Biz Xocalıya ədalət tələb edirik!

Xocalı soyqırımının 26-cı ildönümü dünya mediasının gündəmində

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə aparılanXocalıya ədalətbeynəlxalq kampaniyası çərçivəsində görülən işlər artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrində 26 il əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı daha geniş yazılar dərc edilməkdədir.

Malayziyada ingilis dilində nəşr onunanThe Globalistjurnalında Xocalı soyqırımından bəhs edənAzərbaycan onun tarixində ağrılı epizodsərlövhəli geniş məqalə dərc olunub. Xocalı faciəsini əks etdirən fotolara da geniş yer verilən yazıda qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı qanlı əməliyyatın hədəfi olub. Erməni silahlı qüvvələri Sovet İttifaqının 366-cı motoatıcı alayının hərbi texnikası şəxsi heyətinin köməyi ilə bu şəhərin sakinlərinə qanlı divan tutub. Bu qətliamı yalnız yerli əhaliyə deyil, bütün bəşəriyyətə qarşı törədilən soyqırımı olduğunu yazan məqalə müəllifi Dağlıq Qarabağ münaqişəsinin başlıca səbəblərinin kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının dayandığını xüsusi vurğulayıb.

Malayziyanın Cənub-Cənub İnformasiya Qapısı Agentliyinin (SSIG) rəsmi internet saytında dərc olunan yazıda isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilənXocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər əksini tapıb. Bildirilib ki, Azərbaycan rəhbərliyinin məqsədyönlü siyasəti Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində Xocalı faciəsi beynəlxalq səviyyədə soyqırımı kimi tanınmaqdadır. Artıq dünyanın bir çox ölkələri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı parlament səviyyəsində Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Xocalıda soyqırımı aktı - ədalət anı vaxt yetişəcək

 

Fransanın www.atlantico.fr portalındaDağlıq Qarabağ: 26 il sonra Xocalı kütləvi qırğını ilə bağlı qulaqbatırıcı sükutbaşlıqlı məqalədə Fransa, eləcə Avropa dünya siyasətçilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı ilə bağlı mövqelərini açıq şəkildə bəyan etmədikləri təəssüflə qeyd olunub.

 

Ər-Riyadqəzetində (Səudiyyə Ərəbistanı Krallığı) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin müsahibəsi yer alıb. Ərəbdilli oxuculara bu soyqırımı barədə ətraflı məlumat verən səfirimiz, həmçinin vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, ancaq təcavüzkar ölkə buna məhəl qoymur. Tədqiqatçı alim Seymur Nəsirovun Misirin “alwasela.com” saytındakıXocalı soyqırımı - XX əsrin faciəsisərlövhəli məqaləsi bu nöqteyi-nəzərdən diqqətçəkəndir.Yeri gəlmişkən, qeyd edək ki, Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin müsahibəsi İtaliyanınReport Difesaanalitik portalında, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyevinİnsanlığa qarşı cinayət: hətta öz günahını etiraf edən hüquqi cəza almadısərlövhəli məqaləsi UkraynanınVersiisaytında, Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Milix YevdayevinXocalı qətliamı: Azərbaycan yəhudisinin düşüncələrisərlövhəli məqaləsi AmerikanınJewish Journalqəzetində, Bakı Dövlət Universitetinin tədqiqatçısı, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla RəşidinXocalı soyqırımı cəzasız bir cinayərdirsərlövhəli analitik məqaləsi İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun saytında dərc edilib.İspaniyanınLa Vanguardiaqəzeti ölkəmizin İspaniyadakı səfirliyinin Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı təşkil etdiyi tədbirdən söz açıb. RumıniyanınAgerpres “AMOSNEWS” xəbər agentlikləri Xocalı soyqırımını gündəmə gətiriblər. Beynəlxalq mükafatlar laureatı Nargiz Kasimova Xocalı soyqırımı haqqında həqiqətləri Özbəkistanın “qalampir.uz” portalında özbək dilində öz soydaşlarına çatdırıb.

İsrailli ekspert Arye Qut İsraildə çıxan ingilisdilliThe Jerusalem PostqəzetindəXocalıda soyqırımı aktı - ədalət anı vaxt yetişəcəksərlövhəli məqaləsində Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmiyə ötən əsrin 90-cı illərinin əvvəlində daha bir adın - Xocalının da əlavə olunduğunu bildirərək həmin gecənin dəhşətlərini qələmə alıb: Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər qətlə yetirildi, 487 insan əlil oldu, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə həqarətlərə məruz qaldılar... Həmin gecə donub ölmüş insanların ümumi sayını hesablamaq mümkün deyildi. Statistik hesabatlara görə, onların əksəriyyəti indi itkin düşmüşhesab olunur”. Daha sonra məqalə müəllifi təəssüflə yazır ki, İkinci Dünya müharibəsinin sonunda nasistlərin əksəriyyəti Nürnberq prosesində beynəlxalq məhkəmə qarşısında dayandı, amma Azərbaycanın dinc vətəndaşlarının Xocalıda kütləvi şəkildə qətlə yetirilməsinin ideoloqları icraçıları öz layiqli cəzalarını almadılar. Biz Xocalıya ədalət tələb edirik!”

Xocalı: Dünyanın vicdanında qanayan bir yara

PerununEl Peruanoqəzetindəki məqalə isə belə adlanır: “Xocalı soyqırımı: insanlığa qarşı cinayət”. Bu yazıda həm bugünədək Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının öz doğma yurdlarına dönməyi hələ həsrətlə gözlədikləri vurğulanır.

 

Latın Amerikasının bir çox ölkəsində yayımlananTelesur TV” telekanalının internet səhifəsindəXocalı: Dünyanın vicdanında qanayan bir yarabaşlıqlı məqalə ilə çıxış edən tanınmış çilili jurnalist beynəlxalq analitik Pablo Xofre öz yazısını bu sözlərlə tamamlayıb: “Ermənistan işğal etdiyi əraziləri geri qaytarmağa məcbur edilməli dünyanın vicdanında qanayan yara olaraq qalmaqda davam edən Xocalı soyqırımına ədalət təmin edilməlidir.”

Rusiyada nəşr olunanNezavisimaya qazeta”da dərc edilənXocalı faciəsinə qarşı etinasızlıq qəbuledilməzdirbaşlıqlı məqalədə Xocalı sakinlərinə divan tutmaq haqqında əmrin Ermənistanın indiki prezidenti, 1992-ci ildə Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin qərargah rəisi olmuş Serj Sarkisyan tərəfindən verildiyi qeyd olunub.

PakistanınNational Herald Tribuneqəzetində nəşrin elektron portalındaXocalı soyqırımı üçün ədalətsərlövhəli məqalədə xocalıların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildikləri diqqətə çatdırılıb. Serbiyanın balkanian.com saytındaAzərbaycan Xocalı faciəsinin qurbanlarını xatırlayıradlı məqalədə dünya birliyinin bu soyqırıma laqeyd münasibəti qeyd edilib.

Türkiyənin TRT HABER televiziya kanalı Xocalı soyqırımı ilə bağlı Sinan Burhanın aparıcılığı iləAnadolu soruşurmedia platforması çərçivəsində geniş veriliş yayımlayıb. Verilişin qonağı Azərbaycan Milli Məclisinin Xocalıdan olan deputatı Elman MəmmədovKərkükqəzetinin departament rəhbəri Aybəniz Kuzeçi, “Cay” TV-nin əməkdaşı Həsən Yavuz Yeni çağqəzetinin baş redaktoru, yazıçı-publisist Aqil Ələsgərin suallarını cavablandırıb. Türkiyənin NTV Ülke TV” kanallarında da Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı reportajlar yayımlanıb. Şimali Kaliforniyanın San-Fransisko, San-Xose, Kampbel, Mauntin Vyu, Los-Altos, Palo Alto digər şəhərlərindəki yerli ictimai kanallarda fevral ayının 23-dən başlayaraq ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsərinə - “Zülmətdən qaçarkənsənədli filminin nümayişinə start verilib.

 

Qvami Məhəbbətoğlu

İki sahil.- 2018.- 27 fevral.- S.15.