Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir

 

Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur qoyulur

Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsindən bir gün sonra ölkəmizin tarixinə daha bir əlamətdar hadisə qızıl hərflərlə yazıldı. Belə ki, may ayının 29-da Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirildi.

Bakıda keçirilən təntənəli mərasimdə Cənub Qaz Dəhlizinin yaranma səbəbləri, Azərbaycan Prezidentinin ortaya qoyduğu qətiyyətli mövqe layihənin Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusi vurğulandı. Layihənin açılışı ilə bir daha təsdiq olundu ki, enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrilib.

Prezident İlham Əliyev həmin mərasimdəki çıxışında bildirdi ki, “Şahdənizyatağının gələcək işlənilməsi ilə bağlı addımlar atılmağa başlanıldı: “Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı nəhayət, 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP - Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi. TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir... Qeyd etdiyim kimi, 2014-cü il sentyabrın 20-də, - o da çox rəmzi məna daşıyır, çünkiƏsrin kontraktı” 1994-cü il sentyabrın 20-də imzalanmışdır, - 20 ildən sonra Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdur. Bu gün biz bu layihənin rəsmi açılışını qeyd edirik bu, doğrudan da böyük tarixi hadisədir. Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat istismar işləri əminəm ki, bunu təsdiqləyəcək”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi layihəsidir. 40 milyard dollar sərmayə ilə həyata keçirilən, uzunluğu 3 min 500 kilometr 4 seqmentdən ibarət (“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP) olan bu layihə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya İtaliyadan keçən boru kəmərləri ilə Avropaya çatdıracaq.

Nəhəng layihə ilə Azərbaycan dünyanın sayılan qaz ixracatçılarından biri olacaq. Dünyanın ən böyük qaz layihələrindən biri kimi bu layihənin icrası ilə Azərbaycan qaz hasilatını ildə 16 milyard kubmetr artıracaq. Sonralar isə bu rəqəm 31 milyard kubmetrə qədər yüksələcək. Layihənin icrası Azərbaycanın karbohidrogen satışından nəqlindən təxminən 30-50 milyard dollar gəlir əldə etməsinə imkan verəcək.

Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Bununla yanaşı, üç Balkan ölkəsi - Bosniya Herseqovina, Xorvatiya Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu artıq layihənin qlobal xarakter aldığını göstərir.

Cənub Qaz Dəhlizi ilə nəql olunan təbii yanacağın 9 Avropa şirkəti tərəfindən alınması nəzərdə tutulub. Bunlar isə Niderland-Britaniya neft-qaz şirkəti olanShell”, BolqarıstanınBulgargaz”, Yunanıstanın DEPA, AlmaniyanınUniper”, FransanınEngie”, İtaliyanınHera Trading srl”, “Enel Trade SpA”, “Edison İsveçrəninAxpo Trading AG” şirkətləridir.

Azərbaycanla bu Avropa şirkətləri arasındaŞahdənizyatağının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən bir az artıq olan həcminin satışı üzrə 25 illik sazişlər imzalanıb. Bu şirkətlər hərəsinə təxminən 1 milyard kubmetr olmaqla Bolqarıstan Yunanıstanı təchiz etmək niyyətində olan alıcılara, qalanı isə İtaliyanı ona bitişik bazar mərkəzlərini təchiz etmək istəyən alıcılara ötürəcəklər.

Bakıda keçirilən XXV “Caspian Oil and GaskonfransındaCənub Qaz DəhliziQapalı Səhmdar Cəmiyyətinin baş direktoru Əfqan İsayev layihənin maliyyələşməsi məsələsinə aydınlıq gətirərək qeyd edib ki, indiyədəkCənub Qaz Dəhlizi”nin tərkibi olan layihələrdə iştirak paylarının maliyyələşdirilməsinə 9 milyard dollar məbləğində investisiya qoyulub.

Cənub Qaz Dəhlizilayihəsi çərçivəsindəŞahdənizqaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 99,5 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlərin 100 faizi, Transanadolu (TANAP) boru kəmərinin inşası üzrə işlərin 93 faizi, Transadriatik (TAP) kəmərinin inşası üzrə işlərin 73 faizi icra edilib.

Dünya miqyasında ən böyük enerji layihələrindən biri hesab edilənCənub Qaz Dəhlizi”nə bu ilin aprel ayının sonunadək tərəfdaşlarla birgə 30 milyard dollardan çox vəsait xərclənib.

Həmin vəsaitdən ümumi dəyəri 22,7 milyard dollar təşkil edən “Şahdəniz-2” layihəsinə 17,7 milyard, dəyəri 4,6 milyard dollar olan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihəsinə 4,2, TANAP-a 5,4, TAP layihəsinə isə 2,9 milyard dollar sərf olunub.

Bu il AzərbaycanCənub Qaz Dəhlizi”nə təqribən 1,3 milyard dollar vəsait ayırıb. BundanŞahdənizlayihəsinə (mövcud “Şahdəniz-1” layihəsi daxil olmaqla) 232 milyon dollar, Cənubi Qafqaz Boru Kəməri layihəsinə 144 milyon dollar, TANAP-a 728 milyon, TAP layihəsinə isə 182 milyon dollar xərclənməsi nəzərdə tutulur.

Cənub Qaz Dəhlizi”nin tərkibindəki layihələrin mülkiyyətindəki iştirak paylarının maliyyələşdirilməsinə 2014-2020-ci illərdə 11,5 milyard dollar vəsait qoyulacaq.

Əlbəttə, bütün bunlar böyük nailiyyətdir Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, uğurlu xarici diplomatiyasının təntənəsidir. Bu layihə qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək, milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq.

Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan Azərbaycanın iştirakı ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars inşası bu gün davam edənŞərq-Qərb”, “Şimal-Cənubnəqliyyat dəhlizləri kimi milyardlarla dollar investisiya yatırılan bu layihələr Azərbaycanın nəyə qadir olduğunu sübuta yetirir. Eyni zamanda, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatdığını bir daha təsdiqləyir. Cənub Qaz Dəhlizinin açılış mərasimində geniş nitq söyləyən İlham Əliyev bəyan etdi ki, Azərbaycan qazı yeni mənbədir bu layihə yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir. Azərbaycan artıq beynəlxalq təbii qaz mərkəzinə çevrilib qlobal enerji təhlükəsizliyinə öz töhfəsini verir. Cənub Qaz Dəhlizi isə ölkəmizə böyük dividentlər qazandıracaq Azərbaycanın dünya birliyindəki çəkisini daha da artırmış olacaq.

 

Orxan İsrafilov

İki sahil.- 2018.- 14 iyun.- S.18.