Şərəf tariximiz

Bu gün Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində (ADMİU) 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuşŞərəf tariximizmövzusunda tədbir keçirildi.Tədbiri giriş sözü ilə ilə professor Validə Məmmədova açaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıtmasaydı Azərbaycan çox ağır vəziyyətlə üzləşərdi: “1993-cü ilin qanlı iyun hadisələri hamımızın yaxşı yadındadır. 35 nəfərin həlak olduğu, 130 nəfərin yaralandığı hərbi əməliyyatlar Azərbaycanın vətəndaş müharibəsinin astanasında olduğunu göstərirdi. Gəncə hadisələrindənvəcdə gələnlərrespublikanın bir çox bölgələrində qanun pozuntuları törədir, ölkədə özbaşınalıq, zorakılıq halları, hərc-mərclik baş alıb gedirdi. Ulu Öndər öz uzaqgörənliyi siyasi qətiyyəti ilə 1993-cü ildə ölkəni bu ağır durumdan xilas etdi həmin ildən başlayaraq respublikanı süquta aparan xətdən inkişafın zirvələrinə doğru yol başlandı. İndi bu siyasi-iqtisadi inkişaf yolunu Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev böyük uğurla davam etdirir”.Milli Məclisin deputatı, professor Jalə Əliyeva 2018-ci ili Azərbaycan tarixində şanlı yubileylər ili kimi xarakterizə etdi: “2018-ci ildə Azərbaycanda çox önəmli hadisələrin yubileyləri qeyd olunur. Bu il həm Ulu Öndərin, həm akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyləridir. 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tarixidir, bu il həm 1993-cü ildə ölkəmizin xaosdan, süqutdan qurtuluş tarixinin 25 illik yubileyidir. Bütün bu şərəfli tarixi rəqəmlər sadəcə statistika deyil, bu rəqəmlərin arxasında Azərbaycanın çox önəmli tarixi salnaməsi dayanır.1923-cü ildə Naxçıvanda sadə bir ailədə dünyaya gələn övlad elə həmin yüzillikdə bir xalqın ümid, güvənc yerinə, dahi liderinə çevriləcəkdi, öz ölkəsini xalqını böyük bir fəlakətdən xilas edəcəkdi. 1993-cü ilin dəhşətli iyun günlərini yaxşı xatırlayırıq. Xaos, hərc-mərclik, iqtisadi tənəzzül, saatlarla çörək növbəsi, bir-birinin ardınca işğal olunan tarixi yurd yerlərimiz ... İndiki kimi yadımdadır; kiçik qızımı bağçadan güllə yağışı altında bağrıma basaraq zorla evə gətirə bilirdim. Çox qorxulu günlər idi. Qardaş qanının axıdılacağı, vətəndaş müharibəsinin olacağı ehtimalı ilə bağlı olan bu qorxu bütün Azərbaycanı bürümüşdü. Həmin çətin günlərdə Azərbaycanın böyük oğlu təyyarə ilə Bakıya gəldi..Ulu Öndəri gətirən o təyyarəni obrazlı, poetik şəkildə xilaskar Simurq quşuna bənzədirəm. Ulu öndər Heydər Əliyevin gəlişi ilə bütün xalqımız həmrəy oldu, eyni ideologiya ətrafında birləşdi. Qayıdış, qurtuluş inkişafı hədəfləyən o böyük gün müasir Azərbaycan tarixinin ən əhəmiyyətli günlərindən birinə çevrildi.

Türkiyənin 9-cu Prezidenti, Ümummilli Liderin yaxın dostu Süleyman Dəmirəl xatirələrində qeyd edirdi ki, əziz dostum qardaşım Heydər Əliyev Naxçıvanda ikən ondan Azərbaycana üçün gəldiyini soruşanda o, cavab verdi: “Çünki mən türkəm. Doğulduğum yerdə xalqıma xidmət etmək istədim, başqa yerdə bunu edə bilməzdim”. Bu sözlərdən sonra mən onu daha da çox sevdim. Azərbaycanı belə ürəkdən sevən bir insanı xalqı da ta əbədiyyətə qədər sevəcək”.

Süleyman Dəmirəl yanılmırdı. Həqiqətən Ulu Öndər öz Vətən sevgisi ilə əbədi ümumxalq məhəbbətini qazandı. Ulu Öndər təkcə öz xalqının deyil, bütün türk dünyasının lideridir”.

YAP Siyasi Şurasının üzvü, “İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında Ulu Öndərin Azərbaycan tarixindəki əvəzolunmaz mövqeyindən söz açdı: Əgər Ulu Öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmasaydı bu gün suveren, qüdrətli Azərbaycanın varlığından söhbət gedə bilməzdi. Ümummilli Liderin qayıdışı Azərbaycanı həm daxili, həm xarici bədxah qüvvələrdən qorudu. Məhz 1993-cü ildən Azərbaycanda iqtisadi inkişafın təməli qoyuldu. Azərbaycanın dövlətçilik tarixində mürəkkəb mərhələlər olub. 1993-cü ilin yayı da belə ağır dönəmlərdən biridir. Biz ulu öndər Heydər Əliyevi müstəqil Azərbaycanın qurucusu adlandıranda tam həqiqəti səsləndiririk. Çünki ölkəmiz 1991-ci ildə müstəqillik əldə etsə , sonrakı illərdə Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycanda hüquqi , demokratik dövlət quruculuğu məhz 1993-cü ildən sonra başlanıb.

 

1993-cü ilin 15 iyun günü Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edən uğurlu bir yolun başlanğıcının tarixidir. Müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir. Müstəqilliyimizin ilk illərində Azərbaycan həmin dövrün iqtidarının səriştəsiz, qabiliyyətsiz, yarıtmazidarəçiliyinəticəsində dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşəndə xalqımız öz Ulu Öndərinə güvəndi.Ulu Öndərin uğurlu daxili xarici siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitliyə qovuşdu nüfuzlu dünya dövlətlərinin böyük investisiyalar qoyduğu bir məkana çevrildi. 1994-cü ildə atəşkəs sazişinin imzalanması ilə hər sahədə uğurlara yol açılmış oldu. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixəƏsrin müqaviləsikimi daxil olan neft müqaviləsinin imzalanması Azərbaycanın bu gününə gələcəyinə olan inamın bariz göstəricisi idi.

Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub.

Dahi lider Heydər Əliyevin Azərbaycan qarşısında saysız-hesabsız xidmətləri haqqında danışmaqla bitməz. Bizim vəzifəmiz isə bu gün həmin siyasi xətti dəstəkləyərək möhtərəm Prezidentimizin ətrafında sıx birləşməkdir. Ulu Öndər vaxtilə xalqa müraciətində bununla bağlı qeyd edirdi: Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram gələcəyinə böyük ümidlər bəsləyirəm”.

 Bu gün xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri uğurlu daxili xarici siyasəti daim dəstəkləyir. Ulu öndər Heydər Əliyevin ideyaları cənab Prezident İlham Əliyevin liderliyi ilə gələcəyə addımlayan Azərbaycan daha titanik uğurlara imza atacaqdır. Ümummilli lider Heydər Əliyevin doğum tarixi var, ölüm tarixi yoxdur. Müstəqil, qüdrətli Azərbaycan var olduqca, Heydər Əliyev xalqımızın ürəyində yaşayacaqdır!”

ADMİU-nun “itabşünaslıq kitabxanaçılıq kafedrasının müdiri, professor Aqşin Babayev Ulu Öndərin Azərbaycan tarixindəki əvəzsiz rolundan danışaraq bildirib ki, 1993-cü ildə Ulu Öndər öz xalqının ən çətin məqamında onun səsinə səs verib, Azərbaycanın dövlət müstəqilliyinin dönməz əbədi olmasını təmin edib.

Sevinc Mürvətqızı

İki sahil.- 2018.- 13 iyun.- S.8.