Akademik İsa Həbibbəyli: Dünya kitabxanalarında saxlanılan Azərbaycan əlyazmalarının araşdırılması mühüm məsələdir

İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundaAzərbaycan əlyazmaları dünya kitabxanalarındamövzusunda üçüncü beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, üçüncü dəfədir keçirilən konfrans dünya kitabxanalarında saxlanılan naməlum əlyazmalar onların mahiyyəti ilə tanışlığa imkan yaradır. Eyni zamanda, dünyada Azərbaycan əlyazmalarının təbliğinə dəstək verir.

Bu əlyazmaların araşdırılmasının vacibliyini vurğulayan akademik İ.Həbibbəyli deyib: Builki konfrans AXC-nin 100 illik yubileyinə həsr olunmaqla daha böyük aktuallıq qazanıb. Çünki məhz dövlət müstəqilliyi illərində digər sərvətlərimiz kimi əlyazmalar xəzinəmizin dünyada yerini, mövqeyini, imkanlarını öyrənmək şəraiti qazanmışıq. Eyni zamanda, əlyazmalarımızı dünyaya təqdim etmək imkanları əldə etmişik. Əlyazmaların milli, dövlətçilik mövqeyindən, elmi baxımdan öyrənilməsi imkanlarını da bizə dövlət müstəqilliyimiz bəxş edib. Bu səbəbdən əlyazmaların problemlərinin müzakirə olunduğu konfransın AXC-nin yubileyinə həsr edilməsi tamamilə təbiidir, obyektiv təqdirəlayiqdir. Bugünkü konfrans da müstəqillik dövründə əlyazmalara yenidən baxılmasına istiqamətləndirilməsinə imkan yaradır. Həmçinin konfrans bu istiqamətdə aparılmış işlərin daha yeni mərhələsi olacaq ona təkan verəcək”.

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli rəhbərlik etdiyi elm müəssisəsində əlyazmaların toplanılması, araşdırılması, tədqiqi sahəsində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Vurğulanıb ki, Azərbaycan əlyazmalarını dünyada tanıtmaq təbliğ etmək məqsədilə keçirilən bugünkü konfransda respublikanın müxtəlif elmi müəssisələrində çalışan tədqiqatçıların, xüsusilə gənc mütəxəssislərin məruzələri dinləniləcək.

Tədbirdə Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavinləri, filologiya elmləri doktorları Aybəniz Əliyeva-KəngərlininCümhuriyyət dövrünün ədəbi konsepsiyası (M.Ə.Rəsulzadənin ədəbi görüşləri)”, Paşa KərimovunNəsib bəy YusifbəylininTəslimhekayəsi digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

 

İki sahil.- 2018.- 14 iyun.- S.12.