Duzdağda aparılan arxeoloji qazıntılar, 7 min illik tarix Naxçıvan duzu...

 

İnsanlar xörək duzunu çox qədimdən yüksək qiymətləndiriblər. Bəzən duz qızıl gümüşə bərabər götürülürdü. O, xeyir gəlir simvolu idi, onunla ödəmələr aparılırdı. Duzun daşınması böyük çətinliklər törədir, onun qıtlığı hətta müharibələrə səbəb olurdu. Yalnız son dövrlər sənaye nəqliyyatın inkişafı duzun şaxta üsulu ilə çıxarılması bu qiymətli mineral xammala olan tələbatın ödənməsini asanlaşdırdı.

 

Natrium xlorid - xörək duzu yer qabığında dəniz, okean, göl sularında duzlu məhlullarda yayılmışdır. Neft, qaz digər qiymətli təbii ehtiyatlardan fərqli olaraq xörək duzunun təbiətdəki ehtiyatı kifayət qədər çox olsa da, gündəlik həyatımızda xörək duzunun əhəmiyyəti neft sənayesində neftin rolu ilə müqayisə edilir Xörək duzu ən zəruri qida vasitələrindən biridir. Hər il on milyon tonlarla daş duz çıxarılsa da, duza olan tələbat qida sənayesində xalq təsərrüfatının digər sahələrində kimyəvi xammal kimi durmadan artır. Soda, xlor, xlorid turşusu kimi qiymətli məhsulların alınmasında natrium xloriddən ilkin xammal kimi istifadə olunur. Kolbasa, pendir, ət, balıq, tərəvəz konservləri istehsalı çox miqdarda duz tələb edir. Un məmulatları çörəyin tərkibindəki duz son nəticədə süfrəmizə qidamıza daşınır. Gündəlik həyatda insanlarla bərabər heyvanlar da duz qəbul etməlidir. Ev heyvanlarının yeminə duz əlavə edilir ki, onun da bir hissəsi ət süd məhsulları vasitəsi ilə yenidən bizim qidamıza daxil olur. Südlük ətlik ev heyvanlarında duzun çatışmaması dispepsiya, maddələr mübadiləsinin pozulması, qidanın çətin həzm olunması, zəhərlənmə simptomları, hətta ölüm halları əmələ gətirir. Canlı orqanizmlərin maddələr mübadiləsində xörək duzunun əsas tərkib hissəsindən biri olan natriumun rolu şox böyükdür. Onun birləşmələri qanın tərkibinə daxil olur, osmotik təzyiqin tənzimlənməsinə, su balansının saxlanılmasına kömək edir nəhayət turşu-əsas tarazlığını tənzimləyir. Bu kimyəvi element həmçinin hormonların yaranmasına təsir edir, orqanizmlərin bioloji məhlullarının pH-nın sabit səviyyədə saxlanmasına toxumalarda bu növ sistemlərin əmələ gəlməsinə xidmət edir. Maddələr mübadiləsi zamanı natrium kalium qarşılıqlı əlaqədə olduqlarından qəbul edilən qidada onların miqdarı tarazlaşdırılmalıdır. Orqanizmə zəruri olan natriumun əsas mənbəyi isə xörək duzudur. Deməli, canlı orqanizmlərin inkişafında natrium xloridin çox böyük əhəmiyyəti var. Lakin təbiətdə məlum olan qalit mineralı (təmiz natrium xlorid) silvin mineralı (kalium xlorid) ilə birlikdə təsadüf edir. Əsas kalium mineralı silvin ən çox söküntü süxurları silvinitin tərkibində natrium xloridlə birgə rast gəlir. Əgər bir ton silvinitdə 200 kiloqram kalium xlorid varsa, onda bu filiz əla hesab edilir. Kalium çıxarıldıqdan sonra 800 kiloqram xörək duzu qalır ki, bu da sənaye üçün əla xammal hesab edilir. Sevindirici haldır ki, Naxçıvan Muxtar respublikasında mövcud olan daş duz yataqlarında kalium xloridin maqnezium xloridin miqdarı çox azdır. Müəyyən edilmişdir ki, Naxçıvan yataqlarından çıxarılan duzun tərkibində natrium xlorid 93-95 %, həll olmayan quru qalıq isə 5% təşkil edir. Bu da doğma diyarımızın mineral sərvətinin qiymətini artırır, onun qida sənayesində istifadə imkanlarını genişləndirir. Müəyyən edilmişdir ki, insanın qanında bir faizə qədər natrium xlorid var demək olar ki, əksəriyyətimizin qanında məhz Naxçıvan duzu dövr edir. Bunun izahı çox asandır. Dadına kimyəvi tərkibinə görə Naxçıvan duzu yalnız ölkəmizdə deyil, dünyada ən yaxşı duz hesab edilir. Uzun illərdir ki, regionun qida texniki məqsədlərini təmin edən Naxçıvan duzu ölkəmizin əsas duz yatağı kimi şöhrət tapmışdır. Naxçıvan Muxtar Respublikasında bu mövzuda geniş tədqiqatlar aparan mərhum professor Mehdi SultanovAzərbaycan - uzunömürlülər diyarıkitabında müxtəlif növdə xörək duzlarının arterial təzyiqə təsirini öyrənmişdir. Müəllif göstərmişdir ki, tədqiq edilən duzlar içərisində Naxçıvan duzu orqanizmə müsbət təsir göstərir. Öyrənilən duzların kimyəvi tərkibi eyni deyil. Tədqiqatlar duzun tərkibindəki hansı qarışıqların arterial təzyiqə təsir etdiyini müəyyən etməyə imkan verir.

 

Professor Mehdi Sultanova görə, hipertoniklərə məhz Naxçıvan duzu, onun da müəyyən normada işlədilməsi məsləhətdir. Bu doza 5-6  qramı aşmamalıdır. İnfarkt-miokard hallarında bütün xörəklər az duzlu hazırlanmalı, qida məhsulları ilə 2-3 qram duz qəbul edilməlidir. Deməli, xəstə sağlam insanlarda duza olan tələbat eyni olmadığı kimi, onun istifadəsi eyni deyil insanın fərdi xüsusiyyətlərindən, xəstəliyin növündən asılıdır. Həmçinin müəyyən edilmişdir ki, müxtəlif yataqlardan çıxarılan duzların fiziki-kimyəvi xüsusiyyətləri orqanizmə bioloji təsiri müxtəlifdir. Orqanizmə normada qəbul ediləndə dost, normadan artıq qəbul ediləndə isə düşmən olan duz haqqında böyük Pliniy yazmışdır: “Bu maddə bəşər övladına o qədər zəruridir ki, hətta ruhən alınan zövq belə insanaduz”dan yaxşı təsir edə bilməz. Bu, iti ağlın bütün təzahürlərinə verilən ən yaxşı addır. Həyatda təbiətdə onun çatışmaması da, artığı da zərərlidir”. Ancaq aparılan araşdırmalarla sübut olunmuşdur ki,  Naxçıvan duzu orqanizm üçün ən faydalı ekoloji baxımdan təmiz duzdur.

 

Duzdağda aparılan arxeoloji qazıntılar Naxçıvanda yeddi min il bundan əvvəl duzdan geniş istifadə edildiyini söyləməyə imkan verir. Duzdağdan əldə edilən maddi-mədəniyyət nümunələri yalnız Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqaz Yaxın Şərq ölkələrində duzun mədən üsulu ilə yalnız Naxçıvanda çıxarıldığını sübut edir. Hazırda Duzdağ dünyanın ən qədim duz mədəni hesab edilir. Bundan əlavə, Naxçıvan duzu öz keyfiyyəti ilə dünyada birincidir. Bütün bunları nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2017-ci il 12 sentyabr tarixdəNaxçıvan Duz Muzeyinin yaradılması haqqındaSərəncam  imzalamışdır. Sərəncamda göstərilir ki, Naxçıvan Duz Muzeyinin yaradılmasında əsas məqsəd Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu nəzərə alaraq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etməkdir. Aprelin 25-də Naxçıvan Duz Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov duzun Naxçıvan tarixindəki yerindən bəhs edərək demişdir: “Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur. 5-7 min il bundan əvvəl tədavüldə qiymətli metallardan puldan istifadə olunmurdu. Həmin dövrdə yeganə tədavül vasitəsi duz olduğunu nəzərə alaraq demək olar ki, Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır”.

 

Ali Məclisin Sədri Naxçıvanın şəhər kimi formalaşmasına 5-7 min il bundan əvvəl başlandığını qeyd etmiş, bunu duz çıxarılması Nuh peyğəmbərlə bağlı olduğunu əsaslandırmış, AMEA Naxçıvan Bölməsinə gələcəkdə Naxçıvan duzu ilə bağlı tədqiqatların genişləndirilməsini tapşırmışdır. Əminik ki, araşdırmaların genişləndirilməsi gələcəkdə Naxçıvan duzunun tarixi ilə bağlı yeni faktların aşkar olunmasını təmin edəcək, Naxçıvan duzunun fiziki-kimyəvi keyfiyyətlərinin öyrənilməsi onun müalicəvi əhəmiyyətini daha da artıracaq bu, insanların sağlamlığının mühafizə olunmasına xidmət edəcəkdir.

 

Fizzə Məmmədova.

 

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya mineral sular Laboratoriyasının müdiri,

kimya üzrə fəlsəfə  doktoru, dosent

İki sahil.- 2018.- 2 iyun.- S.21