Neftçi İdman Klubu» «Atam, anam mən» turizm yarışı keçirdi   

 

«Neftçi İdman Klubu» ölkəmizdə bədən tərbiyəsi idmanın inkişaf etdirilməsində yaxından iştirak edən bu istiqamətdə öz töhfəsini verən öncül qurumlardan biridir. Klub peşəkar idmanla yanaşı, mütəmadi olaraq, neft, qaz kimya sənayesinin işçiləri arasında da idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Gündən-günə daha intensiv xarakter daşıyan bu tədbirlər idmanın kütləviləşməsi, sağlam gəncliyin yetişməsi neftçilərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunur.

«Neftçi İdman Klubu» bu il öz ənənəsini davam etdirərək neft, qaz kimya sənayesi müəssisələrinin işçiləri onların ailə üzvləri arasında 1 iyunUşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş «Atam, anam mən» idman-turizm yarışı keçirdi. İyunun 8-10-da Azərbaycanın dilbər guşələrindən olan Xaçmaz rayonunun Nabran qəsəbəsindəki meşə zolağında təşkil olunan yarışdaAzərkimyaİstehsalat Birliyi, Neft Kəmərləri İdarəsi, Heydər Əliyev adına Neft Emalı Zavodu, «28 May» NQÇİ «Qaz İxrac» İdarəsindən 11 komanda mübarizə aparırdı.

Turnirin keçirilməsində əsas məqsəd «Atam, anam mən» idman-turizm yarışını neftçilər arasında inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, onlar arasında sağlam həyat tərzini təbliğ etmək, turizm üzrə yarışların yeni formalarını araşdırmaq tətbiq etmək idi.

Yarışın qaydasına görə, komandanın tərkibi 4 nəfərdən (1 kişi, 1 qadın, 1 uşaq (oğlan ya qız) 1 nümayəndə) ibarət idi. Oğlan qızlar arasında yarışlar ayrılıqda keçirilirdi. Yaşı 14-dən yuxarı olan uşaqların iştirakına icazə verilmirdi. Komandanın tərkibinə yalnız ailə üzvləri daxil ola bilərdi. Hər müəssisənin yarışlarda 4 komanda ilə təmsil olunmaq hüququ vardı.

Əvvəlcə yarışın baş hakimi Natalya Əliyeva iştirakçılara yarış haqda məlumat verdi. Yarışın keçirilmə qaydası aşağıdakı formada təşkil olunmuşdu. Ailə komandası öncə start nöqtəsində qurulmuş çadırı sökür. Sonra onlar bir qədər qaçaraq, irəlidə qoyulmuş xüsusi kisələri götürür hər bir iştirakçı qurşağa qədər ayrı-ayrı kisələrə girirdilər. Müəyyən məsafəni bu vəziyyətdə tullana-tullana qət edən yarışmaçılar təyin olunmuş nöqtədə kisələri kənara ataraq, yenidən irəliyə doğru qaçırdılar. Ardınca kəndirdən hörülmüş toru – «siçantutan»ı keçərək, müəyyən məsafəyə qədər qaçır yerdəki topları ağaca bərkidilmiş halqaya atırdılar. Müəyyən nöqtəyə qədər beton tirin üstü ilə qaçan ailə, sonra ağacdan asılmış kəndiri arxası üstə əllərini ayaqlarını sürüşdürməklə keçir növbəti maneəyə doğru qaçırdı. Bu dəfə komanda iki ağac arasında asılmış paralel kəndiri ayaqüstə keçir qarşıda quraşdırılmış nişangaha xüsusi ox atır. Burada ailənin üzvləri bir halqanın içərisinə girərək müəyyən məsafə qət edir stolun üzərindəki hərflərdən nəzərdə tutulmuş sözü tapmalı idilər. Ardınca komanda bir qədər irəliyə qaçaraq, ağacdan asılmış kəndir vasitəsilə müəyyən olunmuş məsafəyə tullanır. Sonra zərərçəkənin daşınması nöqtəsindən ata ana uşağı əlləri üzərinə götürüb, qaçaraq onu finişə daşıyırdılar. Burada isə onlar start nöqtəsində sökdükləri çadırı yenidən quraşdıraraq əvvəlki vəziyyətinə qaytarırdılar. Yarışı ən tez səhvsiz ( ya daha az səhvlə) başa çatdıran komanda qalib hesab olunurdu.

Beləliklə, ailə komandaları arasında bir neçə saat davam edən, öz rəngarəngliyi marşrutunun zənginliyi ilə böyük rəqabət yaradan yarışlara yekun vuruldu. Oğlanlar arasında Hüseynovlar ailəsi (Neft Kəmərləri İdarəsi) yarışın qalibi adını qazandı. Zeynalovlar ailəsi ("Azərkimyaİstehsalat Birliyi) 2-ci, Zöhrabbəyovlar ailəsi («28 May» NQÇİ) isə 3-cü yeri tutdu. Qızlar arasında Kərimovlar ailəsi("Azərkimya” İB), liderliyə yüksəldi. 2-ci 3-cü yerləri isə Heydər Əliyev adına Neft Emalı Zavodunu təmsil edən Rzayevlər ailəsi tutdu.

 

Ailə yarışları başa çatdı növbəti gün uşaqlar arasında «Şən startlar» əyləncəli yarışı keçirildi. Müxtəlif maraqlı oyunların birinin digərini əvəz etməsi uşaqların hədsiz sevincinə səbəb olurdu. Yüksək səviyyədə təşkil olunmuş yarışda uşaqların böyük həvəslə iştirakını onların üzündəki sevinci müşahidə etmək hər kəsdə xoş təəssürat yaradırdı. Bundan əlavə, uşaqlar arasında şeir demək, rəqs etmək mahnı oxumaq, eləcə ölkəmizin tarixi coğrafiyası ilə bağlı tərtib olunmuş suallar üzrə intellektual müsabiqə keçirildi ki, bu yarışmalarda da onlar böyük maraq həvəslə iştirak etdilər.Sonda düzənlənən mükafatlandırma mərasimində «Neftçi İdman Klubu»nun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək uşaqları 1 iyunUşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından təbrik etdi. Respublikamızda uşaqlara göstərilən diqqət qayğıdan söhbət açan klub rəsmisi, onların gələcəkdə daha xoşbəxt həyat yaşayacaqlarına əmin olduğunu bildirdi. O, yarışda göstərdikləri fəallığa görə bütün iştirakçılara minnətdarlığını bildirdi, onlara cansağlığı arzuladı qalibləri təbrik etdi.Mükafatlandırma mərasimində öncə yer tutmuş komandalara klubun diplom hədiyyələri təqdim olundu. Sonra uşaqlar arasında keçirilən yarışlarda müsabiqələrdə qalib gəlmiş on nəfərFidan Həsənova, Aişə Rzayeva, Murad Hüseynov, Lətifə Ağayeva, Hacı Zöhrabbəyli, Səma Rzayeva, Adil Zeynalzadə, Fatimə Səmədova, Gülzar Quliyeva Hüseyn Zöhrabbəyli mükafatlandırıldılar. Bundan əlavə, «Neftçi İdman Klubu» öz ənənəsini davam etdirərək, «ən kiçik turist», «ən fəal turist» «ən qocaman turist» nominasiyaları üzrə mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Adil Zeynalzadə ("Azərkimya” İB), Zülfiyyə Əmirbəyova (Neft Kəmərləri İdarəsi) Fəxriyyə Xancanova (Heydər Əliyev adına Neft Emalı Zavodu) layiq görüldülər.

Sonda yarışda iştirak edən bütün uşaqlara bayram hədiyyələri təqdim olundu.

Bununla da öz rəngarəngliyi ilə seçilən, əvvəldən-axıra qədər uşaqların sevincə qərq olması ilə yaddaşlarda dərin iz buraxan daha bir turizm yarışına yekun vuruldu.

İki sahil.- 2018.- 14 iyun.- S.-30