Naftalan müasir turizm mərkəzinə çevrilir
07-06-2018 [ 11:00 ] [ oxunub:1526 ]A+ | A-
Regionların sosial-iqtisadi inkişafı
Dövlət proqramları
çərçivəsində həyata keçirilən
tədbirlər nəticəsində
Naftalan da özünün
yeni inkişaf dövrünə qədəm
qoyub. Bu gün
Naftalan həm müalicəvi neftinə,
həm də müasir turizm infrastrukturuna görə turistlərin xüsusi diqqətinə layiq olan nadir kurort şəhərlərindən birinə
çevrilməkdədir.
Qısa
zaman kəsiyində Naftalanda 3 böyük sanatoriya (“Çinar”, “Qaşaltı”, “Qarabağ”)
yenidən tikilib, əsaslı şəkildə
təmir edilib və istifadəyə verilib. Hazırda Naftalanda üçü
5 ulduzlu olmaqla 10 sanatoriya fəaliyyət göstərir. Yaxın gələcəkdə
bu şəhərdə
yeni mehmanxananın, eləcə də böyük olmayan digər mərkəzlərin,
istirahət zonalarının
təşkili gözlənilir.
Bu isə artıq
Naftalanın dünyanın
nadir turizm mərkəzlərindən
birinə çevrilməsinin
işartılarıdır.
Son 10 ildə Naftalanda
görülən işləri
həm də ümumi inkişaf dinamikamızın göstəricisi
kimi də qəbul etmək olar. Cənab İlham
Əliyevin dediyi kimi, Naftalanda yeni obyektlərin, iş yerlərinin yaradılması
son illər ərzində
çox sürətlə
gedib. Bütün bunlar isə sabaha olan ümidləri
daha da artırır:
“Əminəm ki, bundan sonra Naftalanda
işlər yaxşı
gedəcək və şəhərin inkişafı
uğurla davam etdiriləcək”.
Həyata keçirilən bu kimi tədbirlər sayəsində Naftalan artıq xarici turistlərin diqqət mərkəzinə düşüb. Ötən
il bu
şəhərə 35 min turistin
gəlməsi də buna sübutdur. Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi
Xəstəxanasının kollektivi ilə görüşdə bu göstəricini başlanğıc
kimi dəyərləndirib:
“Baxın, on il
bundan əvvəl, ümumiyyətlə, gələn
qonaqlardan söhbət
belə getmirdi. Ancaq ötən il 35 min qonaq
gəlib. Mən hesab edirəm
ki, bu, hələ
başlanğıcdır. Çünki məndə
olan məlumata görə, sovet vaxtında Naftalana ildə 70 min qonaq gəlirdi... Hesab edirəm ki,
bu gün Azərbaycanda turizmin çox sürətlə
inkişaf etdiyini nəzərə alsaq, biz bu hədəfə çata bilərik. Turistlərin sayı
2016-cı ildə 22 faiz,
2017-ci ildə 20 faiz, bu ilin 5 ayında
isə 10 faiz artıb. Azərbaycan indi dünya
miqyasında gözəl
turizm mərkəzi kimi tanınır. O cümlədən müalicəvi
turizmin inkişafı
üçün bizdə
bütün imkanlar var, həm Naftalanda,
həm digər şəhərlərdə. Belə şəraiti
olan şəhərdə
əlbəttə ki, qonaqların sayı artmalıdır”.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə şəfa tapmaq, eləcə də istirahət etmək məqsədilə
Naftalana üz tutan yerli və
xarici turistlərin sayı əvvəlki illə müqayisədə
40 faiz çox olub. Bunun da 7309 nəfəri 62 ölkədən gələn
xarici turistlər təşkil edib. Bu həm də
paytaxtdan sonra bölgələrə üz
tutan xarici turistlərin coğrafiyasına
görə ən yüksək göstəricidir.
Xarici ölkələrdən gələnlərin
sayında isə
2016-cı illə müqayisədə
32 faiz artım müşahidə olunub.
Burada il
ərzində daha çox Rusiya, Qazaxıstan, Özbəkistan,
Türkiyə və Ukraynadan olan turistlər istirahət edib, yaxud müalicə
alıblar. Naftalanın
müalicəvi əhəmiyyətli
neft vannalarında ilk dəfə olaraq Asiya qitəsindən Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Kamboca, Yeni Zelandiya, Filippindən, Amerika qitəsindən Kanada, Meksika, Braziliya və ABŞ-dan, Afrika respublikalarından, hətta uzaq Avstraliyadan gələn turistlər sağlamlıqlarını
bərpa ediblər.
Bəli, artıq
bu artım özünü göstərməkdədir.
2018-ci ilin birinci rübündə Naftalana üz tutan turistlərin
sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə
20,1 faiz çox olub. Belə ki, bu dövrdə
turizm obyektlərində
5 mindən artıq turist qeydə alınıb ki, onun da 2241 nəfəri
xarici turistlər olub. Bu temp
isə o deməkdir ki, yaxın illərdə Naftalanın
qonaqları sovet dönəmindəkindən də
çox olacaq. Naftalan buna keçmiş şöhrətini daha da yüksək səviyyədə, daha da müasir və keyfiyyətli səviyyədə bərpa
etməklə imza atacaq.
Yeri gəlmişkən,
onu da qeyd
edək ki, Naftalan eyniadlı nadir müalicəvi nefti ilə tanınır. Təbiətdə
analoqu olmayan bu neftdən 70-dən çox xəstəliyin müalicəsində istifadə
olunur. Keçmiş
SSRİ dönəmində Naftalan İttifaqın məşhur kurortları arasında müalicə-sağlamlıq əmsalının
yüksəkliyi ilə
ön sırada olub. Bütün bunlara görə Naftalan nefti Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biri
sayılır. Lakin
SSRİ dağılandan sonra
məlum hadisələrlə
bağlı bundan yararlanmaq mümkün olmayıb. Ulu öndər Heydər Əliyevin və onun siyasi kursunu
uğurla davam etdirən cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər
sayəsində artıq
Naftalan və onun qiymətli təbii sərvəti öz keçmiş şöhrətini qaytarmaqdadır.
Qvami Məhəbbətoğlu
İki
sahil.-2018.- 7 iyun.- S.10