmasına təkan vermişdir. Qeyd edim ki, ölkə
başçısının Sərəncamları ilə təsdiq
edilən Gələcəyə Baxiş İnkişaf
Konsepsiyası və 2016-2030-cu illər üçün
Dayanıqlı İnkişaf Məqsədlərindən, eləcə
də Strateji Yol Xəritəsindən irəli gələrək,
ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin
təmin edilməsi, bütün sahələrdə
qadınların və qızların, uşaqların
bütün sahələrdə
hüquqlarının müdafiəsi üçün geniş imkanlar
yaranmışdır.
Son illər ailə institutu və bu dəyərlərin
qorunması ilə bağlı keçirilən beynəlxalq konfranslar bu məsələlərin
dünya ölkələri üçün nə qədər aktual olduğunu
bir daha göstərdi. Ancaq əfsuslar olsun ki, hazırda
dünyada ekstremizm, zorakılıq, terrorçuluq,
qarşıdurmalar və hərbi münaqişələrin
sayı artmaqdadır. Bu hadisələr ilk növbədə
ailə institutuna mənfi təsir göstərir, ailələr
dağılır, milli-mənəvi dəyərlər
deqredasiyaya uğrayır. Lakin bütün bunların fonunda Azərbaycanda
ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik,
dostluq, mehribançılıq, tolerantlıq şəraitində
yaşayırlar. Artıq dünyanın bütün ölkə
və xalqları Azərbaycanın ailə və mədəni
tolerantlıq modelini qəbul edir. Hazırda iki miyon səksən
dörd mindən çox ailə var. Yüzlərlə
ömrünün 50, 60 və daha çox müddətini bir
yerdə yaşayan uzunömürlü ailələrimiz var. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək,
xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini
yaxşılaşdırmaq üçün Hökumət
mütəmadi zəruri tədbirlər
həyata keçirir. 2006-cı ildən başlayaraq “Qadın
əleyhinə zorakılığın dayandırılması!”,
“Ailədaxili münasibətlərdə milli mənəvi
dəyərlər və bu münasibətlərin gələcək
nəslin (uşaqların) formalaşmasında əhəmiyyəti”,
“Nəsillərarası əlaqələr – ailədə milli
dəyərlər” , “Müasirləşmənin ailəyə
təsiri və rolu”, “Ailə - dəyərlərimiz,
ənənələrimiz”, “Sağlam ailə sağlam gələcəyin
təminatıdır”, “Müasir ailənin cəmiyyətin
inkişafında yeri və rolu”,
“Yaşlı nəslin təcrübəsindən
faydalanaq”, “Ailə, məktəb və cəmiyyət” ,
“Sağlam həyat naminə erkən nikaha yox deyək”, “Bizim gücümüz birliyimizdədir”,
“Ailə Akademiyası” adlı layihələr
reallaşdırılmışdır. Ənənəvi
olaraq 9 ildir ki, “Ailə bayramı” keçirilir və
hər il bu bayramda bütün
Azərbaycanın rayonlarını təmsil edən, 100-ə
yaxın ailə iştirak edir. Eyni zamanda, “Azərbaycan
ailəsi” adlı filmlər festivalı uğurla davam
etdirilmişdir. 39-u xarici rejissorlar tərəfindən olmaqla,
təşkilat komitəsinə 285 film təqdim
edilmişdir. Bu lyihələrdə əsas məqsəd ailə, milli-mənəvi
dəyərlərin təbliğidir. Əgər 2006-cı ildə 9 tədbir
keçirilmişdirsə,
2017-ci il də bu tədbirlərin
sayı artaraq 30 olub. Bu tədbirlərdən
3mindən çox şagird, 10 mindən çox qadın və
kişi, 2mindən çox ağsaqqal və ağbirçək,
2200-dən çox əsgər və zabit heyəti, 1875 ailə
faydalanmışdır.
Ümumuiyyətlə, hər sahə üzrə
keçirilən tədbirlərin sayı 2006-ci ilə nisbətdə
10 dəfə artmışdır. 2009-cu ildən başlayaraq, Komitənin Uşaq və Ailələrə Dəstək
Mərkəzləri icmada risk qrupuna aid olan ailə, qadın və
uşaqlara dəstək göstərir, vətəndaşların
müraciəti əsasında onları müxtəlif xidmətlərə
yönəldirlər. 2009-cu ildən 2017-ci ildə daxil
olmaqla Mərkəzlərin fəaliyyətindən
87 965 vətəndaş bəhrələnmişdir. Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən mütəmadi
olaraq, qadınlar və uşaqlar üçün
ayrı-ayrı rayonlarda, məktəblərdə, ictimaiyyət
arasında müvafiq mövzularda dəyirmi masalar,
seminar-treninqlər, peşə kursları təşkil edilir.
Bunun müsbət nəticələri ailələrin sayı
artması, qanunvericilikdə dəyişikliklərin edilməsi,
erkən nikahların, ana ölümünün, məişət
zorakılığı faktlarının sayının
azalmasına nail olunub. Ailələrin sayı
2006-cı ildə 1 817 500 idisə, 2017-ci ilin əvvəlinə
2084 500 olub. 2003-cü ildə hər 100 000 nəfər
diri doğulana ana olümü 34,2 promil təşkil edirdisə,
2016-cı ildə 13,8 promil təşkil etmişdir.
Əhalinnin hər 1000 nəfər diri doğulana körpə
ölümü 2003-cü
ildə 15,5, 2016-cı ildə isə 11,4 promil olub. Ailə
Məcəlləsinə edilən dəyişiklik əsasında qızlar və oğlanlar
üçün nikah
yaşı 18-ə
qaldırılmışdır. Azərbaycan
Respublikası Cinayət Məcəlləsində yetkinlik
yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur
etməyə görə xüsusi maddə ilə məsuliyyət
müəyyən edilmişdir. “Uşaqların
icbari dispanserizasiyadan keçirilməsinə”, “Ana və
uşaqların sağlamlığının yaxşılaşdırılmasına”
və bir sira digər Dövlət Proqramları təsdiq
edilmiş, eyni zamanda, tərəflərin nikahdan əvvəl
məcburi tibbi müayinədən keçməsi ilə
bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm
ailələrimizin, həm də gələcək nəsillərin
sağlamlığına xidmət edir. Uşaqların təhsildən
yayınması, əməyə cəlb edilməsi və
onların məruz qaldığı digər sosial-psixoloji
problemlər valideyn məsuliyyətinin
artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər
nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət
Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında Qanunları qəbul
edilmişdir.
- Bu gün dünya ölkələrinin
qarşısında dayanan əsas məqsədlərdən
biri cəmiyyətin inkişafında qadınların daha səmərəli
fəaliyyəti üçün imkanların
yaradılmasıdır. Bu barədə nə deyə bilərsiniz?
- Qeyd edim ki, ölkəmizdə hər zaman qadınlar kişilərlə
bərabər dövlət quruculuğunda, siyasi qərarların
verilməsində fəal iştirak etmişlər. Bu il bizim üçün çox əlamətdardir. Tariximizin şanlı
səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının və ilk dəfə olaraq müsəlman Şərqində qadına
seçmək və seçilmək hüququnun verilməsinin
100 illiyi qeyd edilir. müsəlman
Şərqində qadına seçmək və seçilmək
hüququnun verən ilk ölkədir. 100 il əvvəl
nəinki Şərqdə, hətta demokratiyanın beşiyi
sayılan bir sıra Avropa ölkələrində və
ABŞ-da qadınların belə bir hüququ yox idi.
Bütün müsəlman dünyasında qızlar
üçün ilk dünyəvi məktəb 117 il bundan
qabaq Bakıda yaradılmışdır. Azərbaycan
qadını öz fəaliyyətini
maarifçilik və xeyriyyəçilik
ideyalarının yayılmasından başlayaraq, mədəni,
dini, milli- mənəvi dəyər və ənənələri də nəzərə
almaqla davam etdirir. Bu
qadınlar bütün tarixi
dövrlərdə fəal iştirak edərək, cəmiyyətimizin
inkişaf etməsinə öz töhfələrini vermişlər.
Onların arasında görkəmli dövlət, elm, mədəniyyət
və ictimai-siyasi xadimləri vardır. Qadınların cəmiyyətdəki
yeri və rolunun mühüm
göstəricisi onların müxtəlif dövlət vəzifələrini
tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti
ilə məşğul olmalarıdır.
Müstəqillik əldə
etdikdən sonra qadın hərəkatının yeni mərhələsi
başlandı.Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda
qadınların rolunun artırılması", “Azərbaycan
Respublikasında dövlət qadın siyasətinin həyata
keçirilməsi haqqında” Sərəncamları
qadınların istənilən sahədə fəaliyyət
göstərməsi üçün münbit şərait
yaratdı. Qadınların ictimai - siyasi fəaliyyətinin
artırılmasında bu sənədlərin əhəmiyyəti
çox böyükdür. Azərbaycan
Respublikası Qadınları təşkilatlanaraq problemləri
müzakirə edir, bu istiqamətdə
gələcəkdə görüləcək məsələləri
dövlət və cəmiyyət qarşısında
qaldırır. Bu baxımdan,
1998, 2003, 2008 və 2013-cü -cü illərdə
keçirilmiş Azərbaycan Qadınlarının
Qurultayları ölkədə qadın hərəkatının
fəallaşmasının təsdiqidir. Gender bərabərliyi
və qadın hüquqlarının təbliği, o cümlədən
erkən nikahların qarşısının alınması ilə
bağlı Respublikanın bir sıra rayonlarına səfərlər
təşkil olunub. Əhalinin maarifləndirilməsi məqsədilə
seminarlar təşkil edilmişdir. Gender (kişi və
qadınların) bərabərliyinin təminatları haqqında”
(2006- cı il), “Məişət
zorakılığının qarşısının
alınması haqqında” (2010-cu il) Azərbaycan
Respublikası Qanunları qəbul olunmuşdu. Qeyd etmək
lazımdır ki, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun Prezidenti Mehriban xanım
Əliyevanın məhz bu Qanunun qəbul edilməsində xüsusi təşəbbüsü
və rolu olmuşdur. Qeyd etmək
lazımdır ki, respublikanın birinci vitse-prezidenti Mehriban xanım Heydər Əliyev
Fondunun prezidenti kimi, təhsil, səhiyyə,
mədəniyyət, eləcə də sosial, ekologiya, idman və
digər istiqamətləri əhatə
edən xeyli sayda əhəmiyyətli layihələr həyata
keçirirdi. Və onun
yeni fəaliyyət istiqaməti bu sahədə aparılan
işləri daha da gücləndirir. Bu özünü
reallaşan mühüm sosial layihələrdə əks
etdirir. Mehriban xanım
həm ictimai fəaliyyəti, həm də elmi
yaradıcılığı ilə yalnız, Azərbaycan
qadınlarına deyil, dünya qadınlarına bir nümunədir. Layiq
görüldüyü bir sıra nüfuzlu mükafat və təltiflər
fikirlərimizin bariz göstəricisidir. Bu günlərdə
Rusiyanın “LİVEJORUNAL”nəşrində Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın
ən nüfuzlu xanımı kimi səciyyələndirib. Bu isə bütövlükdə
qadınlarımızın ictimai-siyasi prosesdə daha da aktiv
iştirak etmələrinə stimul yaradır.
- Ölkəmizdə qadınların
ictimai-siyasi fəallığının daha da
artırılması, onların iqtisadi sferada
iştirakçılığının genişləndirilməsi
yönündə nə kimi tədbirlər görülür?
- Sahibkarlığın, xüsusi ilə,
qadın sahibkarlığın inkişafı yoxsulluğun
azaldılmasına, qadınların iqtisadi və sosial
nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə
gender bərabərsizliyinin aradan qaldırılmasına
yardım edir. Bildiyiniz kimi, BMT-nin Avropa İqtisadi Komissiyası
və Mərkəzi Asiya Ölkələrinin
İqtisadiyyatı üzrə Xüsusi Proqramı çərçivəsində
bir neçə Konfrans və Forumlar keçirilmişdir.
2012-ci ildən SPEKA - ya sədirlik edən Azərbaycan regionda
qeyd olunan məsələləri
xüsusi diqqətdə saxlayır, ölkələrin təcrübələri
araşdırılır, yeni əməkdaşlıqlar
yaranır. Qeyd edim ki, 2016-cı
ildə SPEKA çərçivəsində
İqtisadi Forumda sosial-iqtisadi sahədə əldə edilən
nailiyyətlər, sahibkarlığın inkişafı, biznes
və investisiya mühitinin genişləndirilməsi kimi
vacib məsələlər
müzakirə edilib. Və tədbirin əhəmiyyəti ondan ibarətdir
ki, üzv ölkələr sıx əməkdaşlıq edərək
davamlı inkişaf məqsədlərinin həyata
keçirilməsinin gücləndirilməsi istiqamətində
Gəncə Bəyannaməsi qəbul olunub.2017-ci ildə sayca
3-cü olan Qadın sahibkarlığının inkişafı:
problemlər və perspektivlər
mövzusunda beynəlxalq
konfrans keçirilib və Tövsiyələr Qəbul
olunub. Qəbul olunmuş bir
sıra dövlət proqramları ölkənin siyasi, sosial,
iqtisadi, mədəni həyatında qadınların rolunun
artırılmasında mühüm xarakter daşıyır.
Görülən tədbirlər qərar qəbuletmə səviyyəsində qadınların təmsilçiliyinə
öz müsbət təsirini göstərdi. Milli Məclisdə qadınların
xüsusi çəkisi
1990-cı ildə 4,3%, 2000-ci ildə 10,7%, 2010-cu ildə
16%, 2015-ci ildə 16,8% olub. Bələdiyyəyə seçilmiş qadınlar isə
2004-cü ildə 4%, 2009-cu ildə 26,5%, 2014-cü ildə isə
35%-ə çatmışdır. Son illər
demək olar ki,bütün yerli icra hakimiyyəti
başçılarının müavinlərindən biri
mütləq qadındır. Ümumiyyətlə, qadın
hüquqlarının müdafiəsi ilə bağlı bir
sıra layihələri Komitə ilə birgə Heydər Əliyev Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı
(UNDP), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF), Qaçqınlar üzrə Ali
Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatı
(İOM), Birləşmiş Millətlər Təşkilatının
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
(FAO), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq
İnkişaf Agentliyi (USAID) dəstəyi
ilə reallaşır. Azərbaycan
Hökuməti gender əsaslı zorakılığın
qarşısının alınması sahəsində
çox mühüm işlər görür. İlk növbədə
qanunun implementasiyası üçün hakimlər, vəkillər üçün təlimlər
keçirilib və bu öz müsbət nəticəsini
verir. Artıq son iki ildə
məhkəmə qərarlarında bu sahədə qəbul
olunmuş qanun və qoşulduğumuz konvensiyalara, o cümlədən,
«Qadınlara qarşı ayrı-seçkiliyin bütün
formalarının ləğv edilməsi» haqqında Konvensiyaya
istinad edilir. Yerli icra hakimiyyətlərində fəaliyyət göstərən Gender zorakılığı və
uşaqlara qarşı zorakılıq üzrə monitorinq
qruplarının iş keyfiyyətinin artırılması
üçün seminarlar təşkil olunub, tövsiyələr
verilib. Eyni zamanda, gender məsələləri üzrə təyin edilmiş əlaqələndirici
şəxslər üçün Azərbaycan
Respublikasının Prezidenti yanında İdarəçilik
Akademiyasında xüsusi fakultativ dərslər
keçirilib. Komitə müvafiq dövlət qurumları
ilə birgə “Məişət
zorakılığının qarşısınin alnması
ilə bağlı” 2016-2018-ci
ilər üçün tədbirlər planı çərçivəsində
müvafiq işlər görüb.
Bu ilin oktyabr ayında Məişət
zorakılığı ilə bağlı onlayn məlumat
bankının təqdimatı keçirildi. “Azərbaycanda
gender əsaslı zorakılıqla mübarizə” layihəsi
çərçivəsində
bir sıra
mühüm sənədlərin
hazırlanması sahəsində tədbirlər görülüb, müvafiq qurumların məsul
şəxsləri ilə səmərəli görüşlər
keçirilmişdir. 2017-ci ildə
“Məişət zorakılığı ilə
mübarizədə effektiv cavab mexanizminin yaradılması” ilə
bağlı dövlət
qurumlarının və qeyri-hökumət təşkilatlarının
iştirakı ilə Konfrans təşkil edildi. “Gender Əsaslı Zorakılıqla Mübarizə
Sahəsində Qurumlararası Əlaqələndirmə
Şurasının Yaradılması” və “Məişət
zorakılığının aradan qaldırılması və
onunla mübarizəyə dair Milli Fəaliyyət
Planı”nın hazırlanması, qanunvericilik bazasının
daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər ictimaiyyətə təqdim edilib.
Prezidentimizin uğurlu dövlət idarəçiliyi,
Onun başçılığı ilə aparılan sistemli
islahatlar, bölgələrin inkişafına yönəldilən
sosial-iqtisadi proqramlar qadınların qarşısında
böyük imkanlar yaradır. Onların əldə etdikləri uğurlar,
bütövlükdə dövlətimizin nailiyyətidir. Xüsusilə bu gün qadınlarımız texniki
və maliyyə sahələrinə böyük maraq göstərirlər.
Əgər 2005- ci ildə
dörd mindən çox (4328) qadın maliyyə və
sığorta fəaliyyəti ilə məşğul olurdusa,
2015-ci ildə onların sayı
on minə (9899) çatmışdır. Və ya
2005-ci ildə peşə, elmi və texniki fəaliyyəti ilə on dörd mindən çox (14 811)
qadın məşğul olurdusa, 2015-ci ildə onların
sayı iyirmi beş mini (25 386)
ötmüşdür. Tikinti
sahəsində fəaliyyət göstərən
qadınların sayı 2005-ci ildə beş mindən çox (5 177),
2015-ci ildə isə yeddi mindən çox 7154 olmuşdur. Kənd
təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıqla məşğul olan
qadınların sayı 2005-ci ildə 8170 idisə, 2016-cı
ildə bu rəqəm artaraq
9800 olmuşdur. Cənab Prezidentin rəhbərliyi ilə
ölkədə biznes
mühitinin yaxşılaşdırılması istiqamətində
atılan addımlar
sahibkarlarımızda, xüsusi ilə də qadın
sahibkarllarda böyük ruh yüksəkliyi
yaratmışdır. Həyata keçirilən dövlət siyasət nəticəsində
aztəminatlı,ünvanlı sosial yardım alan, riskli ailələrdən olan
qadınların məşğulluğunun
artırılması üçün müxtəlif sahələrdə
onların biznesə cəlb olunmalarını sürətləndirir. Xüsusilə, kənd
və rayonlarda yaşayan
xüsusi həssas yanaşma tələb edən
qadınların, qaçqın və məcburi
köçkün qadınların da sahibkarlıq fəaliyyətinin
inkişaf etdirilməsi də vacib məsələlərdəndir.
Qadın sahibkarlığın inkişafı yoxsulluğun
azaldılmasına, qadınların iqtisadi və sosial
nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə
gender bərabərsizliyinin aradan qaldırılmasına
yardım edir. İqtisadiyyat
Nazirliyi, Azərbaycan Sahibkarlara Kömək Milli Fondu
digər dövlət qurumları
ilə bərabər, regionlarda qadın
sahibkarlarının fəaliyyətinin daha da möhkəmləndirilməsi
üzrə iş aparır, onlara kiçik və orta biznesə
başlamaları üçün
kreditlər verilir. Belə ki, 2002-2016-ci illər ərzində 3787
qadın sahibkara 65.9 milyon manat
güzəştli kredit verilmişdir. 2002-2016-ci illər
ərzində qadın sahibkarlara verilmiş güzəştli
kreditlər hesabına 5671 yeni iş yerləri yaradılmışdır. 2017-ci ilin əvvəlində
qadın sahibkarların sayı artaraq 143 090 nəfər təşkil
edir. Bu gün aktual məsələlərdən
biri də, kənd və rayonlarda yaşayan qadınların
iştirakçılığının
artırılmasıdır. Azərbaycanda “Kənd
və rayon yerlərində yaşayan qadınların iqtisadi və
sosial həyatda iştirakının təşviqatı”
texniki yardım layihəsi çərçivəsində 971
qadın təlim keçmiş, 48 qadın isə
sahibkarlıq fəaliyyətinə başlamışdır.
2017-ci ildə regionlarda 5 Qadın Resusrs Mərkəzi
yaradılıb. Qadınların iqtisadi cəhətdən
gücləndirilməsi ailə münasibətlərinə də
təsir edir. Ailə büdcəsinə
öz tövhəsini verməklə yanaşı,
qadının özünə inam
hissi artır, ailədə iqtisadi cəhət asılı
olmur, eyni zamanda özlərinin iqtisadi və ictimai həyatda bərabər iştirakını təmin
etmiş olurlar.
- Hicran xanım, Azərbaycanda uşaq
hüquqlarının müdafiəsi yönündə
hansı tədbirlər həyata keçirilir?
- Uşaq hüquqlarının müdafiəsi
sahəsində Azərbaycan hökuməti tərəfindən mühüm
işlər görülmüşdür. Möhtərəm
Prezidentimizin və Birinci xanımımızın uşaqlara
göstərdikləri qayğı, həmçinin, dövlət
orqanlarının və vətəndaş cəmiyyətinin
diqqətini daha da artırmışdır. Dövlət uşaq siyasətinin əsasında qaçqın və məcburi köçkün
uşaqlar üçün xidmətlərin təminatı,
böyüməkdə olan nəslin sağlamlığı,
təhsilinin inkişafı, hüquqlarının müdafiəsi, uşaq
iştirakçılığı dayanır. Bu istiqamətdə
Dövlət Proqramları icra olunur, beynəlxalq və qeyri-hökumət təşkilatları
ilə birgə layihələr həyata keçirilir. 2006-ci
ildə 10 tədbir keçirilmişdirsə, 2017-ci ildə bu
tədbirlərin sayı 40-a çatmışdır. 2009-cu ildə “Uşaq ili”elan
olunub. 2009-2017-ci illər ərzində 4 Ümumrespublika Uşaq Forumu
keçirilib. Bu ilki Forumda
respublikanın bütün bölgələrinin təmsil edən
uşaqlarla yanaşı, bir sıra xarici dövlətlərin
məsul şəxsləri, gənc nümayəndə heyəti
iştirak edirdi. Bu, ildən-ilə tədbirin səviyyəsinin daha da
artdığını, beynəlxalq nüfuz qazandığını
sübut edir. Ölkə başçısının Forum
iştirakçılarına etdiyi müraciət isə
ölkədə uşaq siyasətinin həyata keçirilməsində dövlətin
və onun başçısının diqqətin və qayğının
göstəricisidir. Qeyd edim ki,
hər bir Forumda səslənən təkliflərin əksəriyyəti həyata
keçirilmişdir. Və bu dövlətimizin hər bir vətəndaşın
istər uşaq, istərsə də böyük olsun fikrinə,
arzusuna göstərilən diqqətin bariz nümunəsidir. Məlumat üçün qeyd edim
ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq
edilmişdir. Dövlət müəssisələrində
uşaqların qidalanma, nəzarət, təhlükəsizlik,
zorakılığa məruz qalma və digər məsələlərlə
bağlı monitorinqi aparılır. Bütün məlumatlar
Komitədə ümumiləşdirilmiş, tövsiyələr
hazırlanmış və Nazirlər Kabinetinə
çatdırılır. Həmin tövsiyələr əsasında
təlim-tərbiyə müəssisələrində şərait
standartlara uyğunlaşdırılır, mütəxəssislər
üçün yeni təlimlər keçirilir. Uşaq
hüquqlarının həyata keçirilməsinə dair
elektron məlumat bankı yaradılmış, artıq məlumatlar
daxil edilir.
Bildiyiniz kimi, Azərbaycanda idmana dövlət səviyyəsində
böyük diqqət və qayğı göstərilir, idman
infrastrukturu inkişaf edir. Bakıda və bölgələrimizdə müasir idman qurğuları
istifadəyə verilib, eyni zamanda, bizim müasir 43 Olimpiya
İdman kompleksi fəaliyyət göstərir və bu,
özlüyündə idmana olan marağı
artırır. Gənc nəsil,
uşaqlar, yeniyetmələr idman bölmələrinə
gedirlər və idmanla məşğul olurlar. Bunun nəticəsidir
ki, Azərbaycan millisi beynəlxalq idman tədbirlərində
böyük uğurlar qazanırlar.
Xüsusilə, gənclərimizin vətənpərvər
olması üçün bir sıra mühüm tədbirlər
görülür. Cənab
İlham Əliyevin tapşırığı ilə həyata
keçirilən “Ölkəmizi
tanıyaq” layihəsi məktəblilərin
gələcək inkişafında xüsusi əhəmiyyətə malikdir.
Tur-aksiya çərçivəsində şagirdlər
ölkəmizin müxtəlif şəhər və
rayonlarının zəngin və çoxəsrlik tarixi, mədəniyyəti
haqqında dolğun məlumat əldə edir, yeni dostlar
qazanırlar.
- Dövlət Komitəsinin beynəlxalq əlaqələri
hansı səviyyədədir? Bu barədə də məlumat
verməyinizi xahiş edirik...
- Xarici ölkələrlə və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinin qurulması, qadın hüquqları və gender bərabərliyi sahəsində keçirilən beynəlxalq əhəmiyyətli konfranslarda iştirak, eyni zamanda bu cür tədbirlərin Azərbaycanda keçirilməsi öz nəticələrini verməkdədir. Azərbaycanın ailə, gender siyasəti üzrə təcrübəsi bir çox ölkələrin böyük marağına səbəb olmuşdur. Və bəzi dövlətlər ölkəmizin uğurları ilə yaxından tanış olmaq, təcrübə mübadiləsi aparmaq üçün bizə müraciət edirlər. Bu il Böyük Britaniyada Lordlar Palatasında ölkəmizdə həyata keçirilən ailə, qadın və uşaq siyasəti üzrə məruzə dinlənilmiş və respublikamızın təcrübəsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Eyni zamanda, Avropa Şurası tərəfindən qadınların irəli çəkilməsi və təmsilçiliyi ilə bağlı vacib araşdırmalar həyata keçirilmişdi. Bunlardan sonuncu “Qadınların və kişilərin qərarqəbuletmədə balanslı təmsiliçiliyi” adlı təhlil olmuşdu. Layihə çərçivəsində çap edilən kitabda qadınların ayrı-ayrı sahələrdə qadınların idarəçilikdə təmsilçiliyi üzrə 47 ölkənin statistik məlumatları əks olunur və müqayisə edilir. Azərbaycan Respublikası xüsusilə bu sahə üzrə vacib nailiyyətlərin əldə etdiyi qeyd edilir və gördüyünüz kimi, cədvəllərdə müsbət təcrübə əldə etdiyi dövlət kimi əks olunub. Sorğuya əsasən 2006-2015-ci illər üzrə Avropa Şurası dövlətləri arasında Azərbaycan Respublikası statistik müqayisələrə əsasən qadınların təmsilçiliyin artırılması ilə bağlı ən yaxşı nəticələr əldə etdiyi müəyyən edilmişdi. Bu əlbəttə ki, bir daha qeyd edirəm ki, dövlət qadın siyasətinin uğurlu nəticəsidir.Hər bir cəmiyyətin inkişafı onun vətəndaşına göstərdiyi diqqətdən asılıdır. Müstəqil Azərbaycan Respublikasında hər bir vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün bütün imkanlar yaradılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri desək, “Bizim siyasətimizin mərkəzində insan dayanır”. Bizim hər birimiz öz üzərimizə düşən vəzifəni yerinə yetirməklə Azərbaycan vətəndaşının hərtərəfli inkişafına nail olmalıyıq.
Iki sahil.- 2018.- 7 fevral.- S.6-9.