Xocalı harayı erməni faşizminə qarşı mübarizəyə çağırışdır

 

Qonşu dövlətlərə qarşı torpaq iddialarını başqalarının axıdılan qanları bahasına həyata keçirən daşnakların insanlara yaşatdığı dəhşətli anları səhifələrində saxlayan tarix göstərir ki, qəddarlığı, vəhşiliyi genlərində daşıyan ermənilər hələ də yorulmur, dinc əhaliyə qarşı apardıqarı soyqırımlardan nəticə çıxarmırlar. Bir əsrdə azərbaycanlılara qarşı nifrətini 1905-1907, 1918-ci illərdə törətdikləri qırğınlarla bildirən, məskunlaşdıqları əraziləri qan qoxuyan nəfəsləri ilə murdarlayan, gorbagorlarının “Böyük Ermənistan” xəyallarının əsirinə çevrilən, bütün həyatlarını onun bunun köləsi kimi başa vuran ermənilərin insanlıq adına xələl gətirən zümrə olduqlarını tarixi şəxsiyyətlərin sözləri də təsdiqləyir.

Bəllidir ki, hər bir xalq milli keyfiyyətləri ilə tanınır. Bu cür tanınmaların əsas meyarı isə fakt , dəlil, sübut və şahid ifadələridir. Ermənilər haqqında tarixi mənbələrdə yazılanlara diqqət yetirmək kifayətdir ki, qaniçənliyi genlərində, irsi keyfiyyətlərində möhürləyən bu millət haqqında təsəvvür yaransın. Rus tədqiqatçısı V.L. Veliçko “Kavkaz” əsərində yazır: “ Ermənilər haqqında çox-çox qədimlərdən pis fikir yaranıb və heç şübhəsiz ki, bu əsassız deyildir... məhz onlar hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər.”Eyni yanaşma erməniləri daha yaxından tanıyan, murdar xislətli xalq olduqlarını xarakterizə edən, “ermənizmin” taun qədər qorxulu olduğunu dərk edən rus yazıçısı A.S. Qriboyedovun rus imperatoruna məktubunda da aydın görünür: “ Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salaraq “bura bizim qədim, dədə-baba torpağımızdır” deyəcəklər.”N.İ.Şavrovun “Novaya uqroza russkomu delu v Zakavkaze: predstoyaşaya rasprodaja Muqani inarodam” yazısında isə qeyd olunur: “ Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin bir milyonu yerli deyil. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb.”Amerikada yaşayan erməni yazıçısı L.Z. Sürməliyanın “Xanımlar və cənablar, müraciətim sizədir” kitabından götürülmüş bu sətirlər isə bir erməninin öz soydaşlarının qaniçənliyinə verdiyi qiymətdir: “ Türklərlə ermənilər arasındakı ziddiyyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin amansız qəddarlığıdır.”Ermənilərin vəhşiliklərindən bəhs edən yüzlərlə, minlərlə belə sübutlar vardır. 26 il bundan əvvəl törədilmiş Xocalı soyqırımı isə erməni vəhşiliyinin dözülməz nümunəsidir. Xocalı soyqırımının dözülməz mənzərəsindən dəhşətə gələn fransız jurnalisti Jan İv Yunet yazır: “ Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinin- qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük... Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər.”Bu millətin başbilənləri Aqanbekyan, Silva Kaputikyan, Zori Balayan, Serj Sarkisyan kimi  “ideoloqların” insanı xarakterlərə mənsub olmalarına inanmaq çox çətindir. Ermənistanda Zori Balayanı “Qarabağı başlayan adam” hesab edirlər. O, 1993-cü il fevralın 5-də Latviyada çıxan “ SM- Seqodnya” qəzetinin müxbiri A. Geronyanın “ Dağlıq Qarabağ faciəsinin ideoloqlarından biri kimi həlak olanlar, qaçqınlar qarşısında özünüzü günahkar sayırsınızmı?” sualına utanıb , xəcalət çəkmədən belə cavab vermişdir: “ Mən bu işi başladığıma görə yox, öz xalqımı gec ayağa qaldırdığıma görə günahkaram. Görünür, məsələni Naxçıvandan başlamağa cəsarətim çatmadı.” Daşnak təfəkkürünün, ideologiyasının mənfur niyyətini açıqlayan bu “ günah” qanlı-qadalı bir soyqırıma illərdən bəri aparılan hazırlığın açıqlamasıdır. Erməni araşdırmaçı Quram Marhuliyanın yazdığı kimi daşnak siyasətinin müəllifləri olan, üç dəniz arasında dövlət qurmağı planlaşdıran erməni millətçilərinin “Böyük Ermənistan”, “Türkiyə Ermənistanı”, “Kilikya Ermənistan”ı, “Batı Ermənistan”ı, “ Dağlıq Ermənistan”, “Aran Ermənistan”ı, “Erməni məsələsi”, “Erməni soyqırımı”, “Bakurakert” kimi saxta terminləri ilə öz xalqını aldadan, xəyanət edən “ideoloqlar” başqa məkanlarda hazırlanan planların reallaşması naminə yüzlərlə insanı qətlə yetirir, qırğınlar törədirlər. Sərsəm “Böyük Ermənistan” ideologiyasının əsirinə çevrilən daşnakların əsas prinsipini əks etdirən “Günah işlə, yetər ki, “Böyük Ermənistan” millətini dəstəklə” çağırışına qoşulan ermənilərin etnik təmizləmə siyasətinin acı nəticələrini oxucusuna çatdıran müəllif daha çox başqa olkələrin arxivlərində əldə etdiyi mənbələrə əsaslanır.Kimliyindən asılı olmayaraq əllərində oyuncağa çevrildikləri ağalarının yeməklərinin artığını yalayan köpək kimi quyruqlarını bulayan ermənilər  haradansa bir qarış da olsa torpaq qoparmaq naminə hər cür alçaqlığa razı olarlar.İmperiyanın dəstəyi ilə məskunlaşdıqları ərazilərə sahiblənmək naminə hər cür cildə girən ermənilərin əsl simasını bütün dünya ictimaiyyətinə bəlli edən Dağlıq Qarabağ hadisələri erməni faşizminin qəddarlığının da şahidi oldular. İmperiyanın qoltuğuna sığınan ermənilər Xocalı soyqırımını törətməklə ötən əsrin əvvəllərində dar günlərində onlara dəstək olan azərbaycanlılara yüz illiyin sonlarında dönük çıxdılar. Yedikləri çörəyin “haqqını” güllələrlə qaytaran, tikəsini bölən qonşularını tərəddüd etmədən öldürən, tonqalda yandıran və əməlindən şənlənən, alovlar içərisində ölümlə çarpışan qurbanlarının haray səslərini musiqi sədaları ilə “dinləyən” erməniləri əbəs yerə iblis xislətli varlıqlar (onları insan adlandırmaq insanlığa utanc verər) adlandırmırlar.

...Dünyada insanların kütləvi qətliamı ilə tarixə yazılan soyqırımlar çox olub. Xatın, Xirosima, Naqasaki, Ruanda, Nigeriya, Srebrenitsa... bu günlərimizə təsadüf edən Suriya hadisələri... Siyahını artırmaq da olar. Amma onların içərisində Xocalı soyqırımı dəhşəti və  qəddarlığı ilə fərqlənir. Çünki sovet imperiyasının dağıdılması üçün seçilən millətlərarası ziddiyyətlərin gündəmə gətirilməsi ideyası yarananda ermənilərdən istifadə aktuallaşdı. Zəif həlqə kimi ermənilərin başqa millətlərlə daha sıx yaşadığı, təmasda olduğu bölgələr seçildi. Tarixən güclülərin nökəri olduğunu satqınlığı ilə təsdiqləyən ermənilərin azacıq payla  bütün iyrənc planların muzdlu nökərləri rolunu oynaması Cənubi Qafqazda gerçəkləşdirilən geosiyasi oyunlarda da işə yaradı. Dağlıq Qarabağ münaqişəsini alovlandıranlar ilk növbədə daşnakların daim gündəmdə olan və məqamını gözləyən “Böyük Ermənistan” sayıqlamalarını “xatırlatdılar.” Beləliklə, 1988-ci ildə Dağlıq Qarabağda milli zəmində qarşıdurmaların qığılcımları işardı,  Ağdamda ermənilər tərəfindən qətlə yetirilən iki gəncin ölümü soyqırıma aparan yolda tökülən ilk qan oldu.Zaman keçdikcə, SSRİ dövründəkindən fərqli olaraq Azərbaycan xalqının əsl tarixi, hadisələr araşdırıldıqca bəlli oldu ki, ermənilər ötən əsrdə bir neçə dəfə soyqırım törədiblər. Sovet imperiyasının göstərişi ilə baş tacı etdiyimiz şaumyanlar, kirovlar ötən əsrin əvvəllərindəki soyqırımların müəllifləridirlər.Əsgəranda, Ağdamda, Qaradağlıda... əhaliyə qarşı amansız işgəncələr verən  ermənilər vəhşiliklərini bu gün də davam etdirir, azərbaycanlıları qətlə yetirməkdən zövq alır, körpələrə, yeniyetmələrə belə silah qaldırırlar.26 fevral 1992-ci ildə sovetlərin 366-cı alayı ilə erməni silahlı birləşmələrinin birgə hazırladıqları hərbi əməliyyat nəticəsində bir gecədə  yer üzündən silinən Xocalının 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri ahıl olmaqla 613 sakini qətlə yetirildi, yaşlılar, körpələr tonqalda diri-diri yandırıldı, yaralılara aman verilmədi. Gənclərimizin başları ermənilərin məzarları üstündə qurban kimi kəsildi.Xarici jurnalistlərin də etiraf etdiyi kimi, hələ də can verməkdə olan yaralılara qarşı amansızlıq, insanların diri-diri tonqala atlaraq yandırılması, körpələrin süngüyə keçirilməsi yalnız ermənilərə məxsus keyfiyyətlər olmaqla dözülməz və inanılmaz vəhşiliklərdən xəbər verirdi. “Biz yolu azərbaycanlıların meyidləri üzərindən keçirdik. Onların arasında ölməkdə olan yaralılar da var idi” kimi sözlərlə müşahidə etdiyi qətliamı qələmə alan xarici jurnalist erməni tərcüməçinin etinasızlıqla “ Bura cəbhədir. Belə şeylərin fərqinə varma” sözlərini də insanlığa yaraşmayan hal kimi nifrətlə xatırlayır.

 

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlılarının ərazimizdə apardığı hərbi əməliyyatlar nəticəsində 20 min soydaşımız məhz azərbaycanlı olduğu üçün qətlə yetirilmiş, bir o qədər həmyerlimiz yaralanmış, 4 mini əsir düşmüş, minlərlə təhsil, səhiyyə, mədəniyyət müəssisəsi ,tarixi abidələr dağıdılmışdır.   XX  əsrdə 2 milyondan artıq azərbaycanlı Ermənistanın və onun havadarlarının yeritdikləri soyqırım siyasətinin qurbanı olmuşlar.

Ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı yönəlmiş soyqırımına ilk siyasi qiyməti 26 mart 1998-ci ildə ( 1918-ci il mart hadisələrinin 80-ci ildönümü ərəfəsində) imzaladığı fərmanla verən ümummilli lider Heydər Əliyev daha bir tarixi missiyanı yerinə yetirdi.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdıran, dünyada bu kimi hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün bu sənədin  mahiyyət və əhəmiyyəti böyükdür. Beynəlxalq hüquqa görə beynəlxalq cinayət hesab olunan, sülh və bəşəriyyət əleyhinə yönəldilən soyqırımlar, terror, işğalçılıq Ermənistanın dövlət siyasətinin əsasını təşkil edir.

Prezident İlham Əliyevin səyi, Azərbaycanın artan nüfuzu, uğurlu diplomatiyası sayəsində dünya ictimaiyyəti başa düşür ki, Ermənistanın dövlət siyasətinin əsasında terrorçuluq və işğalçılıq öndə dayanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatın əsas prioritetləri Dağlıq Qarabağ haqqında həqiqətləri, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır.

57 ölkənin gənclər təşkilatlarını birləşdirən İƏT-nin Gənclər Forumu İdarə Heyətinin sessiyasında qurumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə Baş əlaqələndiricisi seçilən, Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış, bütün dünya birliyi tərəfindən dəstəklənən “Xocalıya ədalət” kampaniyasına qoşulanların sayı artır.

Artıq Xocalı soyqırımını tanıyanların sayının artması ilə ermənilərin məkrli siyasəti dünya ictimaiyyətinə çatdırılır. Pakistan, Kolumbiya, Meksika Xocalı soyqırımını rəsmən tanıyır. ABŞ-ın 15 ştatında, Cexiya, Rumıniya paramentində faciə ilə bağlı qərarlar qəbul olunub, Türkiyə Böyük Millət Məclisində dinləmələr keçirilib. İslam Əməkdaşlıq təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Avropa Şurası, ATƏT, BMT səviyyəsində Xocalı faciəsi ilə bağlı sənədlər yayılıb.

Paraqvay parlamentinin saytında yerləşdirilən bəyanatda qeyd edilir ki, Xocalı qətliamı XX əsrdə törədilən ən qanlı faciə, erməni vəhşiliyinin nümunəsidir.  Xocalı dəhşəti Ermənistan və Azərbaycan arasındakı münaqişəndə mülki əhalinin məruz qaldığı ən böyük qətliam olub, nəticədə etnik xarakterli səbəblərə görə dinc əhaliyə qarşı misli görünməmiş qırğınlar törədilib. Sənəddə bir sıra dövlətlərin Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu soyqırımı və insanlıq əleyhinə cinayəti pislənilib, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı qınanılıb, həmçinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilib. Bəyanatda BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrin təcavüzün dayandırılmasını, diqqətin qurbanlara yönəldilməsini və Azərbaycanın 20 faiz torpağının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin həlli yolu kimi dialoqu təşviq edilir. Deputatlar palatası qeyd olunanları və beynəlxalq humanitar hüququn əsas prinsip və normalarına hörmət edilmədiyini əsas tutaraq, 1992-ci ildə Dağlıq Qarabağ regionunun Xocalı şəhərində törədilmiş soyqırımını pisləyir və bu insanlıq əleyhinə cinayətin 26-cı ildönümünün anılması münasibətilə Azərbaycan xalqına həmrəyliyini  bəyanatı ilə bildirir. Xocalı faciəsinin 20-ci illiyində təkcə İstanbulun Taksim meydanında soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş aksiyalarda 1 milyondan artıq insanın iştirakı Azərbaycanla həmrəylik nümunəsi olmaqla insanlığa qarşı törədilən bütün qətliamların pislənilməsi demək idi. Soyqırımının 26 illiyi ərəfəsində qardaş Türkiyədə Xocalı soyqırımında qətlə yetirilən azərbaycanlıların xatirəsi yad olunur, Xocalı adına park salınır.  Hər il  Avropanın bütün şəhərlərində Xocalı qurbanlarının xatirəsi hörmət və etiramla anılır. Xocalı soyqırımını tanıyanların sayının artması Prezident İlham Əliyevin “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər” fikrinin reallığına inamı artırır.

 

Xuraman  İsmayılqızı

İki sahil.- 2018.- 24 fevral.- S.6.