Maksim Şevçenko:
Ermənistan Azərbaycanın işğal
edilmiş torpaqlarını geri qaytarmalıdır
Bu sözləri rusiyalı jurnalist Maksim Şevçenko özünün internet səhifəsində paylaşıb. Bildirdiyinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün ermənilər onu şantaj etməyə başlayıblar.
“Aleksandr Duqin bir müddət əvvəl məni Azərbaycana və Füzuli rayonuna getməyə dəvət etdi. Erməni oxucular məni qınayaraq deyirlər ki, guya mən satılmışam, Abşeron manqurtuyam, Bakıdan pul almışam. Sizi əmin edirəm ki, heç bir pul almamışam. Əgər mənə pul təklif etsəydilər, o zaman heç vaxt oraya getməzdim. Əlbəttə, azərbaycanlılar mənim üçün kifayət qədər komfortlu səfər təşkil etdilər.
Təsəvvür edək ki, Dağlıq Qarabağ mübahisəli ərazidir. Axı Füzuli, Laçın, Kəlbəcər, Zəngilan, Ağdam, Cəbrayıl və Qubadlı rayonları da mövcuddur. Bu ərazilər Azərbaycana məxsusdur və erməni hərbi birləşmələri tərəfindən Rusiyada Yeltsin rejiminin dəstəyi ilə 90-cı illərdə işğal edilib. Ermənilərdən kimsə deyə bilərmi ki, bu, belə deyil? Onlardan kimsə bunun Ermənistan ərazisi olduğunu deyə bilər?” - deyə o bildirib.
Onun sözlərinə görə, erməni qoşunları bu ərazilərdən çıxarılmalı və təcili olaraq bir milyondan artıq azərbaycanlı qaçqın geri qaytarılmalıdır: Maksim Şevçenko ədalət prinsipini üstün tutaraq Ermənistan ərazisindən 1988-ci ildə qovulan azərbaycanlıların da ata-baba yurdlarına qaytarılmalarını tələb edir. Jurnalistin qənaətinə görə, münaqişənin davam etməsində günahkar tez-tez dəyişən Ermənistan hakimiyyətidir.
“Mənim mövqeyim hər zaman dəyişməz qalıb. Hesab edirəm ki, ermənilər gərək yüz illərdir yaşadıqları Azərbaycana geri dönsünlər. Mən, həmçinin hesab edirəm ki, Ermənistandan qovulmuş 400 min azərbaycanlı öz evlərinə qayıtmalıdır. Bu, bütün insanlar üçün faciə olub. Ona görə də mən oraya getdim ki, müharibənin azərbaycanlılarla ermənilərin problemlərinin həlli üçün pis həll variantı olduğunu deyim. Məncə, bu rayonlar heç bir şərt irəli sürülmədən azad edilməlidir. Serj Sarkisyan pis və ya yaxşı olmasından asılı olmayaraq, 5 rayonun azad edilməsi ilə bağlı İlham Əliyevlə razılaşmışdı. Bu, situasiyanı müəyyən qədər normallaşdıracaqdı. Lakin Sarkisyanı devirdilər, yerinə Paşinyan gəldi və yenidən eskalasiya başladı. Mən Paşinyanın siyasətinə qarşıyam və hesab edirəm ki, işğal edilmiş ərazilərin azad edilməsi siyasəti davam etdirilməlidir. Əminəm ki, ağıllı ermənilər, Ermənistanın millətçilik mifinə yoluxmayan ağıllı vətəndaşları məni dəstəkləyəcəklər. Ona görə də mənim Füzuliyə səfərim simvolik idi. Mən iki qədim xalqı real dialoqa çağırıram”.
Rusiyalı jurnalist
Paşinyanın siyasətindən narazı olduğunu bildirməklə bərabər, gələcəyə inamlı olduğunu ifadə edib. Maksim Şevçenko açıq bildirir
ki, uzun illər davam edən
münaqişədə haqq Azərbaycanın
tərəfindədir. O, həmçinin Azərbaycanda hər
kəsin müharibəyə hazır olduğunu
da bildirib. Vurğulayıb ki, azərbaycanlılar
münaqişəni sülh yolu ilə həll
etməyə çalışsalar da, bununla bərabər
hərbi güclərini
artırırlar. İyun
ayının 26-da Bakıda
keçirilən möhtəşəm hərbi parad bunu nümayiş etdirdi. Müasir hərbi
texnika, dağıdıcı silahlar, tanklar, təyyarələr,
raketlər, artilleriya və s. Azərbaycan Silahlı Qüvvələrinin əzəmətini bütün
dünyaya göstərdi. Azərbaycan dünyaya
Tolstoyun dediyi kimi, mesaj verdi: “Biz
hərb istəmirik, hərbə hazırıq!”
İlyasov Vəli
Iki sahil.-
2018.- 11 iyul.- S.13