Babək rayonu Naxçıvanın sosial-iqtisadi inkişafına davamlı töhfələr verir

 

 

Təşkil edilməsinin 40-cı ilində güclü potensiala malik olan Babək rayonu Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına davamlı töhfələrini verməkdədir. Qətiyyətli addımlarla muxtar respublikanın milli iqtisadi quruculuq proseslərindəki iştirakına hərəkətverici təsir edən rayon iqtisadi idarəetmənin çevik mexanizmlərini səfərbər etməkdədir. İstehsal münasibətlərinin inkişafı üçün çox mühüm amil olan bu proseslər rayonda sağlam və etibarlı fəaliyyət mühitinin yaradılmasına stimul verməkdədir. Nəticə etibarilə müasir iqtisadi şəraitin dinamik artım göstəricilərindən ibarət olan nailiyyətlər artıq rayonu yüksək perspektivlərə xas səviyyəyə yüksəltmişdir.

 

Ölkəmizdə davam edən islahatlar fonunda yeni təsərrüfat formalarının yaradılması, fəaliyyətinin tənzimlənməsi və məhsuldarlığının yüksəldilməsi məsələləri yaradıcı ideyalara və təşəbbüslərə söykənən sahibkarlıq mühiti formalaşdırmışdır. Bu isə makroiqtisadi siyasətin tərkib hissəsi olmaqla həm də yüksək regional mahiyyətinə görə fərqlənməkdədir. Bu mənada Naxçıvan Muxtar Respublikası daha da güclənən potensial əsasında iqtisadi idarəetmənin də səmərəliliyini yüksəldə bilmiş və rayonlarının müvafiq sahə üzrə perspektivlərini artırmışdır. Məhz Babək rayonu da qeyd edilən üstünlükləri özündə daşımaqla, yüksək iqtisadi ixtisaslaşma və məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi əsasında göstəricilərini daha artırmaqdadır. Rayon Vergilər İdarəsinin məlumatlarına görə, bölgədə un, qənd, şirniyyat, çörək, ət, su, quşçuluq məhsulları, istixana, kərpic, dəri emalı və istehsalı və s. ilə məşğul olmaqla 172 sahibkarlıq subyekti var. Qeyd edək ki, idarənin qeydiyyatında rayon üzrə ümumilikdə 1053 aktiv vergi ödəyicisi durmaqdadır.

 

Babək rayonu da sahibkarlıq fəaliyyətinin inkişafı müəyyən edilən hədəflərə istiqamətlənməklə fasiləsiz istehsal imkanlarını genişləndirməkdədir. Fikrimizi əsaslandırmaq üçün rayonun Badaşqan kəndində fəaliyyət göstərən “Nihad şirniyyat” müəssisəsini qeyd edə bilərik. Sahibkar Habil Babayevin rəhbərlik etdiyi müəssisə dövlətin sahibkarlıq subyektlərinə göstərdiyi qayğıdan yetərincə bəhrələnməkdədir. Belə ki, müəssisə 2013-cü ildə Sahibkarlığa Kömək Fondundan 26 min manat kredit götürmüş və ötən ildən etibarən 230 kvadratmetr sahəni əhatə etməklə qurulmuşdur. Digər tərəfdən, bu, həm də 4 nəfərin də işlə təmin edilməsinə imkan yaratmışdır. Artıq məhsuldar nəticələri ilə fəaliyyət göstərən şirniyyat müəssisəsində əsasən, kəllə qənd, noğul, nanəli konfetlokum istehsal olunur ki, bu da rayonda sahibkarlıq fəaliyyəti üçün yeni təşəbbüslərə stimul kimi mühüm əhəmiyyətə malikdir.

 

Rayonun Araz kəndində tullantı yağlarının yenidən emalı, bərk sürtkü yağlarının istehsalı sahəsi və quşçuluq təsərrüfatının yaradılması bu sahədəki proseslərin faydasını daha da artıracaq. Qeyd edək ki, bərk sürtkü yağları istehsal olunacaq müəssisədə hazırda xaricdən gətirilən dəzgahların qurulması prosesi başa çatmaq üzrədir. İstifadə müddətini başa vurmuş yağlar burada təkrar emal olunaraq bazara çıxarılacaq. Bu, bir tərəfdən muxtar respublikada sənayeləşmə siyasətinin inamla davam etdiyini göstərirsə, digər tərəfdən də ixracyönlü məhsulların istehsalının əhatə dairəsini daha da genişlənməsinə yol açır.

 

Çox yaxşı haldır ki, ixracın şaxələndirilməsi tədbirlərinə muxtar respublikamızın rayonları da öz töhfələrini verməkdədir. Artıq Babək rayonu bu sahədə öz hədəflərini müəyyən etmişdir. Təbii ki, bu, istehsal ediləcək məhsulların daxili bazarla yanaşı, həm də qardaş Türkiyə Respublikasında da satışı ilə daha da səmərəli olacaq. İqtisadi siyasətin və sosial dayanıqlığın mühüm göstəricisi olan məşğulluq məsələsi də həmin təminatla öz yerini tapacaq. Belə ki, burada yeni yerləri yaradılacaq ki, bu da qarşıdakı dövrlərdə müəssisəsin ixrac imkanlarını daha da genişləndirəcək.

 

Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinin məhsuldarlığı və uzaq gələcək üzrə perspektivliyinə təminat vardır. Ali Məclis Sədrinin hər il sahibkarlarla ənənə halını alan görüşləri onları öz işlərində ruhlandırmaqdadır. Bu, özünü sahibkarların maliyyə və kredit resurslarına çıxış imkanlarının genişlənməsində göstərməklə yanaşı, həm də fəaliyyətin məqsədyönlü təşkili və idarə olunmasında ifadə etməkdədir. Yuxarıda qeyd etdiyimiz müəssisələrin yerləşdiyi ərazidə digər təsərrüfatın da adını çəkə bilərik ki, bu da sahibkar Zəka Mirzəyevə məxsusdur. Bu müəssisə yeni quşçuluq təsərrüfatı kimi fəaliyyətə başlayacaq. Dövlətin göstərdiyi davamlı diqqətdən yararlamaqla 800 kvadratmetr ərazini əhatə edən istehsal sahəsinə 20 min quş gətiriləcəyi nəzərdə tutulmuşdur. Xəstəliklərə qarşı müqavimətin artırılması və yemlə təminat məqsədilə burada dərman və dən deposu da yaradılmışdır. Müəssisədə eyni zamanda işçilər üçün otaqlar ayrılmışdır ki, bu da istehsal prosesinin davamlılığı və səmərəliliyinə hərəkətverici təsir edəcək. Artıq müəssisədə işıq, su və havalandırma sistemlərinin çəkilişi başa çatdırılıb. Yeni istehsal sahəsi daxili tələbatı ödəmək və xaricə valyuta axınının qarşısını almaq məqsədilə yaradılıb. Bütün bunlar rayonda həm də innovativ inkişaf göstəricilərinin ən gerçək ifadəsinə çevrilmişdir. Təbii ki, bu potensial, gələcəkdə məhsul istehsalında müasir texnologiyaların imkanlarından da istifadə edilməsini sürətləndirəcək.

 

Sahibkarlıq fəaliyyətinin düzgün təşkili bütün tərəfləri ilə yanaşı, həm də ölkəmizin qeyri-neft sektorunun inkişafı hədəfləri sahəsində də strateji əhəmiyyət daşımaqdadır. Naxçıvan Muxtar Respublikası müasir iqtisadi islahatların beşiyi kimi hələ xalqımızın ümummilli lideri  Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə ilk addımları atmışdır. Zərərlə işləyən sovxoz və kolxozların islahatlarının aparılması və yeni iqtisadi şəraitə uyğun gələn təsərrüfat subyektlərinin fəaliyyətlərinin təşkili üçün əlverişli mühitin yaradılması məhz milli iqtisadi inkişafın muxtar respublikamızdan başlanan təməl prinsipləridir. Son 22 ildən artıq dövrdə muxtar respublikamızda daha da təşkilatlanan bu proseslər Babək rayonunda sahibkarlığın inkişafında müasir nailiyyətləri daha da stimullaşdırmışdır. Bütün bunlar qeyri-neft sektorunun davamlı inkişafı üçün möhkəm baza kimi qeyd edilə bilər. Təbii ki, bu sahədə rayonun nümunəvi adamlarının da rolu böyükdür. Son illərdə Naxçıvanda uğurlu adamlarından biri kimi seçilən Rafiq Əliyevin Nehrəm kəndində qurduğu kəndli - fermer təsərrüfatı biznesdə zəhmət çəkib yaxşı nəticəyə çatmaq istəyənlər üçün gözəl örnəkdir. Rafiq Əliyevin bir neçə il əvvəl yaratdığı müəssisə süd məhsullarının emalına başlayandan bəri alıcıların rəğbətini qazanıb. Alıcı- satıcı məmnunluğunun təmin edilməsində, tələb və təklif qanunları əsasında bazar proseslərinin təşkilində və bu istiqamətdə tarazlığın qorunmasında mühüm göstərici olan həmin amillər adamının fəaliyyətində hər zaman görünməkdədir. Bu mənada mövcud potensial həmin müəssisənin məhsullarına olan tələbatı da artırır. Təbii ki, bütün bunlar sahibkar üçün sevindirici haldır.

 

 Qeyd edək ki, bu il 25 aprelSahibkarlar Günündə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunması Rafiq Əliyevi daha da ruhlandırıb və işinə möhkəm bağlayıb. Onun rəhbərlik etdiyiXalaoğlu” kəndli-fermer təsərrüfatı bu qayğı nəticəsində ötən müddət ərzində fəaliyyətini genişləndirib. Artıq bu gün təsərrüfatda 120 başdan artıq qaramal və 20 minə yaxın quş vardır. Müəssisə öz fəaliyyətini daha da genişləndirmiş və  təsərrüfatda artıq yumurta istehsalına da başlamışdır. “Xalaoğlu” əmtəə nişanı ilə 5 çeşiddə süd məhsulları, ətlik broyler istehsal edən bu təsərrüfatda 10 nəfərə yaxın yerli sakin daimi işlə təmin olunub. Rafiq Əliyev bu yaxınlarda dövlət dəstəyi ilə aldığı güzəştli 60 min manatlıq kreditiplastik tara istehsalı üçün sərf edəcək. Bu da təsərrüfatda istehsal etdiyi süd məhsullarının qablaşdırılması üçün xaricdən plastik tara gətirilməsi problemini həll edəcək.

 

Eyni uğurlar rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan qahablı adamı Hünər Qasımova da aiddir. Onun rəhbərlik etdiyi müəssisə 2013-cü ildə Sahibkarlığa Komək Fondundan 26 min manat kredit goturməklə, “Böyük dağ” əmtəə nişanı ilə qatıq istehsalına başlayıb. İnkişafı hədəfləyən sahibkar öz təsərrüfatında 50-yə yaxın inək saxlayır və xammalı öz heyvanlarından əldə edir. Ətraf kəndlərə və Naxçıvan şəhərindəki dükanlara qatıq paylayır. Bu, istehlakçıların ərzaq məhsulları ilə etibarlı təminatını daha da gücləndirməkdədir. Əlbəttə ki, rayon bu potensialla daxili təlabatın yerli istehsal hesabına ödənilməsində, idxaldan asılılığın minimuma endirilməsində, ixracın daha da stimullaşdırılmasında muxtar respublikada həyata keçirilən tədbirlərə böyük töhfələr verməkdədir.

 

Babək rayonunda sahibkarlıq fəliyyətinin inkişaf göstəriciləri onu qeyd etməyə əsas verir ki:

 

- regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti öz səmərəli nəticələrini verməkdədir və bu, kəndlərin perspektivliyini artırmaqdadır;

 

- ailə təsərrüfatlarının məhsuldar fəaliyyətinin təmin olunması ilə məşğulluq və xüsusən də özünüməşğulluq imkanlarının genişlənməsində məqsədyönlülük vardır;

 

- istehsalın təlabat qarşısındakı üstünlüyü qorunmaqla, iqtisadihüquqi tənzimləmələrdən ibarət makroiqtisadi hədəflər gözlənilməkdədir və s.

 

Göründüyü kimi, Babək rayonunda sahibkarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlər həm də milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin uyğun istiqamətlərinin uzaq gələcək üzrə icrası baxımından da olduqca əhəmiyyətlidir. İstər kiçikorta sahibkarlığın inkişafı, istərsə də istehlak vasitələrinə əlçatanlığın təmin edilməsi kimi məsələlər həm də öz növbəsində məşğulluq səviyyəsinin yüksəldilməsinə etibarlılıq gətirmiş, bu sahədəki potensialı daha da artırmışdır. Bunu rayon Məşğulluq Mərkəzinin cari ilin ilk altı ayı ərzində 196 nəfərin işlə təmin olunması haqqındakı məlumatı da təsdiqləyir.

 

Cavadxan Qasımov

iqtisad üzrə fəlsəfə doktoru, dosent

 

Iki sahil.- 2018.- 6 iyun.- S.16.