Nursultan Nazarbayev. Həyat yolu kitabının təqdimatı olub
İyunun 13-də Heydər Əliyev Mərkəzində Qazaxıstanın
milli lideri Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs
edən Nursultan Nazarbayev. Həyat yolu kitabının Azərbaycan dilindəki nəşrinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabın
layihə rəhbəri
və müəllifi Qazaxıstan Respublikası
Prezidenti Administrasiyası
Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovdur.
Nəşrdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həyat yolundan, xalqı və dövləti naminə apardığı mübarizədən
bəhs olunur.
Kitaba ön
sözü Azərbaycan
Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov yazıb.
Nəşrdə Prezident Nursultan Nazarbayevin şəxsi arxivindəki sənədlər
və şəkillər
yer alıb.
Əvvəlcə Nursultan Nazarbayev haqqında Zamanla seçilmiş adlı sənədli film nümayiş etdirilib.
Sonra Azərbaycan
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi Əli
Həsənov, Qazaxıstanın
mədəniyyət və
idman naziri Arıstanbek Muxamediulı,
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti Akif Əlizadə, Beynəlxalq
Türk Akademiyasının
prezidenti Dārxān
Kıdıralı, Milli
Məclisin deputatı
Cavanşir Feyziyev, Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının
rəhbəri Mahmud Kasımbekov çıxış
ediblər.
Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan dövlətinin
başçısı İlham
Əliyevin müvafiq Sərəncamı ilə
Qazaxıstan nümayəndə
heyəti üzvlərinin
ölkələrimiz arasında
əlaqələrin möhkəmləndirilməsindəki
xidmətlərinə görə
Tərəqqi medalı
ilə təltif edildiklərini diqqətə çatdırıb
və onları bu münasibətlə təbrik edib.
Əli Həsənov
çıxışında Azərbaycan ilə Qazaxıstan arasında dostluq və qardaşlıq əlaqələrindən,
eyni taleyi yaşayan xalqlarımızın
həyatında liderlərin
danılmaz rolundan danışıb. Qazaxıstan-Azərbaycan
əlaqələrinin hər
zaman yüksək səviyyədə olduğunu
vurğulayan Əli Həsənov bildirib ki, ulu öndər
Heydər Əliyev Nursultan Nazarbayevlə çox yaxın dost olub. Dostluq
əlaqələri Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Qazaxıstan ilə Azərbaycan strateji tərəfdaş ölkələrdir.
Filmdə də gördüyünüz
kimi, Nursultan Nazarbayev adi bir dövlət başçısı deyil,
Qazaxıstanın müasir
tarixini yaradan və ölkənin gələcək inkişafının
təməlini qoyan şəxsiyyət və liderdir, - deyən Prezidentin köməkçisi
bildirib ki, ötən ilin dekabr ayında Azərbaycan nümayəndə heyəti
Qazaxıstanda ulu öndər Heydər Əliyev haqqında qazax dilində kitabın təqdimatını
keçirib və ölkənin çoxsaylı
KİV-lərində həmin
kitab haqqında müfəssəl məlumat
verilib.
Nursultan Nazarbayevin də
türk dünyasının
liderlərindən biri
olduğunu deyən Əli Həsənov kitaba yazdığı Ön sözdə onu ulu öndər
Heydər Əliyevlə
müqayisə etdiyini,
hər iki liderin hakimiyyətlərinin
xarakteristikasını verdiyini
diqqətə çatdırıb.
Bizim hər
birimiz iki əsrin qovuşuğunda türk dünyasının
iki qardaş elinin - Azərbaycan və Qazaxıstan tarixinin ən vacib mərhələsində
məhz belə şəxsiyyətlərin siyasət
meydanına çıxmalarının,
təmsil etdikləri xalqların milli azadlıq hərəkatına
rəhbərlik etmələrinin, öz ölkələrini
mürəkkəb geosiyasi
proseslərdən məharətlə
çıxarmalarının, daha yaxşı gələcək naminə
zərgər dəqiqliyi
ilə işlənmiş
milli inkişaf konsepsiyalarını həyata
keçirmələrinin əyani
şahidiyik, - deyə
Əli Həsənov vurğulayıb.
Azərbaycan dövlətinin təşəbbüsü,
Prezident Administrasiyasının
təşkilatçılığı ilə ərsəyə gələn kitab Azərbaycan oxucusunu Nursultan Nazarbayevin bütün fəaliyyəti
və liderlik keyfiyyətləri ilə tanış edir. Əli Həsənov bundan əvvəl Nursultan Nazarbayevlə bağlı Azərbaycan dilinə üç kitabın tərcümə edildiyini xatırladaraq deyib: Mən kitabın Ön sözündə Nazarbayevi müasir Qazaxıstan dövlətinin
banisi kimi xarakterizə etmişəm,
ölkələrimizin SSRİ-nin süqutundan sonrakı dövrünün
müqayisəsini aparmışam.
Qazaxıstan müstəqilliyini
bərpa edəndən
sonra heç də yaxşı vəziyyətdə deyildi.
Belə bir vəziyyətdə Nursultan
Nazarbayev yeni dövlət qurmalı idi. Qazaxıstanın sərhədləri də,
filmdən göründüyü
kimi, həssas vəziyyətdə idi və istənilən vaxt problem yarana
bilərdi. Belə bir şəraitdə milli dövlət qurmaq, başqa xalqların nümayəndələrində
narazılıq doğurmadan
qazax dilini dövlət dili elan etmək olduqca çətin məsələ idi. Bunu Nazarbayev bacardı: ölkədə milli həmrəylik pozulmadı,
xalqlar bir-biri ilə dost və
qardaş kimi yaşadı. Nursultan Nazarbayev qazax xalqına sahib çıxdı. Qazax xalqı da öz
növbəsində ana
dilinə və milli mədəniyyətinə
sahib çıxdı.
Bunu yalnız Nursultan Nazarbayev kimi uzaqgörən siyasi xadim edə
bilərdi.
Prezidentin köməkçisi deyib ki, Nursultan Nazarbayev. Həyat yolu kitabını
vərəqləyən hər
kəs türk dünyasının yetişdirdiyi
liderlər haqqındakı
biliklərini zənginləşdirəcək
və böyük dərs alacaq.
Qazaxıstanın mədəniyyət və
idman naziri Arıstanbek Muxamediulı
Nursultan Nazarbayev. Həyat yolu
kitabının təqdimatını
iki qardaş ölkə arasında böyük dostluğun davamı kimi dəyərləndirib. Azərbaycan və
qazax xalqları arasında əlaqələrdən
danışan nazir qeyd edib ki,
ortaq milli-mənəvi
dəyərlər xalqlarımızın
birliyini və iki ölkə arasında əlaqələri,
dostluğu yaşadan amillərdəndir. Diqqətə çatdırıb ki, kitabda Nursultan Nazarbayevin həyat və fəaliyyəti ilə yanaşı, XX və XXI əsrlərdə
Qazaxıstanın keçdiyi
inkişaf yolundan da bəhs edilir.
Nəşrin əhəmiyyətindən danışan
AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, türk
dünyasının böyük
şəxsiyyətləri - Heydər Əliyev və Nursultan Nazarbayev milli maraqların təmin olunması, xalqların rifahı naminə əllərindən gələni
ediblər. Onlar həm də yaxın dost olaraq ölkələrimiz
arasında əlaqələri
ən yüksək səviyyəyə çatdırıblar.
Bu ənənə indi də davam
etdirilir. Bu kitabın məziyyətlərindən
biri onun quru publisistikadan, xronikallıqdan uzaq olması və maraqlı bir dillə yazılmasıdır.
Necə deyərlər,
onu birnəfəsə
oxumaq mümkündür,
- deyə Akif Əlizadə vurğulayıb.
Beynəlxalq Türk Akademiyasının
prezidenti Darxan Kıdıralı qeyd edib ki, bu
kitab həm də Nazarbayev irsini araşdıranlar üçün dəyərli
mənbədir.
Milli Məclisin deputatı
Cavanşir Feyziyev qeyd edib ki,
təqdimatı keçirilən
kitab təkcə həyat hekayəsi deyil, qardaş qazax xalqının məişətindən tutmuş
ictimai-siyasi, mədəni,
iqtisadi mühitini bütün özəllikləri
ilə əhatə edən bir əsərdir.
Müəllif qazax xalqının həyat tərzini, arzu və istəklərini, qarşılaşdığı çətinlikləri, qazandığı
nailiyyətləri obyektiv
təsvir etməklə,
faktiki olaraq Qazaxıstanın müasir
tarixinin salnaməsini yaradıb.
Kitabın layihə
rəhbəri və müəllifi Qazaxıstan
Prezidenti Administrasiyası
Dəftərxanasının rəhbəri Ėahmud
Kasımbekov vurğulayıb
ki, Nursultan Nazarbayev. Həyat yolu kitabının Azərbaycan dilində nəşri ölkələrimiz
və xalqlarımız
arasında münasibətlərin
yüksək səviyyəsinin
göstəricisidir. Bu,
bizim ilk birgə layihəmiz deyil. Bundan əvvəl
Astanada Heydər Əliyev haqqında qazax dilində kitabın təqdimatı olub. Belə layihələr münasibətlərimizin
daha da genişlənməsinə
xidmət edir, - deyə Mahmud Kasımbekov bildirib.
Tədbir Qazaxıstan
incəsənət ustalarının
konsert proqramı ilə davam edib.
İki sahil.-
2018.- 14 iyun.- S.11.