15 İyun
dövlət müstəqilliyimizin
qorunması və daha da möhkəmləndirilməsi
tarixidir
Tariximizə Milli Qurtuluş
Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik
bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması
xalqımızın çoxəsrlik
tarixinə taleyüklü
möhtəşəm siyasi
hadisə kimi daxil oldu.1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə
ikinci dəfə dövlət müstəqilliyini
elan etdi. Təəssüf ki, müstəqilliyin ilk illərində dövlətin
idarəçilik sükanı
arxasında xalqın qüvvələrini bir yerə cəmləşdirə
biləcək qüdrətli
bir lider yox idi. Həmin dövrdə
Azərbaycan ərazilərinin
davamlı işğalı,
getdikcə gərginləşən
siyasi vəziyyət, əhalinin günbəgün
ağırlaşan sosial
durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir rəhbərə ehtiyac olduğunu şərtləndirirdi.
Cəmiyyətin bütün təbəqələri
əmin idi ki, yenicə müstəqillik qazanmış
ölkəni düşdüyü
ağır vəziyyətdən
çıxarmağa qadir
yeganə şəxsiyyət
məhz Heydər Əliyevdir. Əslində,
bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin
ətrafında sıx
birləşməklə öz
gələcək taleyini
özü həll etmək niyyətində
idi.1993-cü ilin ortalarına
doğru hakimiyyət böhranı getdikcə daha kəskin xarakter alırdı. Bu dövrdə hakimiyyətdə
olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi
üçün təhlükə
yaratdılar. Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyev müstəqilliyimizin
bu mərhələsini
belə xarakterizə edirdi: “Azərbaycan
böyük təhlükə
qarşısında idi.
Çünki Azərbaycanın
müstəqil yaşamasının
əleyhinə olan həm daxildəki qüvvələr güclü
idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə,
zəngin təbii sərvətlərə malik
olan ölkənin
tam müstəqil olması başqa ölkələrdə bəzi
dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi
təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi,
məğlubiyyətə uğraması,
ikinci tərəfdən
də daxildə hakimiyyət çəkişməsi
1992-ci ilin iyun ayında hakimiyyətə
gəlmiş qüvvələri
bir ildən sonra hakimiyyətdən saldı, xalq özü
saldı”.1993-cü ildə xalqın xahiş və tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə
yenidən qayıdışından
sonra ölkədə
baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində,
sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında
və xalqımızın
strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır.
1993-cü ildə “olum,
ya ölüm” ayrıcında qalmış
Azərbaycan Heydər
Əliyevin yorulmaz fəaliyyəti nəticəsində
gələcəyə inamla
baxan qüdrətli bir dövlətə çevrilmişdir.Yazının əvvəlində qeyd
etdiyimiz kimi, 15 iyun müasir Azərbaycan dövlətinin
tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.
Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin
arzu və istəklərini nəzərə
alaraq Heydər Əliyevin hakimiyyətə
qayıtdığı 15 gününü
əbədiləşdirmişdir. 15 iyun - Qurtuluş Milli Qutuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci
ilin 27 iyununda rəsmiləşdirildi. Milli
Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan
xalqının azadlığının,
müstəqil dövlətçiliyinin
müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər
Əliyevin öz xalqının iradəsinə
tabe olaraq ölkə rəhbərliyinə
qayıtması, əslində,
onun müstəqil Azərbaycan Respublikasını,
Azərbaycan xalqını, milli azadlıq
hərəkatında qazanılmış
tarixi nailiyyətləri
məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü
olaraq öz üzərinə götürməsi
idi. Bu, sözün əsl mənasında, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”
deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında
misilsiz fədakarlığı
idi”.Həmin
vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir
və Azərbaycan dövlətinin qurtuluşunun
başlanğıcı kimi
dəyərləndirir. Ötən
illərdə Ümummilli
Liderimizin həyata keçirdiyi şərəfli
xilaskarlıq missiyası
xalqımızın və
bütün dünyanın gözü
qarşısında cərəyan
etmiş, Azərbaycan
məhv olmaq təhlükəsindən qurtularaq
gələcəyə inamla
baxan güclü bir dövlətə çevrilmişdir. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində reallaşdırdığı nəhəng
işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Bu gün Azərbaycanda
müstəqil dövlətçilik
ənənələri formalaşdırılmışdır
və şübhəsiz
ki, bu mühüm
nailiyyətin əldə
edilməsində ümummilli
lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna
əhəmiyyəti vardır.
Onun siyasi xadim kimi yürütdüyü
siyasətin başlıca
qayəsi Azərbaycanı
hər bir vətəndaşının təhlükəsizliyini
qoruya biləcək qədər qüdrətli
dövlətə çevirmək
olmuşdur. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil
ölkəmizi inamla gələcəyə doğru
aparır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu
yol Heydər Əliyevin müəyyənləşdirdiyi
yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə
demişdir: “Heç bir qüvvə Azərbaycanın müstəqilliyini
əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini
məhv edə bilməz”. Bu inam, bu qətiyyət
Milli Qurtuluş Gününün mənası
və verdiyi ibrət dərsləridir.
Bu, onu göstərir
ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya
və əməlləri
yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.“...Heydər Əliyev qalib idi. O, bütün
döyüşlərdən qalib kimi çıxıb,
heç kim ona qalib gələ
bilməmişdir. Əslində,
o, yeni güclə,yeni
enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı
və tarixdə qalib kimi qaldı.
Heç kim və heç nə ona qalib
gələ bilmədi.
Nə xarici düşmənlər, nə
də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi
uğursuz siyasətçilər.
Ona zaman da qalib gələ
bilmədi. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq o, ürəyimizdə yaşayır,
qəlbimizdə yaşayır,
onun əməlləri,
ideyaları yaşayır,
onun siyasəti yaşayır və əbədi yaşayacaqdır!” Azərbaycan Prezidenti cənab
İlham Əliyevin söylədiyi bu fikirlər zaman keçdikcə öz əhəmiyyətini qoruyur.Heydər
Əliyevin yenilməz
iradəsi, uzaqgörənliyi,
fədakarlığı onu
bütün dünya azərbaycanlılarının lideri
etmiş, ömür yolu doğma Vətənə xidmət
nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını
canından artıq sevdiyi xalqına, ölkəsinə həsr
etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı
və qurucusu kimi yer tutmuşdur.
Heydər Əliyev fenomeninə
məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırmışdır. Çoxşaxəli
və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin
əbədiyaşar dahisinə
çevrilmişdir. Azərbaycan
xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı
kimi qəbul edir.
Elçin Zaman
İki
sahil.- 2018.- 8 iyun.-S.10.