Naftalan müasir turizm mərkəzinə çevrilir

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Naftalan da özünün yeni inkişaf dövrünə qədəm qoyub. Bu gün Naftalan həm müalicəvi neftinə, həm müasir turizm infrastrukturuna görə turistlərin xüsusi diqqətinə layiq olan nadir kurort şəhərlərindən birinə çevrilməkdədir.

Qısa zaman kəsiyində Naftalanda 3 böyük sanatoriya (“Çinar”, “Qaşaltı”, “Qarabağ”) yenidən tikilib, əsaslı şəkildə təmir edilib istifadəyə verilib. Hazırda Naftalanda üçü 5 ulduzlu olmaqla 10 sanatoriya fəaliyyət göstərir. Yaxın gələcəkdə bu şəhərdə yeni mehmanxananın, eləcə böyük olmayan digər mərkəzlərin, istirahət zonalarının təşkili gözlənilir. Bu isə artıq Naftalanın dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilməsinin işartılarıdır.Son 10 ildə Naftalanda görülən işləri həm ümumi inkişaf dinamikamızın göstəricisi kimi qəbul etmək olar. Cənab İlham Əliyevin dediyi kimi,   Naftalanda yeni obyektlərin, yerlərinin yaradılması son illər ərzində çox sürətlə gedib. Bütün bunlar isə sabaha olan ümidləri daha da artırır: “Əminəm ki, bundan sonra Naftalanda işlər yaxşı gedəcək şəhərin inkişafı uğurla davam etdiriləcək”.Həyata keçirilən bu kimi tədbirlər sayəsində Naftalan artıq xarici turistlərin diqqət mərkəzinə düşüb. Ötən il bu şəhərə 35 min turistin gəlməsi buna sübutdur. Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının kollektivi ilə görüşdə bu göstəricini başlanğıc kimi dəyərləndirib: “Baxın, on il bundan əvvəl, ümumiyyətlə, gələn qonaqlardan söhbət belə getmirdi. Ancaq ötən il 35 min qonaq gəlib. Mən hesab edirəm ki, bu, hələ başlanğıcdır. Çünki məndə olan məlumata görə, sovet vaxtında Naftalana ildə 70 min qonaq gəlirdi... Hesab edirəm ki, bu gün Azərbaycanda turizmin çox sürətlə inkişaf etdiyini nəzərə alsaq, biz bu hədəfə çata bilərik. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 5 ayında isə 10 faiz artıb. Azərbaycan indi dünya miqyasında gözəl turizm mərkəzi kimi tanınır. O cümlədən müalicəvi turizmin inkişafı üçün bizdə bütün imkanlar var, həm Naftalanda, həm digər şəhərlərdə. Belə şəraiti olan şəhərdə əlbəttə ki, qonaqların sayı artmalıdır”.Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə şəfa tapmaq, eləcə istirahət etmək məqsədilə Naftalana üz tutan yerli xarici turistlərin sayı əvvəlki illə müqayisədə 40 faiz çox olub. Bunun da 7309 nəfəri 62 ölkədən gələn xarici turistlər təşkil edib. Bu həm paytaxtdan sonra bölgələrə üz tutan xarici turistlərin coğrafiyasına görə ən yüksək göstəricidir. Xarici ölkələrdən gələnlərin sayında isə 2016-cı illə müqayisədə 32 faiz artım müşahidə olunub. Burada il ərzində daha çox Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə Ukraynadan olan turistlər istirahət edib, yaxud müalicə alıblar. Naftalanın müalicəvi əhəmiyyətli neft vannalarında ilk dəfə olaraq Asiya qitəsindən Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Kamboca, Yeni Zelandiya, Filippindən, Amerika qitəsindən Kanada, Meksika, Braziliya ABŞ-dan, Afrika respublikalarından, hətta uzaq Avstraliyadan gələn turistlər sağlamlıqlarını bərpa ediblər.

Bəli, artıq bu artım özünü göstərməkdədir. 2018-ci ilin birinci rübündə Naftalana üz tutan turistlərin sayı ötən ilin müvafiq dövrü  ilə müqayisədə 20,1 faiz çox olub. Belə ki, bu dövrdə turizm obyektlərində 5 mindən artıq turist qeydə alınıb ki, onun da 2241 nəfəri xarici turistlər olub. Bu temp isə o deməkdir ki, yaxın illərdə Naftalanın qonaqları sovet dönəmindəkindən çox olacaq. Naftalan buna  keçmiş şöhrətini daha da yüksək səviyyədə, daha da müasir keyfiyyətli səviyyədə bərpa etməklə imza atacaq.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Naftalan eyniadlı nadir müalicəvi nefti ilə tanınır. Təbiətdə analoqu olmayan bu neftdən 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Keçmiş SSRİ dönəmində Naftalan İttifaqın məşhur kurortları arasında  müalicə-sağlamlıq əmsalının yüksəkliyi ilə ön sırada olub. Bütün bunlara görə Naftalan nefti Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biri sayılır. Lakin SSRİ dağılandan sonra məlum hadisələrlə bağlı bundan yararlanmaq mümkün olmayıb.  Ulu öndər Heydər Əliyevin onun siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində artıq Naftalan onun qiymətli təbii sərvəti öz keçmiş şöhrətini qaytarmaqdadır.

 Qvami Məhəbbətoğlu

İki sahil.- 2018.- 7 iyun.- S.10.