Heydər Əliyev Fondunun
uşaqların hüquqlarının qorunması, sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində
misilsiz fəaliyyəti var
Milli Məclisin Əmək və
sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev
www.yap.org.az saytına müsahibəsi
-
Rauf müəllim, hər il 1 iyun tarixi Uşaqların Beynəlxalq
Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda
uşaq hüquqlarının təmin olunması da dövlət
siyasətinin prioritet istiqamətlərindən biridir. Bu barədə
nə deyə bilərsiniz?
- Bildiyimiz kimi, 1950-ci il iyunun 1-də
keçirilmiş Qadınların Beynəlxalq Konfransında
uşaq hüquqlarının təmin edilməsi məqsədilə
qərara alınıb ki, bu tarix bütün dünyada
Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi
qeyd edilsin. Azərbaycan da beynəlxalq birliyin üzvü
kimi hər il bu günü qeyd edir. Bundan əlavə, BMT tərəfindən
1989-cu ildə Uşaq Hüquqları haqqında Konvensiya qəbul
olunub. Eyni zamanda, BMT Baş Assambleyasının müvafiq qərarı
ilə 20 noyabr tarixi də Ümumdünya Uşaqlar
Günü kimi qeyd olunmaqdadır.
Əlbəttə, ölkəmizdə
uşaqların sağlam, firavan yaşamasına, onların
hüquqlarının yüksək səviyyədə
qorunmasına xidmət edən dövlət siyasətinin əsası
xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulub. Ulu öndər Heydər Əliyev
1993-cü ildə respublikamızda ikinci dəfə hakimiyyətə
gəldikdən sonra bütün sahələrdə olduğu
kimi, uşaq hüquqlarının qorunması, uşaqların
sosial müdafiəsinin gücləndirilməsi, hərtərəfli
qayğı ilə əhatə olunması istiqamətində
genişmiqyaslı işlər
görüldü. Bu dövrdən etibarən uşaqların
sağlamlıqlarının qorunması, müasir, sivil tələblərə
cavab verən şəraitdə təhsil almaları istiqamətində
mühüm tədbirlər həyata keçirildi. Ölkəmizdə
uşaqların ən böyük himayədarı Ulu öndər
Heydər Əliyev dövlət siyasətinin ən vacib
istiqamətlərindən biri kimi böyüməkdə olan nəslin
sağlam, firavan, xoşbəxt yaşamasını göstərib.
Azərbaycan Respublikası uşaq hüquqlarının təminatı
ilə bağlı bir sıra beynəlxalq sazişlərə,
o cümlədən 1994-cü ildə BMT-nin “Uşaq
hüquqları haqqında” Konvensiyasına qoşuldu. Təbii ki, ölkəmizin bu konvensiyaya
qoşulması uşaq hüquqlarına yüksək mənəvi
dəyər verərək, onların normal sosial-mənəvi
ruhda layiqli insan kimi yetişməsi, bu yolda qarşıya
çıxan problemlərin aradan qaldırılması,
uşaqların ehtiyaclarının hərtərəfli təmin
olunması istiqamətində addımların
atıldığını bir daha təsdiq etdi. Həmçinin
uşaq hüquqlarının müdafiəsi ilə
bağlı zəngin qanunvericilik bazası formalaşdı, Azərbaycan
Respublikası Milli Məclisində uşaqların
hüquqlarının qorunmasına dair mühüm
qanunvericilik aktları da qəbul olundu. Bu mənada “Uşaq
hüquqları haqqında”, “Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların
sosial müdafiəsi haqqında” qanunların qəbulunu
xüsusi qeyd etməliyik.
Qeyd edim ki, “Uşaq
hüquqları haqqında” qanunda uşaqların hüquq bərabərliyi,
yaşamaq və inkişaf etmək hüququ, həyat və
sağlamlığının mühafizəsi hüququ, ad və
vətəndaşlıq almaq hüququ, tərbiyə almaq
hüququ, azadlıq və şəxsi toxunulmazlıq hüququ, zəruri maddi təminat hüququ, vicdan -
fikir və söz azadlığı, məlumat
azadlığı, ailədə yaşamaq hüququ,
yaşına, səhhətinə, ümumtəhsil və
peşə hazırlığı səviyyəsinə
uyğun olaraq əmək hüququ, istirahət hüququ,
ictimai təşkilatlarda birləşmək hüququ, şərəf
və ləyaqətinin müdafiəsi hüququ təsbit
olunub.
Bu gün uşaqların ən böyük
hamisi olan ölkə başçısı İlham
Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
rəhbərliyi ilə bu istiqamətdə mühüm
addımlar atılır, böyük işlər
görülür. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına
əsasən 2009-cu il ölkəmizdə “Uşaq ili” elan
olunub. Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara
dövlət qayğısının gücləndirilməsi,
uşaq problemlərinin həllinə diqqətin
artırılması məqsədilə bir sıra proqramlar həyata
keçirilir.
Azərbaycan insan hüquqlarına, onun tərkib
hissəsi olan uşaq hüquqlarına hörmətlə
yanaşır. Dövlət siyasətinin əsas
istiqamətlərindən biri uşaqların təhsilinin,
sağlamlığının, asudə vaxtının səmərəli
keçirilməsinin təmin edilməsi, onlar
üçün bütün sahələrdə bərabər
imkanların yaradılmasıdır.
- Qeyd etdiniz ki, Heydər Əliyev Fondu tərəfindən
uşaq problemlərinin həlli ilə bağlı müxtəlif
tədbirlər həyata keçirilir. Bütün bunların
əhəmiyyəti nədən ibarətdir?
- Şübhə yoxdur ki, ölkəmizdə
uşaqların hüquqlarının qorunması, onların
sosial müdafiəsinin gücləndirilməsi ilə
bağlı tədbirlərdən danışarkən, biz Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın və onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə misilsiz fəaliyyətini
xüsusilə qeyd etməliyik. Mehriban xanım
Əliyevanın bilavasitə rəhbərliyi ilə həyata
keçirilən çoxsaylı layihələr və proqramlar
uşaqlarımızın taleyində müstəsna rol
oynayıb.
Uşaqların sağlam və yüksək təhsilli
böyümələri, gələcəkdə intellektli
şəxslər kimi formalaşmalarına diqqət yetirmək,
onların geniş qayğı ilə əhatə olunması
fondun fəaliyyət prioritetlərindən biridir. Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi
ötən illər ərzində uşaqlarımız
üçün çoxsaylı səhiyyə obyektləri, bədii-yaradıcılıq
mərkəzləri, idman və istirahət komplekslərinin
tikilməsi istiqamətində çoxsaylı layihələr
həyata keçirib, müxtəlif əlamətdar günlərdə
və bayramlarda Mehriban xanım Əliyevanın
təşəbbüsü və birbaşa iştirakı ilə
uşaqlarımız üçün mərasimlər, şənlik
tədbirləri keçirilib, müxtəlif hədiyyələrlə
balalarımızın qəlbinə sevinc, könlünə
xoş ovqat bəxş edib.
“Uşaq evləri və internat məktəblərinin
inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”
proqramları, “Təhsilə dəstək”, “Diabetli uşaqlara
ən yüksək qayğı”, “Talassemiyasız həyat
naminə” və bu kimi layihələr istər təhsil, istərsə
də səhiyyə sahəsində Mehriban xanım Əliyevanın
uşaqlarla bağlı fəaliyyətində istiqamətverici,
stimulverici olub.
- Hazırda bu istiqamətdə nə kimi tədbirlər
həyata keçirilir?
- Bu gün ölkəmizdə uşaq
hüquqlarının müdafiəsi ilə bağlı
müxtəlif tədbirlər keçirilir. Azərbaycan
hökuməti uşaqlar üçün bütün sahələrdə
geniş imkanlar yaradıb. Uşaqlar bu imkanlardan səmərəli
istifadə etməli, bilik və bacarıqlarını
artırmalı, tariximizi, mədəniyyətimizi yaxşı
öyrənməlidirlər. Təəssüflə qeyd etməliyik
ki, müəyyən qədər ailələrdə baş
verən mənfi hallar da uşaqlara təsir göstərir.
Bunun aradan qaldırılması üçün profilaktik tədbirlər
görülür, uşaqlara hüquqi yardım göstərilir.
Uşaqların sağlam
mühitdə tərbiyə edilməsi üçün zəruri
şəraitin yaradılması, valideyn himayəsindən məhrum
olan uşaqların dövlət qayğısı ilə təmin
edilməsi, uşaqlara qarşı zorakılığın
qarşısının alınması kimi məsələlər
daim diqqət mərkəzindədir. Uşaqların
problemlərinin həllində onlarla dialoqun qurulması vacib
amillərdəndir. Uşaqların danışmaq və dinlənmək
hüququ təmin edilməlidir. Əgər bir dövlət
güclü olmaq, stabil inkişaf etmək istəyirsə,
uşaqlara lazımi diqqəti göstərməlidir. Azərbaycanda
uşaqların xoşbəxt, firavan böyüməsi
üçün onlara yaradılmış şərait,
dövlət qayğısı təqdirəlayiqdir. Uşaqların rifahının yüksəldilməsi,
onların intellektual səviyyəsinin artırılması
dövlət siyasətinin başlıca vəzifələrindən
biridir. Ümumiyyətlə, uşaqların hüquqları
ölkəmizdə ən ali səviyyədə Konstitusiya
qanunları ilə qorunur və dövlət uşaq
hüquqlarının qorunmasının və təhlükəsizliyinin
qarantıdır.
- Rauf müəllim, bəs sağlamlıq
imkanları məhdud olan uşaqların sosial müdafiəsi
istiqamətində görülən işlər hansı səviyyədədir?
- Respublikamızda əlilliyin
qarşısının alınması, əlilliyi olan şəxslərin
tibbi-sosial reabilitasiyası, onlara layiqli həyat şəraitinin
yaradılması həm ölkənin Konstitusiyasında, həm
əsas strateji sənəd olan “Azərbaycan 2020 gələcəyə
baxış” İnkişaf Konstitusiyasında, həm də
müvafiq hüquqi-normativ sənədlərdə təsdiq olunub. “Əlilliyin, uşaqların
sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında qanun
vasitəsilə bu sahədə dövlət siyasəti müəyyənləşdirilib.
Bu sahədə ən mühüm məsələlərdən
biri olan əlillərin və fiziki imkanları məhdud olan
şəxslərin sosial infrastruktur obyektlərindən sərbəst
istifadə etmələri üçün lazımi
qanunvericilik bazası müəyyənləşdirilib.
Azərbaycan Respublikasında
müvafiq icra hakimiyyəti orqanları, müəssisələr
(birliklər), idarələr və təşkilatlar
(mülkiyyət və təsərrüfat formasından
asılı olmayaraq) sosial infrastruktur obyektlərinin, mənzillərin,
ictimai, istehsal binalarının və qurğularının əlillər
və sağlamlıq imkanları məhdud uşaqlara
maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və
nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya
vasitələrindən, istirahət və asudə vaxt yerlərindən
onların sərbəst istifadə etməsi üçün
lazımi şəraitlə təmin etməlidirlər.
Qanunvericilikdə nəzərdə
tutulduğu kimi, son illərdə respublikamızda istifadəyə
verilən sosial infrastruktur obyektləri, o cümlədən
yaşayış binaları, aeroportlar, avtovağzallar, idman
qurğuları və digərlərində əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların tələbləri
nəzərə alınır. Bundan başqa, mövcud
sosial infrastruktur obyektlərinin bu tələblərə
uyğunlaşdırılması sahəsində də müəyyən
işlər aparılır.
Rauf
Əliyev
Iki sahil.-
2018.-2 iyun.- S.12