Qafqazşünaslığa sanballı töhfə
Milli.Az
AZƏRTAC-a istinadən bildirir
ki, İradə Hüseynovanın ali məktəblər
üçün "Qafqaz
xalqlarının tarixi"
(qədim dövrlərdən
zəmanəmizə qədər)
dərsliyi işıq
üzü görüb.
Bakı,
"Elm və təhsil"
2018, 1248 səh.
Qafqaz xalqlarının
tarixi unikal sivilizasiyanın tarixidir -
professor, tarix elmləri
doktoru İradə Hüseynovanın irihəcmli
və geniş əhatəli əsərini
belə səciyyələndirmək
olar.
Bu günlərdə "Elm və
təhsil" nəşriyyatında
Bakı Dövlət Universitetinin "Qafqaz xalqlarının tarixi"
kafedrasının müdiri
İradə Hüseynovanın
ali məktəblər
üçün "Qafqaz
xalqlarının tarixi"
dərsliyi çapdan
çıxıb. Bütün dünyanın
geosiyasəti üçün
mühüm bir regionda xalqların tarixi inkişafının
bütün dövrlərini
əhatə edən və çoxsaylı millətlərin, xalqların
və qrupların etnik rəngarəngliyini özündə ehtiva edən bu nəşrin
Azərbaycanda ərsəyə
gəlməsi təsadüfi
deyil.
Azərbaycan Respublikası Qafqazda qüvvələr nisbətinə
görə mühüm
mövqelərdən birini
tutur. Əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulmuş
müstəqil Azərbaycan
dövləti təkcə
regional miqyasda deyil, həm də dünya miqyasında şəksiz liderdir və hazırda Ulu Öndər siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi
ilə dinamik inkişaf edir. Bu gün demək olar, bütün dünya birliyi tərəfindən etiraf edilir ki, Azərbaycan
siyasi, iqtisadi, bundan heç də az
əhəmiyyət daşımayan
mədəniyyət və
təhsil sahələrində
aparıcı rol oynayır.
Qədim dövrlərdən zəngin
mədəni palitrası
ilə seçilən
Azərbaycan vahid məkanda mehriban qonşuluq şəraitində
dinc yanaşı yaşayan və gözəl bəhrələr
verən ümumi ənənələri olan
müxtəlif etnos və konfessiyalardan ibarət bütöv bir dünyadır. Əzəldən burada multikulturalizm təkcə tolerantlıq kimi deyil, həm
də tamdəyərli
xalqlar dostluğu kimi səciyyələnib.
Haqqında söhbət gedən
1248 səhifədən ibarət
irihəcmli dərslik
oxuculara və Qafqaz xalqlarının tarixi-mədəni irsi ilə maraqlanan, dünyanın inkişafında,
bir-birini əvəzləyən
nəsillər silsiləsində
bu xalqların yerini və rolunu aydınlaşdırmaq
istəyən hər kəsə kömək edəcək. Qafqazın tarixi müstəqil
həyat və mədəniyyət hüququnu
əsrlər boyu qoruyan xalqların tarixidir. Müəllif vurğulayır ki,
dünyanın mədəniyyət,
elm və təhsil xəzinəsinə sanballı
töhfə vermiş
Qafqaz xalqlarının
nailiyyətləri, ilk növbədə,
onların öz səylərinin bəhrəsidir.
Qədim dövrlərdən başlayaraq
tarixi inkişafı mərhələ-mərhələ təhlil edən İradə Hüseynova qeyd edir ki,
Qafqaz birliyi xalqları, onları bir-birindən ayıran müxtəlif həyat şəraitinə, inkişaf
sürətinə və
məsafə uzaqlığına
baxmayaraq, çoxsaylı
tellərlə bağlıdırlar. Onların bəziləri
təsərrüfatçılıq, mədəniyyət və
dövlət quruculuğunun
inkişafında oxşar
mərhələləri tez,
digərləri gec keçiblər, bir-birinin
ixtiralarını və
əmək vərdişlərini
mənimsəyiblər, öz
ənənələrini və
dünyagörüşlərini formalaşdırıblar. Oxuculara
təqdim olunan dərslik bizim kim olduğumuzu,
tarixi köklərimizin
haradan qaynaqlandığını,
Avropa və Asiya tarixində Qafqaz xalqlarının tutduğu yeri başa düşməyə
kömək edəcək.
Qafqaz dünyaya nə verib və ondan
nələr əxz edib. Dünya mədəniyyətinə və sivilizasiyasına layiqli töhfə vermiş Qafqaz xalqları onların təşəkkül və
inkişaf tarixinin obyektiv və gerçək şəkildə
təqdim olunmasına
layiqdirlər.
İradə Hüseynova vurğulayır
ki, bəşəriyyət
tarixi təkcə xalqların uzaq keçmişini sübut edən qədim dövrə hörmət əlaməti olaraq öyrənməyə çalışmır. Görünür,
məqsəd daha dərindir: tutarlı faktlar əsasında xalqların inkişafının
həqiqi və əhatəli mənzərəsini
canlandırmaq.
ÐÅÊËÀÌÀ
facebook.com
Ïîäðîáíî
Native
Video by Adributor
Kitabda Qafqaz regionunda baş verən hadisələr və faktlar sistemləşdirilib, kompleks
və əsaslandırılmış
şəkildə obyektiv
şərh edilib. Akademik tərzdə
yazılmış əsərdə
lüzumsuz ideologiyalaşdırmaya,
ehkamçılığa və
mifləşdirməyə yol
verilməyib.
Bəzi
regional və dünya
aktorlarının geosiyasi
ambisiyaları, keçmişə
siyasətçilərin və
mif yaradıcılığı
ilə məşğul
olan yalançı tarixçilərin maraqları
prizmasından baxılmaması,
ərazilərə hansı
xalqların birinci
sahib olması, onların
müstəsnalığı, başqalarından üstünlüyü
və bir-birinə qarşılıqlı iddiaları
- bütün bu məsələlər Qafqaz
xalqlarından və
ilk növbədə Qafqaz
üzrə mütəxəssislərdən
həmin xalqların müasir dövrə qədərki inkişafının
bütün tarixi mərhələlərində ictimai-siyasi
proseslərin tədqiqinə
daha dərin və ölçülüb-biçilmiş
yanaşma tələb
edir. Bu baxımdan
professor İradə Hüseynovanın
fundamental əsəri faktlara
və hadisələrə
milli baxışlar, minilliklər ərzində
formalaşmış özünəməxsus
mədəniyyət, mənəviyyat,
ənənələr, mənəvi-əxlaqi
dəyərlər prizmasından
Qafqaz xalqlarının
çoxəsrlik tarixinin
yenidən dərk edilməsinə, öyrənilməsinə
və şərh olunmasına tələbatı
dəqiq və məqsədyönlü şəkildə
stimullaşdırır. Müasir dövrdə
Qafqaz ərazisindəki
müstəqil dövlətlərdə
baş verən hadisələr barədə
geosiyasi informasiya dərslikdə ayrıca, yetərincə sanballı
bölmədə təqdim
edilir.
Elmi fəaliyyətinin
böyük hissəsini
gənc nəslin ümumbəşəri və
milli dəyərlərə
hörmət ruhunda tərbiyə olunmasına
həsr etmiş müəllifin çoxillik
elmi-tədqiqat və pedaqoji fəaliyyətinin bəhrəsi olan "Qafqaz xalqlarının tarixi" kompleks sistemləşdirilmiş nəşrdir. Dərslik yeni
reallıqlar, əsaslı
şəkildə dəyişmiş
geosiyasi şərtlər
nəzərə alınmaqla,
innovativ əsasda hazırlanıb. Bəzi xalqların
etnik müstəsnalığına
sosial sifarişlərin
qarşısını almaq
məqsədi daşıyan
kitab "Biz sülh tərəfdarıyıq. Azərbaycanda, bütün Qafqaz
regionunda və bütün dünyada sülhün bərqərar
olması bizim ən ümdə arzumuzdur", - deyən Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin irəli sürdüyü
sülhməramlı "Ümumqafqaz
evi" ideyasını
obyektiv əks etdirir.
Tarixin elmi konsepsiyasını - şəksiz təlim və tərbiyə vasitəsi olan biliklərin obyektivliyini rəhbər tutan professor İradə Hüseynova bu əsərinə xeyli faktoqrafiq və analitik material, çoxsaylı yazılı
mənbələrdən, habelə
artefaktlardan məlumat,
oxucuların dərin düşünməsinə və
onların öz mövqeyinin formalaşmasına
kömək edən əlavə informasiya daxil edib. Nəşr hər
bir oxucunu xalqların tarixi-mədəni
irsinin nəsildən-nəslə
ötürülməsi və
qorunub saxlanılması
problemləri və aspektləri barədə düşünməyə sövq
etmək üçün
də nəzərdə
tutulub.
Tarixi biliklərin əldə
edilməsi dünyanın
tarixi prosesində Qafqaz xalqlarının yerini və rolunu başa düşməyə, onların
dünya sivilizasiyasına
töhfəsini qiymətləndirməyə,
sələflərinin təcrübəsini
mənimsəməyə və
dürüst qavramağa,
indiki və gələcək hadisələrə
münasibət formalaşdırmağa
kömək edəcək.
Bakı Dövlət Universitetinin
"Qafqaz xalqlarının
tarixi" kafedrasının
müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar
Müəllimi, Yeni Azərbaycan Partiyası
(YAP) Siyasi Şurasının
üzvü, partiyanın
humanitar məsələlər
komissiyası sədrinin
müavini, elm, təhsil və texnologiyalar sahəsində
xidmətlərinə
görə Beynəlxalq
Sokrat Mükafatı (Oksford, Böyük Britaniya) laureatı İradə Hüseynovanın
fundamental əsəri
bu baxımdan elm və təhsildə
əlamətdar hadisədir.
Qeyd edək
ki, professor İradə Hüseynova
250-dən çox elmi
əsərin, o cümlədən
elmi monoqrafiyaların,
dərsliklərin, tədris
vəsaitləri və
proqramlarının müəllifidir.
Qədim zamanlardan bu
günümüzə qədərki
dövrü əhatə
edən, ali məktəb tələbələri,
magistrantlar, Qafqazşünas
alimlər, tarix, regionşünaslıq, etnosiyasət,
dünya geosiyasəti,
beynəlxalq münasibətlərlə
məşğul olan alim və mütəxəssislər
üçün nəzərdə tutulan bu dərslik, həmçinin Qafqaz regionunun və bu regionda yaşayan
xalqların tarixi, ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı
ilə maraqlanan hər kəsə praktiki yardım göstərəcək.
İki
sahil.- 2018.- 17 fevral.- S.12.